Ronaldo Avropa çempionu olmasını xatırlayıb: "Bu mənim karyeramda ən vacib titildu" - FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Ronaldo Avropa çempionu olmasını xatırlayıb: "Bu mənim karyeramda ən vacib titildu" FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Hazırda İtaliyanın "Yuventus" klubunda foma geyinən portagezli futbolçu Kriştian Ronaldo 4 il əvvəl (EURO-2016) heyətində çıxış etdiyi Portuqaliya milisi ilə birlikdə Avropa çempionu olduğu anı xatırlayıb. "4 il öncə - 2016-cı ilin 10 iyulunda biz hamımız yaddançıxmaz tarixi və əlamətdar bir gün yaşadıq. Açığı deyim ki, bu mənim karyeramda qazandığım ən vacib titul oldu" - Ronaldo öz instaqram səhifəsində belə deyib (Sports.ru).
Xatırladaq ki, Ronaldonun kapitanı olduğu Portuqaliya millisi 10 iyul 2016-cı ildə EURO-2016-nın finalında Fransa yığmasını 1:0 hesabla məğlub edərək qitə çempionu adını qazanıb. Oyunun taleyini həll edən yeganə qolun müəllifi isə hazırda "Lokomotiv"in formasını geyinən forvard Eder olub.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !