Ağstafa Regional Mədəniyyət idarəsi gənc mədəniyyət könüllülərinin pandemiya dövründə görəcəyi işlərə həsr olunmuş videokonfrans keçirdi - - FOTO

Ağstafa Regional Mədəniyyət idarəsi gənc mədəniyyət könüllülərinin pandemiya dövründə görəcəyi işlərə həsr olunmuş videokonfrans keçirdi - FOTO

Ağstafa Regional Mədəniyyət idarəsi gənc mədəniyyət könüllülərinin pandemiya dövründə görəcəyi işlərə həsr olunmuş videokonfrans keçirdi. Konfransı giriş sözü ilə idarənin rəisi Vüqar Qədirov açaraq birinci növbədə karantin dövründə həyata keçirilən tədbirlərdən söz açdı. Pandemiyanın sürətlə artdığı bir vaxtda karantin qaydalarına əməl olunmasının zəruriliyini vurğulayan idarə rəisi Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qaydalarına qeyd-şərtsiz əməl etməyin vacibliyini bildirdi. Mədəniyyət müəssisələrinin vaxtaşırı dezinfeksiya olunması, spirtdən, əlcəkdən, tibbi maskalardan istifadənin tam həyata keçirilməsi, işçilərin öz fəaliyyətlərini əsasən videokonfranslar, virtual və digər sosial şəbəkələr, informasiya komunikasiya texnologiyaları üzərindən qurulmasının vacib olduğunu bildirdi. Həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda gənc mədəniyyət könüllülərinin aktivliyinin artırılmasının və onların iştirakı ilə ayrıca tədbirlərin keçirilməsinin vacib olduğunu bildirdi. Regional idarənin rəisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın pandemiya dövründə həyata keçirdikləri prinsipial işlərdən danışdı. Dövlət səviyyəsində işlərin yüksək səviyyədə olduğunu lakin bəzi vətəndaşlar tərəfindən məsuliyyətsiz addımların atılması nəticəsində bu xəstəliyin yayılmasının xoş olmadığını bildirdi və dövlətimizə, cəmiyyətimizə böyük və ciddi bir problemə məhz bu gün insanlar arasında olan laqeydliyin səbəb olduğunu qeyd etdi.

Konfransda gənc mədəniyyət könüllülərinin üzərinə düşən məsuliyyətdən geniş bəhs olundu. Azərbaycan həqiqətlərinin, Azərbaycan mədəniyyətinin dünyaya çatdırılmasında gənc mədəniyyət könüllülərinin görəcəyi vacib işlərdən danışıldı. Qeyd olundu ki, işğal olunmuş 20 faiz torpaqlarımızda Azərbaycanın tarix və mədəniyyət abidələri Ermənistan tərəfindən vandalizmə uğrayıb. Gənc mədəniyyət könüllülərinin də virtual məkanda Ermənistanın vandalizm hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılmasında aktiv fəaliyyət göstərmələrinin vacib olduğu, eyni zamanda Azərbaycan muğamının, Azərbaycan musiqisinin, incəsənətinin, mədəniyyətin digər istiqamətlərdəki təbliğatını virtual məkanda geniş auditoriyaya təqdim etmək üçün gənc mədəniyyət könüllüləri səfərbər olmalıdırlar. Həmçinin gənc mədəniyyət könüllülərinin əsas missiyasından biri də əhali arasında koronavirusla mübarizə istiqamətində təbliğat və maarifləndirmə işlərində fəallıq olmalıdır.

Tədbirdə həmçinin, müəssisə rəhbərləri, gənc mədəniyyət işçiləri çıxış edərək dövlət rəhbərliyinin tapşırıqlarına əməl etməyin vacibliyini vurğuladılar, müəssisələrdə virtual tədbirlərin keçirilməsi barədə geniş məlumat verdilər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !