Gülağa Tənha - Şərəfə kənd sakinləri ilə görüş...

Gülağa Tənha Şərəfə kənd sakinləri ilə görüş...

Bu gün 30 iyul Beynəlxalq Dostlar Günüdür! 31 iyul və 1 avqust 2020 – ci il Azərbaycan müsəlmanları Qurban bayramını qeyd edəcək. Bildiyiniz kimi “Hicri-qəmər” təqviminə görə müqəddəs Ramazan və Qurban bayramları on gün irəli çəkilir və beləcə, tarix ildən-ilə dəyişir. Təqdim etdiyimiz videoçarx bir neçə il bundan əvvəl Qurban bayramı, Novruz bayramı ərəfəsinə düşdüyü tarixdə, Masallı rayonunun Şərəfə kəndində çəkilib. Xeyriyyəçi – şair Gülağa Tənha kənd sakinləri ilə görüş keçirib, onlara Qurban palyarı ilə bərabər hədiyyələr də təqdim edib. Hədiyyələr təqdim edildikdə, məktəb kitabxanasına Xalq şairi Bəxtiyar Vahabzadənin “Ağ atlı oğlan” əsərinin qırxa yaxın nüsxəsini bağışladığını bildirən şair Gülağa Tənha şəxsən onun üçün hədiyyələrin ən qiymətlisi olduğunu vurğulayır. Daha sonra şair “Mən Allah adamıyam” şeirlər kitabını da məktəb kitabxanasına bağışlayacağını bildirir: “Burda olan şeirlər, ürək ağrılarım, Azərbaycanda olan çətinliklərə, qəlbimdən keçirdiyim hisslər və münasibətlərdi... ” Daha ətraflı video linkdə.

 

 

Dostluqda möhkəm olmaq diləyi ilə dostlar gününüz mübarək!

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !