Dövlət Məşğulluq Agentliyi iqtisadiyyatın aktual sahələri üzrə peşə və ixtisaslara dair tanıdıcı videoçarxlar hazırladı -

Dövlət Məşğulluq Agentliyi iqtisadiyyatın aktual sahələri üzrə peşə və ixtisaslara dair tanıdıcı videoçarxlar hazırladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndəki Dövlət Məşğulluq Agentliyi tərəfindən iqtisadiyyatın aktual sahələrini əhatə edən 50 peşə və ixtisas üzrə tanıdıcı videoçarxlar hazırlanıb.

Videoçarxlarda seçilmiş peşə və ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlara dair məlumat verilir. Həmin peşə və ixtisaslara necə və harada yiyələnməyin, onlarla hansı iqtisadi fəaliyyət sahələrində işləməyin mümkün olduğu diqqətə çatdırılır.

Videoçarxların hazırlanmasında məqsəd əmək fəaliyyətinə başlamağa hazırlaşan gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə, ixtisas seçiminə dəstək göstərməkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !