" Gənc rəssam Nigar Kərimova." - -FOTO=57

" Gənc rəssam Nigar Kərimova." -FOTO=57

Bu gün sizə çox istedadlı,bacarıqlı gənc rəssam bir xanımı və onun maraqlı,parlaq əl işlərini təqdim etmək istəyirəm. Nigar Kərimova 9 iyun 1980-ci ildə Baki şəhərində dünyaya
göz açıb. Nigarın rəssamlığa böyük həvəsi elə kiçik yaşlarından başlayıb. O,hər gün öz üzərində çalışıb,daha sonra istedadını rəssamlıq dərnəklərində inkişaf etdirib və 1999-cu ildə Rəssamlıq Akademiyasında təhsil almağa başlayıb. Orada fərqli rəssamlardan dərs alaraq daha yaxşı nəticələr əldə edib. Nigar Kərimova bu sənəti sevdiyi ve bacardığına görə seçib. Onun ən böyük arzusu istedadlı və savadlı rəssam kimi dünyada tanınmaqdır. Nigar xanım müsahibə zamanı bildirib ki,Azərbaycanın xalq rəssamı (2018), professor (2018), YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü Sakit Məmmədovun əsərlərinə daha böyük maraq və zövq ilə baxır. Sifarişlər ilə işləməyi sevməyən Nigar rəssamlıqda rastlaşdığı çətinliklərdən də söz açıb. O bildirib ki,maddi və mənəvi dəstəyinin olmamasından əziyyət çəksə də,bu sənəti seçdiyinə görə heçvaxt peşman olmayıb çünkü özünü başqa sənətdə təsəvvür edə bilmir. Bax belə,hörmətli tamaşaçılarımız. Nigar kimi istedadlı,savadlı gənc rəssamlara həmişə dəstək olmaq,onların sənəti haqqında danışmaq bizim borcumuzdur. Çox sağ olun...AZpress.AZ Sizin Lalə Vegan

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !