Gülağa Tənha - "Mənim amalım" şeir

Gülağa Tənha "Mənim amalım" şeir

“Qızıl yarpaq, Tənha səs” müsabiqəsinin aparıcıları xeyriyyəçi-şair Gülağa Tənhanın “Mənim amalım” adlı şeirini səsləndirirlər. Azpress.az – saytı Şairin digər bir şeirini də yazlı şəkilndə oxuculara təqdim edir. 12 iyul 2020-ci ildə baş vermiş döyüş nəticəsində şəhid olmuş əsgər, qizir və zabitlərimizin timsalında bütün Azərbaycan şəhidlərimizin əziz xatirəsinə ithaf olunur...

 

 


MƏNİM AMALIM

 

Ürəyimi verərəm
Hər ümidsiz qalana.
Qoymaram ki, can evi
Dağıdıla, talana.
Gözlərinə göz ollam,
Uğuruna iz ollam,
Ümid verən söz ollam
Sözdən ilham alana.
Dara düşəndə istə,
İstə, məndən can istə.
Qoymaram başın üstə
Yad buludlar dolana.
Həsrətdən gözü dolar,
Gülü-gülşəni solar.
Gülağa qardaş olar
Elə oğul olana.
May, 1991

 

 

 

 

ŞƏHİDİM, KEÇ GÜNAHIMDAN



Analar gözündə yaşa dönübsə,
Güllə paralamış qaşa dönübsə,
İndi özü boyda daşa dönübsə,
Şəhidlər keçərmi günahımızdan?
Hər naləyə görə, hər aha görə,
Yollarda ləngiyən sabaha görə,
Zamanın etdiyi günaha görə
Şəhidlər keçərmi günahımızdan?
Qarabağ göynəyir, ağılar deyir,
«Od salıb canıma yağılar» – deyir,
«Ləngimə, tifaqım dağılar!» – deyir;
Şəhidlər keçərmi günahımızdan?
Yada salammıram nəyi, nələri,
Ocaqlar söndürüb yol kəsənləri…
Dara çəkəmmirəm biganələri,
Şəhidlər keçərmi günahımızdan?
Qara bulud aldı göyün üzünü,
Sipər edəmmədik qeyrət sözünü…
«Şur»la sevindirsək Cıdır düzünü,
Şəhidlər keçəcək günahımızdan!..
Moskva, 20 yanvar, 2006

 

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #alim

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !