Təcridxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınmışdır -

Təcridxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınmışdır

Təcridxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınmışdır.

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Namazov Anar Rəşid oğluna tanışı Bakı şəhər sakini Hüseynova Fəxrəndə Əlihüseyn qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman yeməklə dolu olan qazanın dibində dəmir materialdan kustar üsulla düzəldilmiş xüsusi saxlanc yerində 1 ədəd “LG” markalı mobil telefon aparatı, bir ədəd batareya və 2 ədəd danışıq kartı aşkar edilmişdir.


Faktla bağlı araşdırma aparılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !