QHT sədri: - Nazirlər Kabinetinin 208 nömrəli qərarına dəyişiklik edilsin!

QHT sədri: Nazirlər Kabinetinin 208 nömrəli qərarına dəyişiklik edilsin!

QHT rəhbərindən Operativ Qərargaha təklif: NK-nin 208 nömrəli qərarın əlavəsinin 7-ci bəndi yeni redaksiyada verilsin.

Bildiyimiz kimi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bəzi icazələri ləğv edib.
İcazələri ləğv olunan sahələrdən biri də QHT sektorudur.
Bununla bağlı “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə təkliflə çıxış edib.

"Bu problem nədən yaranıb və niyə həll olunmur?

Mənə təsir edən problemin yaranması deyil, bu problemə müvafiq qurumların münasibətsizliyidir.

Problemin səbəbi nədir?

Xüsusi karantin rejimində icazələr  iqtisadi fəaliyyət sahələrinə görə verilir.
Belə ki, xeyli sayda QHT-lərimiz var ki,  fəaliyyətinə icazə verilən səhiyyə və sosial sahə üzrə çalışır. Lakin həmin QHT-lər də vergidə uçota durarkən 94990 (DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN SAİR İCTİMAİ TƏŞKİLATLARIN FƏALİYYƏTİ) kodu ilə qeydiyyata düşüblər. Yəni ictimai təşkilat sözünə fokuslanaraq və kodlar arasında  yeganə sözün burada olduğuna görə, çox QHT bu kodla qeydiyyata düşüb. 

Belə şəraitdə nə etmək lazımdır?

 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bununla bağlı vergi ödəyicilərinə müraciət edib. 
Müraciətdə deyilir:
“Hörmətli vergi ödəyicisi!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
İcazə almaq üçün fəaliyyət növünüzün (5 rəqəmli kodunun) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalasınız .”

Çıxış Yolu

Bu əslində vəziyyətdən qismən çıxış yoludur. Çox QHT-nin sosial sahədə fəaliyyət göstərdiyini nəzər alsaq, bir çox QHT  fəaliyyətini bərpa edə bilər. Lakin müraciətlərə cavabın nə vaxt gələcəyi də sual doğurur. Çünki rəsmi qurumlar əməkdaşlarının az bir hissəsi ilə çalışır. Bu qədər sorğuları ən yaxşı halda 5 iş günü müddətdə cavablandıra biləcəklər. Bu qaydalar tətbiq olunsa da, bəzi QHT-lər yenə də kənarda qala bilər. Məsələn, insan hüquqlarının müdafiəsi, ictimai nəzarət və s. təşkilatlar.

Karantin rejimin nə qədər davam etməsi də bəlli deyil. Belə şəraitdə QHT-lərin fəaliyyətinin səbəbindən asılı olmayaraq, məhdudlaşdırlması düzgün addım deyil.   Ən dolğun çıxış yolu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərar əlavəsində olan 7-ci hissəsinə “və qeyri - hökumət təşkilatları” sözlərinin əlavə edilməsidir.

Həmin bənd aşağıdakı redaksiyada verilsin:
7. Kütləvi informasiya vasitələri və qeyri - hökumət təşkilatları
Bununla da əmək müqaviləsi olan QHT əməkdaşlarının da fəaliyyətinə icazə verilə bilər.

Qeyd edim ki, KİV-də iqtisadi fəaliyyət koduna görə də müvafiq 18 bölməni əhatə edir."

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !