GÜLƏŞ-UWW pəhləvanların yarışının vaxtını dəqiqləşdirib - İntiqam Məmmədov (AZpressAZ) FOTO=4

GÜLƏŞ-UWW pəhləvanların yarışının vaxtını dəqiqləşdirib İntiqam Məmmədov (AZpressAZ) FOTO=4

Dünya Güləş Birliyi (UWW) bu il keçirilməsi əvvəlcədən planlaşdırılan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan yarışların, o cümlədən kişi və qadınlar arasında keçiriləcək Olimpiya təsnifatlı dünya çempinatının baş tutacağı vaxtı müəyyənləşdirib. Yarışların hamısı adıçəkilən qurumun İK tərəfindən müəyyənləşdirilmiş kriteriyalar əsasında keçiriləcək. Məlum olub ki, yeniyetmə və gənclərin dünya çempionatı 4-10, böyüklərin analoji yarışı isə 11-20 dekabrda Serbiyanın paytaxtı Belqradda düzənlənəcək. 23 yaşadək olan gənclərin dünya birinciliyi 23-29 noyabr günlərində Tamperedə (Finlandiya) baş tutacaq.
Qitə çempionatlarına gəlincə, gənclərin Avropa birinciliyi 19-25 oktyabr aralığında Skopyedə (Şimali Makedoniya) keçiriləcək. Yeniyetmələrin analoji yarışı isə 5-11 oktyabrda baş tutacaq. Lakin bu yarışın təşkilatçısı hələlik bəlli deyil.
UWW-nin İK avquetda yenidən bir araya gələcək və pandemiya ilə əlaqədar hər hansı bir dəyişiklik etmək lazım gələrsə, bunlar hamısı elan ediləcək.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !