Gülağa Tənha - Pərvanələr saatı bildirir...

Gülağa Tənha Pərvanələr saatı bildirir...

Sətirlərdə deyildiyi kimi, bu mahnını Pərvanə ömürü yaşayanlara həsr edirik... Kim bilir neçə-neçə adını belə eşitmədiyimiz, bilmədiyimiz qəhramanlar var! Bizim xalqın həmişə mərd, cəsarətli oğlanları, qızları olub və bundan sonra da olacaqdır... - Fikir vermisinizsə Pərvanələr saatı bildirir: onlar çox vaxt işığa, axşam saat doqquzdan oniki arası gəlir... Bəlkə başqa saatlar da var, bilmirəm...

 

 

Söz: Gülağa Tənha (Qənbərov)
Musiqi/ifa: Xalq artisti Tünzalə Ağayeva

 

 

YAN BİR PƏRVANƏ KİMİ…

Əynindən soyunub qaranlıqları,
Qədərin hökmündən ayrılıb gəlir,
Pərvanə can atır şam işığına,
Gecənin içindən sıyrılıb gəlir.
Necə möcüzədi, İlahi,
görən
Ölümə gələnlər beləmi gəlir?!
Əcəli gizlənib qanadlarında,
Ömürdən sıyrılıb ölümə gəlir.
Ocaq deməliyik, pir deməliyik,
Dünyanın dərdini daşıyanlara.
Qaranlıq dünyaya nur deməliyik,
Pərvanə ömürü yaşayanlara!
Sevgisi ömrüdü!
Bu sevgisiylə
Tək gəlib dünyaya, cahana Tənha!
Mənim xislətimdə pərvanəlik var,
Tənha – pərvanədir,
pərvanə – Tənha!..
Şamaxı, 6 may, 2006

 

 

 Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci

 

 

 


hazırladı: Ağa Mühəmməd Aman

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !