BDU-nun müəllimləri Pandemiya şəraitində ərəb dilinin tədrisi adlı ve­bi­nar­da iş­ti­rak ediblər - - FOTO

BDU-nun müəllimləri “Pandemiya şəraitində ərəb dilinin tədrisi” adlı ve­bi­nar­da iş­ti­rak ediblər - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müəllimləri - dosent Təranə Əkbərova və Xəyalə Mustafayeva 29 iyun-2 iyul 2020-ci il tarixlərində keçirilmiş “Pandemiya şəraitində ərəb dilinin tədrisi” adlı silsilə vebinar­larda iş­tirak ediblər. Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Ərəb Fi­lologiyası ka­fedrasının təşəbbüsü ilə baş tutan vebinara dünyanın bir çox ölkələrindən olan mütəxəssis­lər qatılıb.

Vebinarda “Ərəbşünas tələbələr üçün danışıq praktikası”, “Ərəb dili üzrə tərcüməçi-sinxronistlərin ha­zır­lan­ma­sı”, “Ərəb dilinin qeyri-ərəblərə təd­­ri­sin­dəki prob­lemlər”, “İraq­da qey­ri-ərəb­lərə ərəb dilinin tədrisi təcrübəsi”, “Amerikada ərəb dilinin öyrənilməsi və beynəlxalq mə­dəni əla­qə­lər”, “İnfoqrafika ərəb di­li­nin təd­ri­sin­­də bir va­si­tə kimi” adlı məruzələr iştirakçıların böyük marağına səbəb olub.

Çıxışlarda pandemiya şəraitində ərəb dilinin onlayn tədrisində yaranan çətinliklər, onların həlli yolları, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədrisi məsələləri, ərəb dilində olan elektron resurslar haqqında ətraflı məlumat verilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !