Arif Əsədov: "Byazi təcrübəli məşqçilərdən biridir" -

Arif Əsədov: "Byazi təcrübəli məşqçilərdən biridir"

Azərbaycanın tanınmış futbol məşqçilərindən biri olan və bu günləedə AFFA İK-nin qərarı ilə əsas millimizə ikinci məşqçi təyin edilən Arif Əsədov yeni təyinatı və köməkçisi olacağı italiyalı baş məşqçi ilə bağlı KİVƏ maraqlı açıqlama verib. İlk öncə AFFA İK-ə ona yeni post etibar etdiyinə görı təşəkkür edən Əsədov ardından millimizdə baş məşqçi postuna təyin edilən italiyalı mütəxəssis Canni De Byazi haqda danışıb: "Mənə etibar etdiyinə görə AFFA İK-ə təşəkkür edirəm. O ki, qaldı De Byaziyə, onu deyə bilərm ki, o, təcrübəli məşqçilərdən biridir. Byazi Albaniya millisi ilə birlikdə öz məşqçilik bacarığını göstərib. Şadam ki, belə bir məşqçi indi də bizim ölkədə işləyəcək. Bu cür məşqçi ilə birgə işləmək mənim üçün də müsbət göstəricidir. Düşünürəm ki, bu mənim üçün yaxşı olacaq" - deyən Əsədov hələlik qarşıdakı planlardan danışmağın tez olduğunu bildirib. "Hazırda qüvvədə olan karantinin şərtlərinə uyğun olaraq, qarşıdakı plandan danışa bilmərəm. Yəqin ki, planlarımız Byazi Bakıya gəgləndən və baş məşqçi kimi rəsmi fəaliyyətinə başlayandan sonra bəlli olacaq" - Bunu da Arif Əsədov deyib.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !