Böyükşor gölünün ətrafında Azərsu Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır - - FOTO

Böyükşor gölünün ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır - FOTO

Böyükşor gölünün ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

Mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır. Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür.

Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb (şəkil əlavə olunur.) Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !