FORMULA-1 2020-ci il mövsümü Valtteri Bottasın qələbəsiylə - -FOTO=3

FORMULA-1 2020-ci il mövsümü Valtteri Bottasın qələbəsiylə -FOTO=3

Koronavirus pandemiyası üzündən startı uzun müddət təxirə salınan formula-1 üzrə dünya çempionatına nəhayət ki. Avstriyanın Şpilberq şəhərində baş tutan Qran-Pri ilə start verilib. "Red Bul Rinq" avtodromunda baş tutan bu birinci mərhələ yzarışı "Mersedes" komandasının pilotu Valtteri Bottasın qələbəsi ilə yadda qalıb. O, 4316 metr uzunluğunda olan trası hamıdan tez 71 dəfə dövrə vurmaqla 306 km 452 metr məsafəni 1.30.52,739 saata qət edib. İkinci yeri ondan cəmi 2,791 saniyə geri qalan Şarl Lekler ("Ferrari") tutub. Yarışda ilk üçlüyü isə qalibdən 5,689 saniyə geri qalan Lando Norris ("Maklaren") tamamlayıb. Yarışda diqqətçəkən məqamlardan biri 6 qat dünya çempionu adını daşıyan britaniyalı pilot Lyuis Hemltonun ("Mersedes") finişə 4-cü catması olub. Almaniyalı 4 qat dünya çempionu Sebastyan Fettel ("Ferrari") qalibdən 24,545 saniyə geri qalmaqla yalnız 10- cu ola bilib. Ümumiyyətlə, yürüşə qatılan 10 komandanın 20 pilotundan 9-u mübarizəni finişə çatmadan dayandırmaq məcburiyyətində qalıb. İlk mərhələdən sonra pilotların yarış cədvəlində vəziyyət belə olub: 1. Valtteri Bottas ("Mersedes") - 25 xal, 2. Şarl Lekler ("Ferrari") - 18 xal, 3. Lando Norris (xal "Maklaren") - 16 xal, 4. Lyuis Hemlton ("Mersedes") - 12, 5. Karlos Sayns ("Maklaren") - 10 xal, 6. Serxio Peres ("Reysinq Poynt") - 8 xal, 7. Pyer Qasli ("Alfa Tauri") - 6 xal, 8. Esteban Okon ("Reno") - 4 xsal, 9. Antonio Covinattsi ("Alfa Romeo") - 2 xal, 10. Sebastyan Fettel ("Ferrari") - 1 xal.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !