Animafilm məktəbi bir aylıq online "Stop motion animasiya kursu"na start verir. -

Animafilm məktəbi bir aylıq online "Stop motion animasiya kursu"na start verir.

 Animafilm məktəbi bir aylıq online "Stop motion animasiya kursu"na start verir. Dərslər həftədə iki dəfə bir saat olmaqla keçirilir. Toplam səkkiz dərs Zoom proqramı vasitəsi ilə keçiriləcək. Dərs zamanı tələbələr, ssenari yazılması, personajların hazırlanması, stop motion filminin çəkilməsini peşəkar animatorlardan öyrənəcəklər. Bir aylıq kursun sonunda tələbələr sertifikatla təltif olunacaq.

 

"Stop motion animasiya kursu"nun cədvəli:
1) Animasiya nədir?
2) Animasiya üçün ssenari və rejissorluq
3) Animasiya üçün səhnə təsviri (storyboard)
4) Personajın hazırlanması
5) Dekorasiyanın hazırlanması
6) Stop motion filminin çəkilişinə hazırlıq
7) Filmin çəkilişi, səsləndirilməsi və montajı
8) Filmin nümayişi və sertifikat verilməsi

 

 

Animafilm məktəbi Animafilm beynəlxalq animasiya festivalının nəzdində fəaliyyət göstərən uşaqlar və böyüklər üçün animasiya məktəbidir. Ətraflı məlumat üçün Animafilm məktəbinin Facebook və ya İnstagram səhifəsinə yaza bilərsiniz:

Facebook: https://www.facebook.com/animafilmschool/

İnstagram: https://www.instagram.com/animafilm.school/

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !