VOLEYBOL-Yığmamızın kapitanı yeni klubda - FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

VOLEYBOL-Yığmamızın kapitanı yeni klubda FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Qadın voleybol yığmamızın kapitanı Ayşən Abduləzimova yeni klubunun düşərgəsində məşqlərə başlayıb. Xatırladaq ki, ötən mövsümü Macarıstanın "Vaşaşye" klubunda keçirən kapitanımız yeni mövsümdə İstanbulun (Türkiyə) "Sarıyer" klubunun şərəfini qoruyacaq. Ayşənin komandası artıq yeni mövsümün hazırlığına başlayıb. Yeri gəlmişkən, "Sarıyer" Türkiyənin Superliqasında çıxış edir. Yığmamızın daha bir üzvü - Kristina Yaqubova da yeni mövsümün hazırlığına başlayıb. Xatırladaq ki, Yaqubova yenə də Rusiya Superliqasında mübarizə aparan "Lipetska"nın heyətində yer alıb. Klub ilk məşqini Lipetck şəhərindəki "Lipetski Metallurq" stadionunda keçirib. Məşqdə yığmamızın üzvü ilə birlikdə 12 voleybolçu iştirak edib.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !