Gülağa Tənha - "Qızıl yarpaq, Tənha səs" ifa: Əməkdar artist Könül Kərimova

Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Əməkdar artist Könül Kərimova

"Qızıl yarpaq, Tənha səs" müsabiqəsinin növbəti iştirakçısı Əməkdar artist Könül Kərimovadır. O, müsabiqəyə xeyriyyəçi – şair Gülağa Tənhanın “Deyiləm” şeirinə bəstələdiyi mahnı ilə qatılmışdır. Azpress.az saytı adı çəkilən mahnının Klip versiyasını təqdim etmişdir, həmin buraxılışda bu şeirin yaranma tarixçəsi haqqında da ətraflı məlumat verilmişdir. İndi isə sizə Könül Kərimovanın məhz müsabiqədəki çıxışını təqdim edirik.

 

 

söz: Gülağa Tənha (Qənbərov)
musiqi və ifa: Əməkdar artist Könül Kərimova

 



DEYİLƏM



İlk sevgi qəlbimdə əbədi qaldı,
Çılğın gəncliyimi əlimdən aldı.
Ümidim yarpaqtək soldu, saraldı,
Daha əvvəlkitək gülən deyiləm.
Sən elə bilirdin sənsiz ölərəm,
Mənim üzüm bərkdi, ölən deyiləm.
Elə incitmisən ürəyimi sən,
Bir daha qapına gələn deyiləm.
Pərvanə dolanar şamın başına,
Sevgi məhəl qoymaz ömrün yaşına.
Qayıtsan yenidən on beş yaşına,
Mən sənin sevgini bilən deyiləm.
Tənhanın sözünü yadında saxla:
Ömrün keçəcəkdir naləylə, ahla.
Ürəyin nə qədər istəyir ağla,
Axan göz yaşını silən deyiləm.


dekabr, 1977

 

www.azpress.az/index.php - Klip versiyası


Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !