Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc mədəniyyət könüllüləri bölgədəki düşmən təxribatının müzakirəsinə həsr olunmuş videokonfrans keçirib - - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc mədəniyyət könüllüləri bölgədəki düşmən təxribatının müzakirəsinə həsr olunmuş videokonfrans keçirib - FOTO

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Ağstafa Regional Mədəniyyət İdarəsinin gənc mədəniyyət könüllüləri təcili toplanaraq bölgədə baş verən son hadisələrin müzakirəsinə həsr olunmuş videokonfrans keçirib. Konfransda idarə rəisi Vüqar Qədirov və bir qrup könüllülər çıxış edərək, mənfur qonşuların vandalizm siyasətini pislədiklərini, gənc mədəniyyət könüllülərinin hər zaman ordunun yanında olduğunu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə ordumuzun hər zaman düşmən tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməyə qadir olduğunu qeyd ediblər. Bildirilib ki, bölgədə hazırda insanların mənəvi-psixoloji əhval-ruhiyyəsi yüksəkdir, ordumuz düşmənin hər bir həmləsinə qarşı adekvat tədbirlər görür və düşmən mütəmadi olaraq çox sayda itkilər verərək geri oturdulur.

Tədbirdə həmçinin, gənc mədəniyyət könüllülərinin mütəmadi olaraq şəhid ailələrinin yanında olduğu qeyd olunub. Eyni zamanda könüllü gənclərin əsas missiyalarından birisinin də sosial şəbəkələrdə gedən informasiya mübarizəsində fəal və ayıq olması, birinci növbədə ölkəmizə qarşı istər daxildən, istər xaricdən  qarayaxma kompaniyası aparan insanlara qarşı ciddi mübarizə aparmağın, həmçinin, Azərbaycan reallığını dünya ictimaiyyətinə çatdırmaq işində fəallığın zəruri olduğu vurğulanıb.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !