BDU-da onlayn yay imtahan sessiyası davam edir - - FOTO

BDU-da onlayn yay imtahan sessiyası davam edir - FOTO

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən start götürən yaz semestrinin onlayn imtahan sessiyası bu gün də uğurla davam edib.

İyulun 2-də bakalavriat pilləsində təhsil alan 200 qrup üzrə 4347 (45 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 13 ixtisaslaşmada 7 fənn üzrə 53 magistrant imtahan verib.

BDU-nun Qazax flialında isə 370 tələbə imtahanlarda iştirak edib.

Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

Sessiya iyulun 10-da yekunlaşacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !