Onlayn imtahan sessiyasının dördüncü həftəsinə yekun vurulub - - FOTO

Onlayn imtahan sessiyasının dördüncü həftəsinə yekun vurulub - FOTO

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının dördüncü həftəsinə yekun vurulub.

İyulun 3-də bakalavriat pilləsində təhsil alan 193 qrup üzrə 4271 (228 nəfəri SABAH qrupları olmaqla),  qiyabi şöbədə 7 qrup üzrə 90 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 101 ixtisaslaşmada 84 fənn üzrə 349 magistrant imtahan verib.

BDU-nun Qazax flialında isə 404 tələbə imtahanlarda iştirak edib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

BDU-da yay semestrinin imtahan sessiyası artıq dördüncü həftədir ki davam edir, sessiya iyulun 10-da yekunlaşacaq.

Bu həftə ərzində BDU-da bakalavriat pilləsində təhsil alan 820 qrup üzrə 18194 tələbə, magistratura pilləsində 318 ixtisaslaşmada 220 fənn üzrə 1094 magistrant, BDU-nun Qazax flialında isə 1945 tələbə imtahanlarda iştirak edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !