Azərbaycan mübarizəyə Top-divizionda başlayacaq - İNTİQAM Məmmədov (AZpressAZ)

Azərbaycan mübarizəyə Top-divizionda başlayacaq İNTİQAM Məmmədov (AZpressAZ)

FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Arkadi Dvorkoviç Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan Ümumdünya Şahmat Olimpidasının keçiriləcək vaxtı açıqlayıb. Qurumun rəhbəri bildirib ki. koronavirus pandemiyası üzündən təöirə salınan bəlli turnir gələn ilin yayında keçirilə bilər. "Hesab edirəm ki, Olimpiada Rusiya İdman Nazirliyinin və eləcə də turnirin təşkilatçəlarından biri olan Moskva şəhərinin rəhbərliyinin birgə razılığı ilə gələn ilin iyulunda keçirilə bilər. Bu yarışı biz Tokio Olimpiadasına qədər qurtarmalıyıq": - Arkadi Dvorkoviç "R-Sport"a açıqlamasında belə deyib.
Yeri gəlmişkən, Azərbaycanın yığma komandası təsnifat merhələdən azad edilməklə Olimpiadada birbaşa 40 ən yaxşı komandanın mübarizə aparacağı Top-divizinda çıxış edəcək. Yığmamızla yanaşı bu divizina Polşa, Fransa, Gürcüstan, Ermənistan və eləcə də 2018-ci ildə Batumidə (Gürcüstan) baş tutan Olimpiadada ilk 5 yeri tutmuş Çin, Rusiya, ABŞ, Ukrayna və Hindistan millisi qatəlacaq. Qalan komandalar isə təsnifat mərhələsindən gələcək. Top-dizionda olan komandalar 4 qrupa bölünərək mübarizə aparacaq. Komandalar qruplarda dairəvi sistem üzrə yarışacaqlar. Sonda hər qrupdan üç ən yaxşı komanda 1\8 finala çıxacaq.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !