Koronavirus və seks: Nəyi bilmək lazımdı? - -FOTO=2

Koronavirus və seks: Nəyi bilmək lazımdı? -FOTO=2

Əgər sekslə məşğul olsam, koronavirusa yoluxa bilərəmmi? Ola bilsin ki, siz bu barədə düşünmüsünüz, lakin soruşmağa utanırsınız.
Miflərdən faktları ayırmaq üçün suallarınızla səhiyyə mütəxəssislərinə müraciət etmişik.
Doktor Alex George təcili tibbi yardım həkimidir və "Love İsland" televiziya müsabiqəsinin keçmiş iştirakçısıdır. Alix Fox, BBC Radio 1-də "gözlənilməz mayelər" adlı proqramın aparıcısıdır.
Alix Fox və doktor Alex George internet axtarışlarında yer alan seks və koronavirus haqqında bəzi sualları cavablandırıblar.
Koronavirus epidemiyası zamanı cinsi əlaqədə olmaq təhlükəsizdir?
Dr Alex George:
Əgər sevgi münasibətləriniz varsa... həmin adamla yaşayırsınız və eyni mühitdə yaşayırsınızsa, bu, sizin vəziyyətinizi dəyişdirməməlidir. Ancaq əgər sizdən kimdəsə koronavirus simptomları özünü göstərirsə, onda siz öz sosial distansiyanızı saxlamalı və hətta evinizin daxilində təcrid olunmalısınız. İdeal halda dünyada hər bir insan bir-birindən iki metr məsafədə durmalıdır - hətta ev şəraitində olsa da belə, lakin anlayırıq ki, bu, realistik olmaya bilər.
Alix Fox: Bu da vacibdir ki, koronavirusun simptomları əgər sizdə yüngül keçirsə, bu, demək deyil ki, sizin partnyorunuzda da bu, eyni tərzdə olacaq. Odur ki, hər hansı bir simptomunuz varsa, sevgilinizdən uzaq durmağa çalışın.
Yeni partnyorlarla cinsi əlaqə necə?
Dr Alex:
Mən birmənalı olaraq, indiki vəziyyətdə yeni seks partnyorlarını əldə etməyi məsləhət görməzdim, çünki virusun yayılması riski ola bilər.
Alix Fox: Virusun daşıyıcıları olan bəzi insanların heç bir simptomları olmadığını da unutma. Siz tamamilə normal hiss edə bilərsiz. Amma infeksiya sizdən başqasına, onlardan da yaxın təmasda olan və ya öpüşərkən digər insanlara keçə bilər.
Bu yaxınlarda görüşdüyüm adamı öpdüm və onda simptomlar özünü göstərdi. Bu halda nə etməliyəm?
Dr Alex:
Əgər koronavirus simptomu olan birini öpmüsünüz və ya onunla təmasda olmusunuzsa, özünüzü təcrid edin.
Öz simptomlarınıza da diqqət yetirin. Əgər sizdə simptomlar özünü göstərməkdə davam edirsə, onda xüsusilə ehtiyatlı olun. Məlumat və məsləhət almaq üçün Səhiyyə Nazirliyinin internet saytına müraciət edin. Təcili tibbi yardım xidmətinə yalnız özünüzü çox pis hiss edəndə zəng edin.
Alix Fox: Bir-birimizə qarşı və əlaqələrimizdə özümüz də məsuliyyətli olmalıyıq. Əgər hər hansı bir simptom sizdə aşkar olunubsa və bu yaxınlarda öpdüyünüz başqa insanlara bunu bildirməlisiniz. Və əgər sizinlə öpüşən insanda koronavirus simptomları aşkar edilibsə, bu zaman siz də özünüzü təcrid etməlisiniz.
Koronavirusa qədər partnyorumla prezervativsiz keçinmişəm, indi istifadə etməlıyəmmı?
Alix Fox:
Cavab, prezervativlərdən niyə istifadə etmədiyinizdən asılıdır.
Əgər siz prezervativdən ona görə istifadə etmirsiniz ki, hər ikiniz zöhrəvi xəstəliklərə qarşı yoxlamadan keçmisiniz və ya heteroseksual əlaqələyə menopauza başlamazdan əvvəl girirsiniz və planlaşdırılmamış hamiləliyin qarşısını almaq üçün kontrasepsiyanın başqa üsulundan istifadə edirsinizsə, bu normaldır. Amma prezervativdən cinsi əlaqə aktını erkən kəsmə kimi üsullara bel bağladığınıza görə və ya zöhrəvi xəstəliyiniz ola-ola riskə gedərək istifadə etmirdinizsə, onda məhz indi prezervativdən istifadə etmək daha da vacibdir.
Başqasının vagina və ya penisinə toxunaraq koronavirusa yoluxa bilərəmmi?
Dr Alex:
Bir-birinizin cinsiyyət orqanlarına toxunacaqsınızsa, onda ehtimal ki, həm də öpüşəcəksiniz. Məlumdur ki, bu virus tüpürcək vasitəsilə keçə bilir. Əslində, hər hansı bir koronavirusu ötürmə kanalı - ağzınızdan əlinizə, cinsiyyət orqanlarına, kiminsə burnuna və ya ağızına - koronavirusun yayılması riskini artırır. Biz bunu mütləq minimuma endirmək istəyirik. Odur ki, bir yerdə yaşamadığınız partnyorla əlaqənizin olmaması həqiqətən vacibdir.
Belə bir dövrdə münasibətləri necə qorumaq olar? Mən indi tənha olmaq istəmirəm.
Alix Fox:
Bu dəfəki pandemiya bir çox insanı yaxşı seksual həyat necə olmalıdır və ləzzət verən xoş mübadilənin nə olduğu sualı üzərində bir daha düşünməyə təşviq edir. Bir-birinə erotik hekayələr yazan və zaman və məsafədən yararlanaraq karantində olmalarına baxmayaraq görüşən insanlar haqqında eşitmişəm. Bir çox insanda həqiqətən yaradıcılıq həvəsi oyanır. Təxəyüllünüzdən bir az daha geniş istifadə etsəniz, kiminləsə üz-üzə qarşılaşmadan seksli bir vaxt keçirə bilərsiniz.
İndiki məqamda bunu da yadda saxlamaq vacibdir ki, bəzi insanlar onların və ya onların partnyorları fərqli libido sahibi olduqlarını aşkar edə bilərlər. Siz yalnız həftədə bir dəfə görüşmək istədiyinizi və birdən-birə bir damın altında yaşamalı olduğunuz bir vəziyyətə düşə bilərsiniz. Ola bilsin ki, siz seks istəyəndə, partnyorunuz bunu istəməsin və ya bunun əksi olsun. Bu barədə ehtiram və nəzakətli tərzdə danışmaq vacibdir. Birgə yaşamaq, sizə istədiyiniz an cinsi əlaqəyə girmək hüququ vermir. Və partnyoru ilə bir yerdə olan hər kəs seksə məcbur edildiyi hissiylə yaşadığına görə özünü yaxşı hiss etmədiyi halda yardım almaq üçün qaynar xəttə zəng edə bilər.
Məndə İİV varsa, koronavirusa yoluxma riski daha böyükdürmü?
Alix Fox: Terrens Higgins Fondundan doktor Michael Brady bu barədə həqiqətən yaxşı məsləhət verir. Əgər siz artıq müntəzəm olaraq HİV ilə mübarizə aparmaq üçün dərman qəbul edirsinizsə və kifayət miqdarda CD4 (infeksiyaya qarşı mübarizə üçün leykositlərin sayı) və qeyri-müəyyən virus yükü (qanda HİV miqdarı) varsa, onda immunitet sisteminiz zəifləmiş sayılmır. Bu o deməkdir ki, siz koronavirusa yoluxmanın əlavə riskinə məruz qalmırsınız. Beləliklə, əgər siz HİV varsa, əvvəl olduğu kimi dərmanlarınızı qəbul etməyə davam edin. Təcridə bənzər məsələlərə gəldikdə isə, hər kəsin gözlədiyi eyni qaydalara əməl etdiyinizə əmin olun.BBC NEWS

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !