Ödənişsiz psixoloji yardım həyata keçiriləcək! - E L A N !

Ödənişsiz psixoloji yardım həyata keçiriləcək! E L A N !

Hörmətli vətəndaşlar! 

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş “Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsinə start verir.
Layihədə tərəfdaş olaraq “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq heyəti ilə birgə Bakı şəhəri o cümlədən, Lənkəran, Gəncə, Bərdə və Xaçmaz rayonlarında layihə davam edəcəkdir.
Vətəndaşlar layihə çərçivəsində yuxarıda adları çəkilən bölgələrdə yaradılan psixoloji yardım mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda layihə çərçivəsində •Qaynar xətt vasitəsi ilə əhaliyə hər gün 08:00-dan 20:00-dək psixoloji yardım göstəriləcək.
Əgər Sizləri narahat edən məsələlər varsa layihəyə qoşularaq psixoloji dəstək ala bilərsiniz.
Məlumat əldə etmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlayın.
 Unutmayaq! Sağlam düşüncə, sağlam ailə deməkdir!

Telefon: +994559764648

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !