Yük avtomobillərində siqaretlər keçirmək istədilər - - FOTO

Yük avtomobillərində siqaretlər keçirmək istədilər - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda beş fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" və Türkiyə Respublikası vətəndaşlarının idarə etdikləri "İVECO", "Mercedes-Benz", "Volvo" və "Mercedes-Benz 1840 LS" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5600 ədəd "Marlboro"və 400 ədəd "Parliament Nigth Blue" markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !