AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi - - FOTO

AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü  Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırmışdır.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !