QEYDİYYATA ALINMAYAN MƏDƏNİ İRSİMİZ: Bağırxan məbəd kompleksi. - Faiq İSMAYILOVun araşdırması-FOTO=27

QEYDİYYATA ALINMAYAN MƏDƏNİ İRSİMİZ: Bağırxan məbəd kompleksi. Faiq İSMAYILOVun araşdırması-FOTO=27

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın xeyli sayda qiymətli mədəni irs nümunələri o cümlədən daşınan və daşınmaz tarix və mədəniyyət abidələri qalıb. Məlumdur ki, Sovet dövrü Azərbaycanın indiki işğal olunmuş ərazilərində abidələrin qeydiyyatı səthi aparılmışdır, məhz bu səbəbdən də bu ərazilərdə böyük sayda abidələr dövlət qeydiyyatdan kənarda qalmışdır. Ona görə də Azərbaycanın İşğal altındakı abidələrinin sayı, Azərbaycan tərəfinin rəsmi məlumatlarında 679 gah da 898 göstərilir. Ermənistanın Hökuməti Azərbaycan ərazilərini işğal etdikdən sonra o ərazilərdə abidələrin rəsmi qeydiyyatını aparmış və bunun da nəticəsində erməni tərəfin rəsmi məlumatlarında Dağlıq Qarabağ və ətraf ərazilərdəki abidələrin sayı 6000 rəqəmi ilə ifadə olunur.
Bu iki sənəd arasındakı böyük say fərqi istər-istəməz işğal altındakı abidələrimizin sayının dəqiqləşdirilməsini tələb edir. Bunun ölkəmiz üçün vacibliyini nəzərə alaraq üç il öncə İşğal altında qalan 2500-ə yaxın tarix və mədəniyyət abidəsinin dəqiqləşdirilmiş siyahısını Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim etsəm də “işlərinin çoxluğunu” bəhanə edib bu abidələrin Dövlət qeydiyyatına alınmasına kömək etmədilər.
Bağırxan məbəd kompleksi.
Bağırxan məbəd kompleksi, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə Xocalı rayonunun Ninqi, Qırmızıkənd, Daşkənd və Qızıloba kəndlərinin şimal hissəsində meşəlik ərazidə inşa edilib.
Abidə özünəməxsus orginal memarlıq quruluşuna malikdir. Bu abidə uca dağ zirvəsində XVII əsr, 1646-cı ildə inşa edilmişdir. Abidənin adı Bağırxan, Buruxan, Bovurxan kimi səsləndirilir.
XVIII əsrdə Qarabağ xanlığının Qarqar qarnizonu bu kompleksdə yerləşdirildiyi deyilir.
Abidə 2014-cü ildə Ermənistan Respublikası tərəfindən qeydiyyata alınıb
Faiq İSMAYILOV 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !