YAŞAYAN ŞƏHİD-HACI ŞAHİN HƏSƏNLİ - (Doğum günü təbriki əvəzi)

YAŞAYAN ŞƏHİD-HACI ŞAHİN HƏSƏNLİ (Doğum günü təbriki əvəzi)

90-cı illərin əvvəli. 70 illik ateistik və nihilistik “zəhərlərə” məruz qalan ölkəmizin mənəvi mühiti, qaranlıq və solğun vəziyyətdədir... Xəzan yelləri əsmiş və dəyərlər, öz “yarpaqlarını tökmüş”... Düşüncələrin üzərini hörümçək toru basmış... Hürriyət quşları uçmur... Başgicəlləndirici bir duman var...

90-cı illərin sonu. Yavaş-yavaş günəşin şəfəqləri, zülmətdən boylanmaqda və həyatı işıqlandırmaqdadır. Özünə dönüş meyilləri sürətlənməkdədir. Arzular oyanmaqda, ümidlər cücərməkdədir.
Artıq, yeni bir ab-hava duyulmaqdadır. Bu yeni mərhələ, xüsusi həssaslıq və özəl məsuliyyət gərəkdirir.
Hər dövrün öz imamı və lideri olduğu kimi, bu həssas dövr də liderə, başbilənə ehtiyac duymaqdadır. Özünü fəda etməyə hazır, gündəlik hadisələrin fövqündə duran, fərqli bir şəxsə...
O zat, yavaş-yavaş yetişməkdədir. Zəhməti, məsuliyyəti və ağlıyla kamilləşməkdədir....
Təşəbbüskar və iti zehinli bu gəncin adı, Şahin Həsənlidir. 20-li yaşlardan etibarən təşkilat quran, çoxşaxəli və aktiv ictimai fəaliyyətlə məşğul olan, mənəvi şüur naminə bal arısı kimi çalışan, arıq cüssəli, amma böyük ürəkli cavan...
Bu zəhmət və təvəkkül, getdikcə öz bəhrəsini verməkdə və həm özü, həm də idealları böyüməkdədir.... Əxlaq və ləyaqət fidanları pöhrə verməkdə, bəsirət çiçəkləri açmaqdadır. Vicdanın səsinə səs verilməkdədir.
Həqiqi lider olmaq, ən çətin məsələdir və təkcə savad yox, bəsirət də tələb edir. O, özündə liderliyin bütün məziyyətlərini birləşdirdiyi üçün, ən həssas məqamlarda da təmkini və ipi əldən vermir.

Cəmiyyətin liderləri, adi insanlar yox, şəhid ruhlu insanlardır. Şəhidliyin mənası, ölmək deyil, FƏDA OLMAQdır. Fədakarlıq isə təkcə ölməklə olmur. YAŞAMAQLA da olur. Və bəzən sağ qalmaq, şəhid olmaqdan daha çətin və daha lazımlıdır.
O, sağ qalmaqla, böyük qəhrəmanlıq edir. Bütün həyatını- zamanını, enerjisini, istedadını cəmiyyət üçün fəda edir, ülvi amallar naminə hər şeyini qurban verir.

Yaşayan Şəhid....

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !