Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Global Game Jam Next tədbirini keçirəcək -

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Game Jam Next” tədbirini keçirəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “SUP” Akselerasiya Mərkəzinin və “Tech Academy”nin birgə təşkilatçılığı ilə “Global Game Jam Next” tədbiri keçiriləcək.

“Global Game Jam Next”in əsas məqsədi video oyunlarının yaradılmasını öyrənməyə həvəs göstərən 12-17 yaşlı yeniyetmə və gənclərə bu sahədə ilkin bilikləri mənimsəməyə dəstək olmaqdır. Bu tədris proqramı onların kodlaşdırma potensialını üzə çıxararaq texniki biliklər qazanmasına imkan yaradacaq.
13-24 iyul tarixlərində baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə (13-17 iyul) iştirakçılara proqramlaşdırma və oyun hazırlama bacarıqları mövzularında video dərslər keçiriləcək.
İkinci hissədə isə (20-24 iyul) iştirakçılar öyrəndiklərini tətbiq etməklə öz ideyaları əsasında oyunlar hazırlayacaqlar.

İştirak üçün 12-17 yaşlı yeniyetmə və gənclər “https://bit.ly/2D4ZApp” linki vasitəsilə 10 iyul saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, inklüziv təhsil alanlarla xüsusi mentorların iştirakı ilə inklüziv təhsil sahələrində kodlaşdırmanın təşviqini artırmaq, onların texnoloji yeniliklərə marağını gücləndirmək məqsədilə ayrıca məşğul olunacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !