Dünya azərbaycanlıları Ermənistana qarşı sərt sanksiyalar tələb edir - - FOTO

Dünya azərbaycanlıları Ermənistana qarşı sərt sanksiyalar tələb edir - FOTO

Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub.


Onlarla diaspor təşkilatı, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Manisa–Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Kocaeli Derince Azərbaycan Evi Dərnəyi, İstanbulda yaşayan soydaşlarımız, Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA), "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresi (BAK), Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan diaspor təşkilatları, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi və bir sıra başqa təşkilatlar beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara və yaşadıqları ölkələrin yüksək dövlət qurumlarına bəyanatlar ünvanlayıblar.


Soydaşlarımız yaydıqları bəyanatlarda Tovuzda baş verən qanlı hadisələri, mülki əhalinin güllələnməsi faktlarını diqqətə çatdırıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərini və nüfuzlu beynəlxalq qurumları ermənilərin törətdikləri təxribatlara susmaqda ittiham ediblər. Dünya azərbaycanlıları beynəlxalq  ictimaiyyəti  təcavüzkar Ermənistanın hərəkətləri qarşısında susmamağa və  sərt sanksiyaların tətbiq olunması üçün haqq səslərini ucaltmağa çağırıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !