AzTU tələbələri OSTİM sənaye bölgəsində təcrübə keçəcək -

AzTU tələbələri OSTİM sənaye bölgəsində təcrübə keçəcək

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev OSTİM Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və baş müəllimi Bəxtiyar Nəcəfovla görüşüb.

Görüşdə AzTU ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlığın inkişafı çərçivəsində ikili diplom, mübadilə proqramları, birgə layihələrdə iştirak, dil kursları, xüsusilə də ingilis dili tədrisinin birgə aparılması müzakirə edilib.

Hər iki universitet arasında müəllim-tələbə mübasiləsi, yay aylarında AzTU müəllimlərinin OSTİM Texniki Universitetində təcrübəyə göndərilməsi ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə  hər il AzTU-nun 20 tələbəsinin OSTİM sənaye bölgəsində təcrübə keçməsi qərara alınıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !