CƏLİL VƏ LENA - MOSKVA XATİRƏLƏRİ

CƏLİL VƏ LENA MOSKVA XATİRƏLƏRİ

MOSKVA XATİRƏLƏRİ

 

CƏLİL VƏ LENA

 

I hissə

 

 

1984-cü ildə Moskvada MİU-ya qəbul oldum. Birinci kursda bir ay idi ki, oxuyurdum.

Moskvada Puşkin metrosundan çıxaraq Teverskoyda Babayevin adına karamelni mağa-zasına girdim. Orada üç kilo “mecta” konfetini almaq üçün çek almışdım. Növbəyə dura-raq satıcıya çeki təqdim edib konfeti verməsini istədim. Satıcı mənə bildirdi ki, adam başına iki kilo verilir. Bu vaxt arxadan bir qız satıcıya dedi ki, biz iki nəfərik, üç kilo versin. Mən arxaya baxarkən gözəl bir qız gördüm. Ona təşəkkür etdim. Onun gözlərində, üzündə mənə aid nəsə olduğunu gördüm. Gözümü ondan çəkə bilmirdim. Satıcı mənim üç kilo konfetimi hazır edərək vermişdi. Mənim fikrim isə qızda qalmışdı. Onu haradansa tanıdığımı düşünürdüm. Satıcı mənə dedi:

- Al konfetini get, növbəni gecikdirmə.

Növbədə olan o qız çek verib bir kilo konfet aldı. Hər birimizə iki kilo düşdü. Mən yeni-dən mağazanın içərisindəki bölmələrə baxaraq başqa konfet də almaq üçün qiymətlərinə baxdım. Kassaya yaxınlaşaraq pulu ödəyib çekini alandan sonra da gəlib həmən şokoladı almaq üçün kassada növbə tutdum. Məndən qabaqda yenə də həmin qızı gördüm. O, yenə bir kilo mənim konfet aldığım şöbəyə çek vurdurdu. Mən o qızdan xahiş edərək dedim:

- Üç kilo alsam, mənə bir kilonun alınmasında kömək edərsinizmi?

Qız:

- Sən alverçisənsə, kömək etməyəcəyəm, əgər alverçi deyilsənsə, kömək edərəm, - cavabında söylədi.

Mən gülərək qıza dedim:

- Mən konfet alverçisiyəm.

Qız mənə gülərək dedi:

- Məni bağışla, sənə kömək etməyəcəyəm.

Mən çeki alandan sonra yenə konfet bölümünə getdim. Qız da orada növbəyə durmuşdu. Hər ikimiz özümüzə məxsus olan konfeti aldıq. Mən yenidən sıraya duraraq iki kilo da konfet aldım.

Mağazadan çıxıb Teverskoydan aşağı düşdüm ki, mərkəzi poçtla aldığım konfeti rayona göndərim. Yol boyu maqazində gördüyüm qızın üzündə gördüyüm nuraniliyi, mehribançılığı xatırladım. Lakin o, mənə alverçi dediyinə görə, ondan incimişdim. Ona görə nuranilik, mehribançılıq bir anda xəyalımdan yox oldu. Poçta gəlib bir bağlama alaraq konfetləri yerləşdirdim. Sonra açıqca alaraq qardaşımın ad gününü təbrik üçün ürək sözlərimi yazıb bağlamaya qoydum. Bağlamanı göndərmək üşün mənə bir vərəq verib dedilər ki, bunu doldur. Rus dilində yaxşı bilmədiyim üçün vərəqi doldura bilmə-dim. Yaxınlıqda bir qız teleqram yazırdı. Vərəq əlimdə ona yaxınlaşdım ki, mənə kömək etsin. O, başını qaldıranda mağazada mənə alverçi deyən qızın olduğunu gördüm. Yenidən dilim tutuldu. Geri çəkilib bağlama qoyduğum stola yaxınlaşdım. Yenicə vərəqi yazmaq istəyirdim ki, qız özü mənə yaxınlaşıb:

- Sizə kömək edəcəm, - dedi və vərəqi doldurdu. Sonra isə öz teleqramını yazmağa davam etdi. Mən Moskvada çəkdirdiyim bir neçə fotoşəklimi və ad gününə yazdığım açıqcanı bağlamaya qoydum. Bu vaxt həmin qız yenidən mənə yaxınlaşıb dedi:

- Sənə alverçi dediyimə görə, məndən incimisən? - açıqcaya baxaraq əlavə etdi, - sən ad günü hədiyyəsi göndərirsən, kimin ad günü-

dür?

Dedim:

- Kiçik qardaşımın ad günüdür, 8-ci sinifdə oxuyur.

Qız açıqcada yazdığım yazını oxumaq istədi. Qardaşıma göndərəcəyim şəkillərimə də baxıb:

- Sizin dildə oxuya bilmirəm, - dedi və özü yeni ad günü açıqcası seçib aldı. Sonra rus dilində yazdı. Məndən qardaşımın adını soruşub nəsə əlavə edib mənə dedi:

- Mənim də balaca qardaşım 8-ci sinifdə oxuyur. Qardaşının ad gününə konfet almaqda sənə kömək etmədiyimə görə məni bagışla. Sənə alverçi dediyimə görə, icazə verin bu açıqcanı da qardaşına mən həddiyə edim. Deyəsən, qardaşın rus dilində bilir.

- Mənim qardaşım məktəbdə rus bölməsində oxuyur.

O qız mənim və qardaşımın adını soruşub açıqcanı yazmağa başladı. Onun üzündəki mehribançılığı, nuraniliyi yenidən görməyə başladım. Gözümü onun üzünə zilləmişdim. O, açıqcanı yazıb qurtardıqdan sonra ondan soruşdum:

- Adınızı deyərsinizmi?

Qız dedi:

- Yox. Əgər üçüncü dəfə görüşsək adımı deyərəm.

Mən yenə onun üzündəki mehriban sifətinin bir anda yox olduğunu

gördüm. Qız durub getdi. Mən də bağlamanı poçta təhvil verdim. Sonra dayımgilin ev telefonunu yığmaq üçün poçtda qoyulmuş aparatlara yaxınlaşdım. Aparatla zəng etmək üçün mütləq iki qəpiklik olmalı idi. Zəng vurmaq üçün boş kabinaya girdim. Telefon işlə-mirdi. Kabinadan çıxıb ikincisinə yaxınlaşdım. Burada isə bir qız zəng vururdu. Başqa aparatlar da məşğul olduğundan qızın danışığını bitirməsini gözləməli oldum. Onun əynindəki paltar mənə tanış gəldi. Diqqətlə fikir verdikdə, gördüm ki, telefonla danışan həmin qızdır. Arxadan onun yığdığı nömrəyə baxıb gördüm ki, 4225959 nömrəsini yığdı. Yadıma düşdü ki, bu qızla bir neçə dəfə telefonla danışmışam. Mən qaldığım evin telefon nöməsi 3225959 olduğundan, səhv salaraq bu nömrəyə çox zəng vurmuşam. Hətta qızın adının Lena olduğunu da öyrənmişdim. Lena telefonla danışırdı:

- Mənəm, mama, Lenadır. Atam evdədirmi? De ki, teleqramı vurdum.

Bu vaxt başqa kabina boşaldı. Keçib telefon aparatından 3225959 nömrəsini yığdım. Rayondan balaca dayım Hafiz gəlmişdi. Mənim instituta gedib-gəlməyimə nəzarət edirdi. Böyük dayımın isə Moskvada Bakinski ilə Sevanski küçəsinin kəsişməsində evi var idi. Mən kiçik dayımla orada qalırdım. Dayıma dərslərimin bitdiyini və institutdan çıxıb rayonda olan kiçik qardaşım Nizaminin ad gününə bağlama göndərdiyimə görə, yubanacağımı bildirdim. Dayım dedi:

- Şəhərin mərkəzində məni gözlə. Axşam kinoya gedərik. Mən gəlirəm.

Puşkin metrosunun yaxınlığında görüş vaxtını dəqiqləşdirdik. Dayımla danışdıqdan sonra Lena zəng vurduğu kabinaya yaxınlaşdım. Lenanı görmədim. Hər yerə baxdım. O, yox idi. Düşündüm ki,

onunla bir gündə təsadüfən dörd dəfə görüşdüm.

Ona təsadüfən neçə dəfə zəng vurmuşam, onunla neçə dəfə telefon-

da danışmışam. İndi isə onun üzündəki mehribançılığı, nuraniliyi gözümün qabağına gətirəndə, hiss edirdim ki, onun gözlərində mənə aid qeyri-adi nə isə var. Bir də onu görə biləcəyəmmi deyə fikirləşdim. Yadıma düşdü ki, telefon nömrəsi məndə var. Hətta əzbər-dən bilirdim. İndi mənə aydın olurdu ki, hərdən onlara səhv olaraq zəng etməyim təsadüfi deyilmiş.

Yarım saatdan sonra dayımla görüşdük. Şəhərdə bir az gəzişdik, kinoya baxdıq. Dayım məndən tez-tez soruşurdu:

- Nə olub? Nəsə fikirlisən, bir problemin yoxdur ki? – deyə suallar verirdi. Mən isə heç nə demirdim. Hafiz dayılarımın ən kiçiyi idi. Mənə siqaret çəkməyi də o, öyrətmişdi. Aramız açıq idi. Ona heç demədim. Kino qurtaranda ayağa qalxdım. Həmin anda işıqlar yandı. Təsadüfən dönüb arxaya baxdıqda Lenanı gördüm. Donub qaldım. Rəngim qaçdı, əllərim əsməyə başladı. Ona baxa-baxa qaldım. Lenanın yanında atası, anası, qardaşı var idi. Mən hiss etdim ki, Lena da həmin anda şoka düşmüşdü. Qeyri-ixtiyari ikimiz də bir-birimizin üzünə baxdıq. Lenanın ailəsi zaldan çıxırdı, dayım isə digər sıra tərəfdən zaldan çıxırdı. Lenadan soruşa bildim:

- Bizim bu gün beşinci görüşümüzdü. Adını deməlisən.

O, gülərək mənə dedi:

- Adımı növbəti görüşdə deyəcəyəm.

- Onda səni sabah yenə tapacam, harada olsan belə.

Lena sözümdən bir az da xoşhallanaraq:

- Sabah məni tapsan adımı mütləq deyəcəm, - dedi. Bir az ara verib, - səninlə tanış da olacam, ancaq sabah. Çünki sabah mən bütün

günü evdə olacam, şəhərə çıxmayacam, sabah istirahət günümdü.

- Sənə zəng vuracam, necə olsa səni tapacam, - dedim.

- Bizi izləyib evimizi öyrənəcəksən? Onu demək istəyirsən? Onda məni bir daha görməyəcəksən.

Lenanın valideynləri və dayım ön sıradan camaatla kinoteatrdan çıxırdılar. Arxa sırada olduğumuzdan bizi görmürdülər.

- Yox, mən sənin adını da bilirəm, telefon nömrənizi də, - dedim.

Lena:

- Nə? Ola bilməz. Mənim adımı desən səninlə dost olacam, - dedi.

-Adın Lenadır.

- Onda sən bayaqdan bizə qulaq asırmışsan. Sən təsadüfən bu sırada oturmamısan. Bəs telefonumuzun nömrəsi neçədir?

Özümdən asılı olmayaraq tez:

- Telefon nömrəniz 4225959-dur, - deyərkən, Lena:

- Nə dedin? Sən hardan bilirsən? - dedi və qaçmağa başladı. Kinoteatrın pilləkanlarını tez-tez enib məndən uzaqlaşdı. Mən onun arxasınca getmək istəsəm də, ayaqlarım tərpənmədi. Sanki quruyub yerimdə qalmışdım. Bir də gördüm ki, qapı yaxınlığında Lenanın valideynləri onu axtarır. Onlar Lenanı tapdıqda sualı sual dalınca yağdırmağa başladılar:

- Biz səni axtarırdıq. Harda qalmışdın? Sənə nə olub, rəngin niyə qaçıbdır? Sifətin niyə pörtüb?

Onların iki addımlığına qədər gələ bilmişdim. Camaat kinoteatrdan

asta-asta gedirdi deyə, qapının ağzında çıxmaq üçün hamı növbə gözləyirdi. Lenanın valideynləri isə durmadan ona suallar verirdilər:

- Sənə nə olub belə? Özündə deyilsən. Sənə kimsə söz deyib?

Lena məcburən yalan cavab verməli oldu:

- Yuxuya dalmışam. Bir də ayıldım ki, siz getmisiniz. Tək qalmış-

dım deyə, qorxmuşdum.

Onların danışıqlarını eşidirdim. Birdən camaatın içindən məni gö-rən dayım Hafiz uca səslə mənə:

- Hardasan, mən də səni axtarıram, - deyərək, mənə baxdı. Bir az

üzümə diqqətlə nəzər etdikdən sonra, - Sənə nə olub? Rəngin qaçıb, əllərin də əsir, deyə mənə suallar verirdi. Lena da bizim yaxınlığımızda idi. Hiss edirdim ki, o, dayımın dediklərini başa düşür, mənim rəngimin qaçdığını, əllərimin əsdiyini görürdü. Biz kinoteatrdan yavaş-yavaş çıxırdıq, qapıya doğru yaxınlaşdıqda camaat hər tərəfdən bizi sıxdı. Mən Lena ilə çiyin-çiyinə toxunaraq on addım beləcə getdik. Elə oldu ki, əllərimiz də bir-birinə dəydi. Həmin an Lena gözlərimin içinə baxdı və mənim əlimdən möhkəm sixmağa başladı. Mən də onun əlini sıxdım. Beləcə bir neçə addım da getdik. Lenanın sağ tərəfində ailəsi gedirdi. O, mənə baxıb dedi:

- Sənin əllərin əsir, ürəyinin döyüntüsünü hiss edirəm əllərində.

- Mən də sənin ürəyinin döyüntüsünü əllərində hiss edirəm.

Addımlarımızı daha da asta atırdıq ki, vaxt uzansın. Biz ilk dəfə idi ki, bir-birimzə toxunmuşduq. Həmin an mən özümü dünyanın ən xoşbəxti hiss edir, sanki göylərdə uçurdum.

Biz yavaş yeridiyimizdən Lenanın valideynləri və dayım bizdən xeyli aralanmış, qapıdan çıxmışdılar. Biz isə əllərimizi sıx tutaraq

ayrılmaq istəmirdik. Lena məndən soruşdu:

- Mənim adımı və telefon nömrəmizi sənə kim deyib?

- Səninlə telefonda çox danışmışam.

- Görüşəndə izah edərsən. Sabah bu vaxt burada səni gözləyəcə-

yəm.

- Səni görmək üçün səhər saat səkkizdən burada olacam.

- Sabah tezdən axşama qədər?

- Neçədə istəsən gələrsən. Mən burada olacam.

Biz qapıya yaxınlaşdıq. Lenanın valideynləri qapının kandarında onu gözləyirdilər. O, əlini əlimdən çəkdi. Lenanın atası, qardaşı yenidən ondan soruşmağa başladılar:

- Sənə nə olub? Təcili yardım çağıraqmı? - anası isə gözünü mənim üzümə zilləmişdi. Çox güman ki, o, nəsə hiss etmişdi. Çünki bizi yanaşı olanda görmüşdü. Bu vaxt dayım Hafizin yaxınlaşıb:

- Sən hardasan? Yenə səni itirmişdim. Rəngin niyə qaçıbdır? - deyə suallar verəndə də Lenanın anası onu eşidirdi.

Atası isə Lenaya sual verirdi:

- Həkim lazımdırmı, qızım? - anası isə diqqətlə üzümə baxaraq Lenanın atasına:

- Yox, həkim lazım deyil, - dedi. Nəhayət hamımız kinoteatrın həyətinə çıxdıq. Lakin gözüm hələ də Lenada idi. Onun anası isə mənə baxırdı. Lena utandığından başını aşağı salmışdı.

Metroya qədər onların dalınca getdim. Onlar şirniyyat mağazasının qarşısından keçərək, univermaq tərəfə getdilər. Bu an Lenanın sözü yadıma düsdü. Onları izləsəm Lenaya yalan danışmış olacaqdım.

Xəyallardan ayılmamışdım ki dayım məni silkələyərək:

- Özünə gəldinsə metroya gedək, - dedi.

- Yox, bir az havada qalım, - deyə bildirdim. Bir az dayımla gəzişdik. Sonra metroya düşüb evə getdik. Evdə dayıma hər şeyin yaxşı olduğunu dedim. Mən də Lena kimi yalan danışdım:

- Kinoteatrda yatmışdım. Yuxudan oyananda qorxdum, - deyə, onu

sakitləşdirməyə çalışdım.

Səhər saat altı tamamda yuxudan oyandım. Paltarımı geyinib evdən

çıxmaq istəyəndə dayım dilləndi:

- Səni instituta gedəndə saat səkkizdə yuxudan oyada bilmirdim, indi saat altıda yuxudan durmusan, həm də bazar günü.

- Dayı, gələndə sənə dəyəcəm, - deyib onunla xudahafizləşib get-

dim. Saat yeddiyə qalmış Rusiya kinoteatrının qarşısına çatdım. Saat səkkizdə Lena gəldi. Onu görəndə sevincimdən uçmaq istəyirdim. Lenanı qucaqladım. Sevindiyimdən axan göz yaşlarım Lenanın göz yaşlarına qarışdı. O, gözümün içinə baxaraq adını dedi:

- Lena.

Mən də özümü təqdim etdim:

- Cəlal.

Lena:

- Cəlal hə, Qasımov?

Mən təəccübləndim:

- Mənim soyadımı hardan bilirsən? Yəqin bağlamanı yazanda yadında qalıb?

Lena Cəlaləddin Qasımov Qəzənfəroviç, 1967-ci ildə Tovuz rayonunda anadan olub, 1974-cü ildə bir nömrəli orta məktəbə daxil olub. Orta məktəbi bitirdikdən sonra MİU-ya qəbul olub, hazırda birinci kursda oxuyur. İki dayısı Moskvada yaşayır. Biri akademikdir, biri professordur. Kiçik dayısı isə onun mühafizəçisidir. Bir bacısı və bir qardaşı var, adı da Nizamidir. Onun ad gününü mən də təbrik etmişəm.

- Mən çox təəccübləndim, bunları hardan bilirsən? Kimdən öyrənmisən?

Lena:

- Hardan öyrəndiyimi üçüncü dəfə görüşəndə deyəcəm sənə.

Dedim:

- Bəs konfet alverçisi olduğumu öyrənmədin ki?

Lena gülərək:

- Yox, sən alverçi deyilsən. Səni səhv salmışdım, amma sən də konfetlərin ən yaxşısını, dadlısını seçməyi mənə öyrətdin. Mən moskvalı olsam da, sən Moskva konfetlərini məndən yaxşı tanıyırsan. Poçtda səndən ayrılandan sonra gedib həmin mağazadan sən al-dığın şokoladların hərəsindən yarım kilo alıb evimizə apardım. Anam da, atam da, hətta qardaşım da mənə dedilər ki, nə dadlıdır bunlar. Sənə kim seçibdir? Onlara dedim ki, mənə hədiyyə alıblar, bir azərbaycanlı, Tovuz rayonundandır, adı da Nizamidir. Atam əsəbiləşdi, kimdir o azərbaycanlı? Sən hədiyyəni niyə qəbul etmisən? Mən də dedim ki, o, rus dilində yaza bilmirdi, bağlama göndərəndə onun əvəzinə vərəqi yazdım, o, da əvəzində bağlamanın içindəki konfetlərin hərəsindən bir dənə verdi. Mən də o konfetləri

yedim, xoşuma gəldi, gedib onlardan aldım. Atamın sifəti dəyişmişdi. O, karameli yeməyi dayandırmışdı. Dedi ki, onda niyə çox almadın? Biz yeyib qurtardıq ki. Konfeti çaysız yeyib qurtardıq. Düzünü bilmək istəsən, sən bağlamanı yığanda istədim ki, bağlamadakı konfetlərin hərəsindən bir dənə götürüb dadına baxım. Sən aldığın konfet-lərdən heç almamışdım.

Onun bu sözlərindən sonra dedim:

- Rayona zəng edib deyəcəm ki, o bağlamanın ağzını açmasınlar. Səni rayona aparacam, onda sən özün o bağlamanı açarsan.

- Mən rayona gedəcəm? Həm də sizə, Tovuza? – təəccüblə dedi.

- Hə, gedəcən. Sən məni tanıyandan sonra mənə etibar edəcəksən, inanacaqsan və mənimlə gedəcəksən.

- Mən nə qədər inansam da, sən mənim xarakterimi öyrənənə qədər uzun bir vaxt lazımdır. Nədənsə çox tələsirsən.

- Səni illərcə, əsrlərcə gözləyərəm. Mən səni sevirəm. Hər şey bir anda, bir gündə baş verdi. Özüm də bilmirəm ki, ürəyim, əllərim niyə əsdi. Tanrının işi idi ki, bizi bir gündə beş dəfə görüşdürdü. Səni ilk dəfə görəndən səndə bir doğmalıq hiss etdim, gözlərində ilahi varlığımı, sevgimi, həyatımın qadınını gördüm.

- Məni tanımırsan, barəmdə heç nə bilmirsən. Tez deyilmi mənə

sevdiyini, ürəyini birinci gündən açmağın? Amma kinoteatrda səni görəndə, səninlə yan-yana gedərkən əllərimiz bir-birinə toxunanda, sanki ilahi bir qüvvə bizim əllərimizi birləşdirdi, bir-birinə yapışdırdı. Mən az qala atamın, anamın yanında da əllərimi ayırmırdım, amma atam görməsə də, anam görmüşdü. Evdə məni danladı. Anama dedim ki, həmişə bizə zəng vuran oğlandır. Səni səsindən tanıdım. Anam dedi ki, o, öz evlərinə yığarkən bizim evə düşür həmişə, o oğlandır? Dedim ki, hə, ana, təsadüfən biz onunla bir gündə dörd dəfə qarşılaşdıq. Anam isə dedi: “Elə gün olub ki, o, bir gündə 4 dəfə bizim evə zəng vurub, sonra üzr istəyib ki, səhv yığıb, burada nəsə var” - deyərək gülümsədi. Amma dünən elə bildim ki, sən dördüncü dəfədə məni görmədin.

Mən dedim:

- Dördüncü dəfədə səni telefon nömrəni yığanda tanıdım. Sən evinizə zəng vuranda nömrəni görüb tanıdım, amma sən məni görmədin axı.

Lena:

- Düzdür, onda səni görmədim. Verdiyin konfeti alıb səndən ayrılandan sonra sənin “Rusiya” kinoteatrının afişasına diqqətlə baxıb getdiyini gördüm. Sən fikirli gedirdin. Səndən sonra mən də afişaya baxdım. Evə gəlib konfetləri göstərdim, səndən danışdım. Elə bu anda anam dedi ki, biz çoxdandı kinoteatra getmirik, görəsən nə filmi var? Atam dedi: “Mən də kinoteatra getmək istəyirəm. Onlara dedim ki, bu gün Fransa filmi var. Axşama atam, anam və qardaşım hazırlaşdı. Atam dedi ki, biz indiyə kimi ailəliklə kinoya getməmişik. Anam mənə də hazırlaşmağımı tapşırdı. Mən də hazırlaşdım və biz ailəliklə kinoteatra gəldik. Kinonun ən maraqlı yerində yatmışdım. Yuxumda gördüm ki, sənə bir konfet verirəm. Kinonun axırında yuxudan ayıldım. Kino qurtarmışdı. İşıqlar yandı və mən bir anda ayağa qalxdım. Elə həmin vaxt səni gördüm. Yuxudan ayılmağım-la, işıqların yanması və səni gözümün qabağında görməyim bir anda baş verdi. Elə bilirdim ki, hələ yuxudayam, ayılmamışam. Amma sən də məni görməmişdin. Necə oldu ki, biz bir-birimizlə bir kinoteatrda yanbayan sırada oturmuşduq. Anama danışanda o, mənə dedi: “Bu təsadüf deyil, bu sizi birləşdirən, görüşdürən qüvvədir, amma siz bu barədə fikirləşməyin. Sən birinci kursdasan, dərslərinlə məşğul ol, mənə demədən onunla gorüşə getmə. Ümumiyyətlə, görüşə getməyə icazə vermirəm”. Mən ilk dəfədir ki, ana-

ma demədən, onun icazəsi olmadan, ondan xəbərsiz evdən çıxıram.

Biz Puşkin metrosunun yaxınlığında yerləşən “Rusiya” kinoteatrı ilə üzbəüz skamyada oturaraq, söhbət etdik. Lenaya dedim:

- Bilmək istəyirəm, sən kimsən, mənim barəmdə söylədiyin məlumatları haradan öyrənmisən?

- Bilirsən, bu barədə axşam evə gedəndə zəng vurub deyəcəm. Am-

ma indi özüm haqqında danışacam. Səndən beş ay kiçiyəm. İyunun on birində Moskvada anadan olmuşam. Lomonosov adına MQU-də şərqşünaslıq fakultəsində oxuyuram. Qardaşım onuncu sinifdə oxuyur. Atam rejissordu, anam MQU-da dərs deyir. Əmilərim və dayılarım hüquqşünasdır.

Biz ilk görüşdə bir-birimizi çoxdan tanıyırmışıq kimi Teverskoy küçəsi ilə birgə addımladıq. Sonra Puşkin metrosunun yanxınlığı ilə yuxarı qalxdıq. Oradan isə “köhnə Bakı” restoranına gəlib orada yemək yedik. Söhbət zamanı Lena məndən soruşdu:

- Kinoteatrdan çıxanda arxamızca gəlib bizim evimizin ünvanını öyrəndinmi?

- Yox, çünki mənə demişdin ki, belə eyləmə. Həm də sən arxaya baxmadınmı ki, dalınca gəlib-gəlmədiyimi dəqiqləşdirəsən?

- Xeyr, elə bilirdim ki, hələ də yuxudayam. Ona görə dönüb bir dəfə də olsa, arxaya baxmadım, amma səni metronun yaxınlığına gələnə kimi gördüm. Mənimlə yanbayan gedirdin, anam da sənə baxırdı. Dayının da sənə görə narahat olduğunu gördüm. Atamın mənə verdiyi sualları dayın da sənə verirdi. Bəs sən nə cavab verirdin?

- Mən də dayıma sən dediyin kimi cavab verdim. Çünki sənin valideynlərinə verdiyin cavabı eşidirdim. Dayıma dedim ki, yatmışdım, yuxudan oyananda qorxmuşam. Əslində ikimizə də nəsə olmuşdur. İkimizdə də bir-birimizə qarşı olan münasibətimiz, qarşılıqlı sevgimiz büruzə vermişdi. Hər ikimizdə olan həyəcan indi də davam edir. Görüşümüzdən beş saat keçsə də, hələ də həyəcanımız keçməyib. Ürəyimin döyüntüsü, əllərimin əsməsi keçməyibdir. Gözlərinə baxanda çoxdandır axtardığım gözləri görürəm. Sən mənə doğma gəlirsən, sanki sənin bu gözlərini, bu üzünü çoxdan tanıyıram.

Lena dözməyib dilləndi:

- Təklifini birinci görüşdə qəbul etdim, səninlə restorana gəldim, heç fikirləşmədən “hə” dedim. Qorxdum ki, məndən yenə küsərsən. Birinci təsadüfi görüşdə sənə alverçi deyəndə məndən küsmüşdün. Söz verirəm ki, bundan sonra sənin xətrinə dəyməyəcəm. Bizim qarşılıqlı sevgimizə hörmət edəcəm, sadiq olacam, sən də sadiq ol. Məni aldatma, həyatda ilk və son dəfə bir nəfəri sevəcəm. Sənə xətrinə dəyəsi bir söz deməyəcəm ki, məndən küsəsən, - deyərək əllərimdən tutaraq bərk sıxdı, bir az ara verib sual verdi, - elədirmi?

“Bakı” restoranında azərbaycan mətbəxindən yedik, bir az tələbəlik həyatından, dərslərimizdən söhbət etdik. Sonra restorandan çıxaraq Kreml meydanına gəldik. Lena evlərinə zəng vurub anasına kitabxanada olduğunu bildirdi. Anası isə:

- Sən mənə yalan danışırsan. Elə indi tez evə gəlməlisən, - dedi.

Lena ansının təkidindən sonra evlərinə gedəsi oldu. Mən Lenanı evlərinə ötürəndə saat altı tamam olardı. Evlərinin yaxınlığına qədər onunla gəldim və ayrılma məqamında sabah onun oxuduğu instituta gələcəyimi bildirərək dedim:

- Çox maraqlıdır ki, mənim barəmdə hər şeyi bilirsən. Demişdin ki, növbəti görüşdə deyəcəm. Sabah tezdən səni burada qarşılayıb instituta aparacam.

Lena:

- Sabah soruşsan sənin barəndə olan məlumatları haradan öyrəndiyimi deyəcəm, - söylədi və onunla doqquzun yarısında ilk görüşdüyümüz yerdə, Tverskoy küçəsində əsas poçtun yanında görüşüb, oradan da piyada gəzərək Lenanın oxuduğu instituta gedəcəyimiz ba-rədə razılaşdıqdan sonra məndən ayrılıb evlərinə getdi. Mən evə

gəldim. Dayım Hafiz evdə məni gözləyirdi:

- Necə oldu komsomol? İclasın necə keçdi?

Təəccüblə dedim:

- Nə iclas?

Hafiz:

- Zəng gəlmişdi evə. Səni soruşdular, dedim ki, evdə yoxdur, kimdir soruşan? Dedilər ki, institutun komsomol komitəsindəndir, Cəlal gecikir. O, komsomola ilk dəfə harada qəbul olubsa, onun ünvanını verin, özü gələnə qədər anketə yazmalıyıq. Mən də nə varsa, de-dim, sonra söylədilər ki, onun ailəsi barədə də məlumat verin. Mən də nə soruşdularsa, cavab verdim. Sonra dedilər ki, sən kimsən? Dedim: “Dayısıyam, Cəlalı instituta aparıb-gətirirəm”. Sonra bəzi suallar da verdilər.

Gülərək dedim:

- Dayı, o, komsomol komitə katibidir.

Bu vaxt zəng gəldi. Dayım telefona cavab vermək istəyərkən mən imkan vermədim. Tez özüm götürdüm. Dayıma dedim ki, rayondan anam zəng vurub, mənimlə maraqlanır, dərslərimdən, yeməyimdən, içməyimdən soruşur. Dayım dedi:

- İndi bacıma deyəcəm ki, sən evə gec gəlirsən.

Mən də telefonu uzaqlaşdıraraq dedim:

- Dayı, mən də deyəcəyəm ki, Hafiz dayım heç mənim institutumun

yerini tanımır. Yalandan deyir ki, mən instituta aparıb-gətirirəm. Hafiz:

- Mən zarafat edirdim, - sakitcə mənə dedi və sonra anamla danışıdı, - hə, vaxtında dərsə gedirik, mən özüm aparıram, dərsdən çıxanda da özüm evə gətirirəm, bütün gün də dərs oxuyur.

Mən atamla, qardaşımla, bacımla danışdım və sonra anama dedim:

- Birinci bağlamanı mən gələnə qədər açmayın, ikinci bağlamanı

aça bilərsiniz, qardaşımın ad gününə konfet alıb bağlamanı sabah

göndərəcəm.

Səhərə qədər telefonun yanında zəng gözlədim. Səhərisi gün tezdən Tverskaya küçəsində əsas poçtun yanında Lena ilə görüşdüm, onunla piyada bir az gəzərək, onu Puşkin metrosundan üç dayanacaq sonrada yerləşən Lomonosov adına MQU-ya apardım. O, sinfə getdi və mən zəng vurulana qədər onu gözlədim. Tənəffüsdə biz ye-nidən görüşdük. Beləcə, dərslərinin sonuna qədər onu gözlədim. Dərs qurtardıqdan sonra Lena ilə Puşkin metrosuna gəldik. Şirniyyat mağazasına getdik. Onunla birlikdə iki dəfə növbə tutub səkkiz kilo konfet-şokolad aldıq. Oradan da əsas poçta gəlib bağlamanı yola saldıq. Lena bağlamanın vərəqini yazdı və özü iki ad günü açıqcası aldı. Birini öz adından, birini də mənim adımdan yazaraq qardaşımın ad gününü təbrik etdi. Bağlamanı yola salandan sonra yenidən Tverskaya küçəsinin əhali çox olan tərəfinə gəlib “Bakı” restoranında yemək yedik. Onun narahat olduğunu gördüm. Anasının onu ciddi nəzarət altında saxladığını söylədi. Lena evlərinə getmək istədiyni bildirərək dedi:

- Anam məndən şübhələnibdir. Sənə olan sevgim məni anama yalan danışmağa məcbur edir.

Sabah həmin yerdə onu gözləyəcəyimi və onunla instituta gedəcəyimi razılaşdıqdan sonra onu evlərinə qədər ötürdüm.

Hər gün mən onu dərsə aparırdım və beləcə hər şey təkrar olurdu. Oxuduğum instituta isə getmirdim. Lena bu barədə deyirdi:

- Sənin instituta getməməyindən narahatam.

Onda deyirdim:

- Lena, mənim institutum sənsən, burada sənin yanıdadır. Heç evdə də dayana bilmirəm.

Beləcə, dərslərimə getmirdim. Bütün gün MQU-un həyətində, metro ilə Universitetin arasında olurdum. Arada Lena da dərsdən tez çıxırdı, mənimlə şəhərdə gəzirdi. Lakin arabir olurdu ki, öz oxuduğum instituta gedirdim. İki aya yaxın vaxt idi ki, mənə qayıblar yazılırdı. Həmin gün mənə sonuncu xəbərdarlıq edildi. Amma mən axırıncı xəbərdarlığa da fikir vermədim. Xəyalım da, ürəyim də, ancaq Lenanın yanında idi.

Bir gün yenə səhər tezdən həmişəki yerdə Lenanı gözləyirdim ki, dərsə gedək. Bu zaman tanımadığım bir nəfər yaxınlaşıb adının Anastasiya, özünün isə Lenanın anası olduğunu bildirib dedi:

- Lena bu gün dərsə getməyəcək. Gəldim, sənə deyəm ki, Lenadan əl çəkməlisən, yoxsa sənə baha başa gələcək.

Dedim:

- Lenanın yolunda hər şeyə hazıram. Heç nədən qorxmuram.

Lenanın anası Anastasiya dedi:

- Bax, mən gəlmişəm sənə bildirəm. Bu barədə Lenanın atası bilmir. Əgər o, xəbər tutsa, səninlə belə söhbət etməyəcək. Hələ əmisi bilsə, səni institutdan da qovacaqlar, eyni zamanda iyirmi dörd saat ərzində Moskvanı tərk edəcəksən. Səni deportasiya edəcəklər və bir də Moskvaya buraxılmayacaqsan.

Mən onun dediklərini göz altına alaraq dedim:

- Məni institutdan qovdura bilərsiniz. Amma mən Moskvadan Lenasız getməyəcəm.

Anastasiya:

- Sən onsuz da institutdan qovulmaq üzrəsən. Fikirləş, hələ ki, mən

istəyirəm səni başa salım.

Özümü o yerə qoymayıb dedim:

- Mən Lenanı sevirəm. Heç bir qüvvə bizi ayıra bilməyəcək.

Anastasiya:

- Onda gəl belə danışaq. Lenanı onsuz da daha görməyəcəksən. Onu maşın aparıb-gətirəcəkdir. Sən də başla dərslərini oxumağa, çünki institutdan qovulnmaq üzrəsən, Lena da dərsləri ilə məşğul olsun. İnstitutu bitirin, əgər bir-birinizə qarşı sevginiz qalsa, evlən-məyinizə mən razıyam. Həm də Lenadan da şikayət var ki, dərslərini oxumur, geri qalır, dərsləri buraxır.

Mən dedim:

- Lenasız bir gün də ayrı dura bilmirəm. Mən bu gün də Lenanı görəcəm, onu görməsəm dəli olaram. Sizə yalan demirəm, mən Lena-

nı sevirəm, xahiş edirəm, bizi ayırmayın.

Anastasiya:

- Məni başa düşmədinsə, nə Lenanı görəcəksən, nə də ki, Moskvanı, - deyib getdi.

Tez Lenanın oxuduğu instituta gəldim. O, məni görən kimi, dərsdən çıxıb mənə ciddi sözü olduğunu dedi:

- Bir müddət görüşməyək, anam bilir, atam və əmilərim də bilsə, sənə pislik edəcəklər.

Lenaya dedim:

- Səndən ayrı dura bilmirəm. Heç nədən də qorxmuram. Bircə qorxduğum Moskvadan deportasiya etməkləridir. Bilmək istəyirəm, sən mənimləsənmi? Mənimlə Azərbaycana gedəcəksənmi?

Lena:

- Bəs səni institutdan qovsalar?

Dedim:

- Mən Bakıda oxuyaram. Sən yanımda olanda isə heç kimdən, heç nədən qorxmuram. Bircə səndən ayrılmaqdan qorxuram. Məndən bunu nə heç kim istəyə, nə də məndən ala bilməz. Əgər sən mənimlə birlikdə olsan, bizə heç kim qalib gələ bilməyəcəkdir.

Lena da mənsiz yaşaya bilmədiyini, mənimlə birlikdə axıra qədər mübarizə edəcəyini bildirdi.

Səhərsi günü Lena ilə dərsə gedəndə mənə dedi:

- Sən öz oxuduğun instituta get maraqlan, bizimkilər artıq səni qov-

durmağa qərar verdilər. İnstitutdan qovulan kimi, sən Moskva qeydiyyatından çıxarılacaqsan və həmən deportasiya ediləcəksən.

Lenadan ayrılıb MİU-nə gəldim. Öyrəndim ki, birinci kursun birinci semestr imtahanları başlayıb. Tələbə yoldaşlarımla görüşdüm. Qrup nümayəndəsi məndən:

- Sən əyani oxuyursan, yoxsa qiyabi? – soruşdu və məni elanlar vurulan lövhənin qarşısına gətirdi. Əli ilə lövhədə yazılanı göstərib dedi, - bax, sən institutdan xaric olunmusan, yüz altmış saat dərs buraxdığına görə, dekanatlıq bu gün üç dəfə səni soruşub. Sənə axırıncı xəbərdarlıq edilmişdi. Bəs niyə səni institutdan xaric etdilər?

Mən ona heç nə deməyib dekanatlığa getdim. Orada mənim yaşadığım ünvanı istəyib de-dilər:

- Sən hansı ünvanda qalırsan, biz səninlə necə əlaqə saxlayaq?

Dekana dedim:

- Məni institutdan xaric etmisiz, indən sonra mənimlə əlaqəyə nə ehtiyac var?

Dekan:

- Polis maraqlanır, sənin yaşadığın ünvanı istəyirlər.

Ünvanı bilmədiyimdən:

- Ünvanı mən özüm də bilmirəm, amma göstərə bilərəm, - deyərək mən çıxıb MQU-ya gəldim ki, Lena ilə görüşüm.

Lena dərsdən çıxırdı. Onunla rastlaşdım:

- Nə xəbər? Necə oldu? – deyə soruşdu.

- Məni institutdan xaric ediblər. Üstəlik də ünvanımı sorışurdular ki, polislər istəyir, məni deportasiya etmək istəyirlər.

Lena qəmgin halda:

- Mən anama dedim, amma o, inanmadı. Onda qəti fikrimi bildirdim ki, Cəlalı deportasiya etsələr, elə bilin məni də deportasiya ediblər. Deyəsən, yenə inanmayıblar. Mən səndən tez gedəcəm Bakıya. Səni deportasiya edənlər özləri sənədlərini ləğv edəcəklər, amma məni bir ara görməyəcəksən. Məndən nigaran qalma, zəngimi gözləyərsən. Zəng vurub yerimi deyəcəm. Həm də sənin ünvanını bilirəm, - Tovuz rayonu, Oktyabr küçəsi 19, - bir az ara verib zarafatla sözünə davam etdi, - ya da ad günündə konfet, şokolad alıb göndərərəm, bilirəm hansıları xoşlayırsan. Qardaşının da ad gününü bilirəm, şirniyyat mağazası və poçt da bizim evin yaxınlığındadır, – deyərək məndən ayrıldı.

Evə gələndə dayım Hafiz:

- Hardasan? Niyə gec gəldin? Yenə nə işlər görürsən? Bax, evə zəng vuranda deyəcəm ki, evə gec gəlir, nə işlə məşğul olduğunu bilmirəm, - deyə, məni sorğu-suala tutdu.

Mən də dayıma dedim:

- Mən də atama deyəcəm ki, Hafiz dayım heç mənim institutumun yerini bilmir, gələndən evdən çıxmayıb, bir-iki dəfə mənimlə kino-

teatra gedib.

Dayım Hafiz hiddətlənərək:

- Yaxşı, onda vaxtında gəl evə, mən heç nə deməyəcəm. Sən də heç nə demə, - dedi.

Hər axşam olduğu kimi, gecə saat on ikidən sonra anamla, atamla danışdım. Dərslərimi yeyib-içməyimi, pulumun olub-olmadığını soruşdular. Mən vəziyyətimin də, dərslərimin də yaxşı olduğunu bildirdim. Sonra bacım və qardaşımla da danışdım. Azərbaycan rayon-ları ilə o vaxt telefonla əlaqə saxlamaq gecə saat on ikidən sonra mümkün idi. Hər gün gecə valideynlərim mənimlə telefon əlaqəsi saxlayandan sonra yatırdılar. Mənim göndərdiyim bağlamalar da çatmışdı. Dediyim kimi, birinci bağlamanı saxlayıb, ikincini açmışdılar. Qardaşım da ad günü açıqcasını almışdı. O, məndən soruşdu:

- Lena kimdir? O, da mənə açıqca yazıb, məni təbrik edib.

Ona dedim:

- Tələbə yoldaşımdır.

Atam da bildirdi ki, birinci semestrdə gələcəyik sənin yanına.

Səhəri günü Lena mənə bildirdi:

- Sənin deportasiya edilməyin haqqında qərar verilib. Biz ikimiz də getməliyik.

Elə həmin gün axşam Domodedovo hava limanında Lena ilə görüş təyin etdik. Evə gəlib paltarlarımı, əşyalarımı çantaya yığıb hazırlaşdım. Dayıma hara hazırlaşdığımı soruşduqda dedim:

- İnstitutdan bir həftəlik bizi təcrübə keçməyə göndərirlər, ola bilsin ki, bir az çox çəkdi, - dedim və hava limanına gəldim. Lena ilə görüşdük. Bakıya təyyarə uçmuşdu. Leninqrada reys olduğunu soruşduq. Dedilər, - Şeremetyevo hava limanına getməlisiniz. Onda mən indi hara reys olduğunu soruşdum. Bir saatdan sonra Tallinə uçuş olacağını bildirdilər. İki bilet aldım və biz Tallinə gəldik. Şəhəri gəzdik, üç gündən sonra biz Leninqrada (indiki Peterburqa) getdik. Orada da üç gün qalandan sonra Bakıya gəldik. Lena ilə İçəri şəhəri, Qız qalasını gəzdik.

Günü-gündən bir-birimizə daha çox alışırdıq. Eyni zamanda aramızda olan sevgi, məhəbbət də dərinləşir, bir-birimizə daha sıx bağlanırdıq. Elə düşünürdük ki, bundan sonra ayrı yaşaya bilmərik.

Bir gündən sonra Lenanı məcbur etdim ki, evlərinə zəng vursun. O, sözümdən çıxmırdı, amma məndən xahiş etdi ki, buna görə onu məcbur etməyim. Onda Lenaya bildirdim:

- Zəng vurmasan səni axtaracaqlar. Anan da qaldığım evin telefon nömrəsini bilir. Dayımı tapacaqlar və o, bilsə ki, mən institutdan qovulmuşam atama deyəcək, - bu sözlərdən sonra Lena evlərinə zəng vurmağa razılıq verdi. Anası ağlaya-ağlaya Lenadan soruşdu:

- Sən hardasan Lena?

Lena:

- Məni siz deportasiya etdirmisiz, indi Bakıdayam.

Anası ağlamağını saxlaya bilməyərək:

- Evinə qayıt, qızım. Hər şeyi oduğu kimi yenidən başlayın, biz qarışmayacağıq. Düşünmürdük ki, siz bir-birinizi belə sevirsiniz. Sən evdən qaça bilməzsən. Evə qayıt. Cəlalın deportasiyası dayanıbdır, instituta da bərpa olunacaqdır. Söz verirəm. Hər ikinizin imtahanları başlayıbdır, gəlməsəniz ikiniz də kursda qalacaqsınız. Cəlalın dayısı da bizdədir, istəyirsən onunla danış, - dedi. Lena anasının dediklərini mənə söyləyib sonda dedi:

- Dayın bizdədir, indi telefondadır.

Tez dayım Hafizdən soruşdum:

- Dayı, atama deməmisən ki, mən institutdan qovulmuşam?

Dayım Hafiz:

- Yox, deməmişəm. Sən institutdan qovulmusan ki? Sən nə vaxt qovulmusan? Camaatın qızını hara aparmısan? Başqası olsaydı bizim başımıza oyun açardı. Tez gəl Moskvaya, qızı da gətir, eşidirsən, yoxsa atana deyəcəyəm ki, Bakıdadır, semestr imtahanları başla-yıb, sən isə qızı da götürüb aradan çıxmısan. İmtahanlarını verməsən institutdan qovulcaqsan, atan bilsə, ikimizin də başına oyun açacaq. Səni bilmirəm, mən qorxuram. Atan da gəlməlidir Moskvaya. Sən ondan tez gəl, - dedi.

Sonra telefonu Lenanın atası götürüb mənə dedi:

- Səninlə kişi söhbəti edirəm. Hər şey olduğu kimi qalacaq. Biz bilməzdik ki, siz bir-birinizi belə sevirsiniz. Qızım sənə görə ata-anasına qarşı çıxdı. Qayıdıb gəlin, biz bir də bu məsələyə qarışmayacağıq, amma institutu bitirməyənədək evlənmək yoxdur. İstəsən nişanlana bilərsiniz.

Mən:

- Oldu, gəlirik, amma dayım bilməsin ki, institutdan qovulmuşam, -telefon dəstəyini asıb Lenaya, - başqa yolumuz yoxdur, biz istədiyimizə nail olduq, - dedim.

Lena sözümdən çıxmadı. Biz Moskvaya gəldik. Onların evində qonaq qaldım. Atası dürüstlüyümə, Lenaya qarşı münasibətimə görə mənə dedi:

- Sənə verdiyim sözün üstdə duracağam, Lenanı instituta aparıb, gətirəcəksən. Amma onda özün dərslərdə necə iştirak edəcəksən?

- Mən institutdan qovulmuşam axı, - dedim.

Onlar bizim işimizə, görüşməyimizə qarışmadılar. Ancaq axşam saat altıda Lena evdə olmalıdır deyə, aramızda razılaşdıq. Eyni zamanda instituta bərpa işimə çalışsalar da, mümkün olmadı. Lenanın valideynlərinə dedim ki, növbəti ili instituta yenidən qəbul olacağam, siz narahat olmayın. Lena isə müvəffəqiyyətləri verib imtahanlara hazırlaşırdı. Mən də Lenaya baş çəkir, onu dərsdən sonra evə, hərdən isə kitabxanaya aparırdım. İnstitutdan qovulmağım barədə heç kim bilmirdi, heç dayım da. O, axşamlar on ikidən sonra valideynlərimə zəng vurur, hər işin qaydasında olduğunu deyirdi. Bu gün yenə də zəng gəldi, atam dedi:

- Sabah anan, qardaşın və bacınla Moskvaya gəlirik.

Tezdən MİU-ya getdim. Dayım atamgili qarşılayıb birbaşa ora gətirdi. Məni institutun qarşısında gözləyirdilər. İnstitutdan çıxıb onlarla görüşdüm. Sonra evə gəldik. Atam dərslərimlə, imtahanlarımla maraqlandı, qiymət kitabçasını istədi. Yalandan dedim:

- Məşğələləri vermişəm, imtahanlardan biri qalıb.

Qiymət kitabçasını aparıb Lenaya yazdırdım. İmtahan və məşğələ-

lərin verilməsinə saxta qol çəkdik. Sonra da atama göstərdim. Atam bizi restorana gətirib qonaqlıq verdi.

Atam dedi:

- Hafiz heç institutun yerini tanımırdı. O, səni hər gün instituta necə aparırdı? Hafiz, sən elə bil mənim kimi birinci dəfədir ki, instituta gedirdin.

Mən tez müdaxilə edib dedim:

- Dayımla instituta metro ilə gedirik. O, taksi ilə getməyib ki, yolu tanısın.

Qardaşım isə aralığa salıb sakitcə məndən soruşdu:

- Mənə ad günümdə açıqca yazan Lena kimdir? Demişdin görüşəndə deyəcəm.

Mən:

- Səni tanış edəcəm, amma heç kimə bu barədə deməyərsən.

Atam dedi:

- Axşam mərkəzə gedərik, şəhəri gəzib, sonra da restoranda şam edərik.

İmkan tapıb Lenaya zəng vurub bu barədə ona bildirdim. Lena da dedi ki, biz də axşam ailəlikcə evimizin yaxınlığındakı restorana gedəcəyik, siz də ora gəlsəniz, uzaqdan da olsa, ailənizi görərdim.

Valideynlərimlə birlikdə şəhərə çıxdıq, bir az gəzdikdən sonra Tverskoy küçəsində yerləşən restorana gəldik. Lena da valideynləri ilə restoranda idi. Biz onların stolu ilə üzbəüz oturduq. Lenanın valideynləri məni tanıdı. Mən ailəmin yanında onlarla görüşə bilmədim. Bir azdan atam restoranın telefonundan zəng edib qohumu, akademik Saxraddin Abbasoviçi restorana dəvət etmək üçün gedəndə, mən Lenanın ailəsi əyləşədiyi stola yaxınlaşaraq onun atası, anası ilə görüşdüm, qardaşımı onlarla tanış etdim. Qardaşıma dedim:

- Bax, Lena budur, tanış ol.

Valideynlərim gəlib deyə, onlardan icazə istəyərək öz stoluma keçdim. Qardaşıma Lenanın tələbə yoldaşım olduğunu dedim.

Az keçmədən atamın qohumu da gəldi. Bizimlə əyləşdi və söhbət əsnasında atam özlərini həkimə yoxlatmaq istədiyini bildirib dostundan xahiş etdi ki, onları savadlı həkimin qəbuluna aparsın. Atamın qohumu da sabaha vaxt təyin etdi ki, onları həkim nəzarətindən keçirsin.

Biz stoldan duranda mən Lena əyləşən stola yaxınlaşaraq, onun valideynləri ilə görüşüb ayrılmaq istədim. Lenanın anası soruşdu:

- Bu da təsadüfi görüşdü?

Dedim:

- Bəli, bu da təsadüfi görüşdür.

Sonuncu imtahanın vaxtını atama bildirdim. Yenə də MİU-ya getdim. Atamla institutdan çıxaraq həyətdə görüşdüm. İmtahanı verdim, - deyəndə, atam məni təbrik etdi. Sonra anamla həkimə getdilər. Mən qardaşımla şəhəri gəzməyə çıxdım. Ona şəhəri göstərdim. Lena da sonuncu imtahana hazırlaşırdı. Dözə bilməyib şəhərdən ona zəng edib görüşməyimizi bildirdim. Bir az keçmiş Lena gəldi və biz şəhəri yenidən gəzməyə başladıq. Lenanı evlərinə apararkən o, atasının mənimlə görüşmək istədiyini bildirdi. Qardaşımla onlara getdim. Lenanın atası bizimlə görüşdükdən sonra soruşdu:

- Sən valideynlərinlə bizi niyə tanış etmədin?

Dedim:

- Onlar da sizin kimi, mənə oxumağı, institutu bitirəcəyimi deyəcəkdilər. Onlara yalan danışmışam. MİU-da oxumadığımı atam bilsə, məni Moskvada qalmağa qoymayacaq, Bakıya aparacaq. Ona görə də sevgimin xətrinə valideynlərimə yalan danışmışam.

Lenanın atası:

- Bəs sənin fikrin nədir? Nə vaxta kimi valideynlərindən gizlədəcəksən? İnstitutdan qovulmağını deməyəcəksən?

Dedim:

- Gələn il yenidən qəbul olacam, atama deməyəcəm.

Biz çay içdik. Lena dedi:

- Bəs qardaşın deməyəcək atana?

Dedim:

- Yox, qardaşım deməyəcək. Onu da deyim ki, restoranı mən yox,

atam seçmişdi. Bu təsadüf ailəmizi də bir restoranda görüşdürdü.

Lenanın valideynləri məni hörmətlə yola saldılar. Qardaşımla evimizə gəldik.

Valideynlərim bir həftə Moskvada qaldı. Bu müddət ərzində onlar həkim nəzarətindən keçdilər. Bir gün də atamın qohumu akademik Saxrəddin Abbasoviçin qonağı oldular.

Valideynlərimi Bakıya yola salanda, bir müddət də Moskvada qalmaq üçün atama dedim:

- Bizi institutdan təcrübəyə göndərirlər, bu səbəbdən sizinlə gedə bilməyəcəm.

Atam dedi:

- Dərsində möhkəm ol. Bir də qonşumuz Şəmşədinin oğlu demişdi ki, səni keçən ay Bakıda görüb. Bakıda nə gəzirdin?

Mən də dedim:

- O, Moskvada oxuyur axı, Bakıda deyil. Yəqin şəhərdə görmüşəm deyib.

Atam:

- Sən tətildə də Moskvada qalacaqsan?

Dedim:

- Təcrübəmiz var, qurtardıqdan sonra gələcəyəm.

Anam da həmişəki göstərişlərini verdikdən sonra onlarla vidalaşıb yola saldım. Dayım Hafiz də onlarla Bakıya getdi.

Moskvada hava limanında tək qaldım. Lenaya zəng etdim. Telefonu anası qaldırıb dedi:

- Lena yoxdu evdə, - dəstəyi asıb ətrafa baxdım. Gözlərimə inanmadım. Lena bir az aralıdan mənə baxırdı, amma yaxınlaşmırdı. Özümdən asılı olmayaraq, ona yaxınlaşdım. Kədərli olduğunu hiss

etdim. Bildim ki, məndən inciyib. Ona vəziyyəti izah etdim:

- Səni valideynlərimlə tanış edə bilməzdim, çünki bizdə adət-ənənə

başaqadır. Atam bilsə ki, oxumuram, sənə görə istitutdan qovulmuşam, o, məni Moskvada qoymayacaq. Məni Bakıya aparacaq. Bilirəm onun xasiyyətini, səni sevdiymə görə, atama yalan danışmaq məcburiyyətində qaldım, - deyib, onun könlünü aldım.

O, üzündə təbəssüm yaradaraq:

- Elə bildim mənimlə görüşmədən Bakıya gedəcəksən. Gəlmişdim ki, görüşüm, sonra get, - deyə, kədərlənməyini izah etdi.

Lena ilə şəhərə gəldik. Şəhərdə tək qaldığımdan və Lenanın valideynləri saat altıya qədər gəzməyimizə icazə verdiyindən, özümüzü azad hiss edirdik.

Bir neçə gündən sonra Lenanın ailəsi Leninqrada tətilə getdilər. Mən də onlarla getdim. Çünki artıq onlarla bir ailə kimi olmuşdum. Orada bütün gün Lena ilə birlikdə olduğumdan, tətilin bitməyini istəmirdim.

Yay tətili bitdi. İkinci semestr dərsləri başladı. Həmşəki kimi, Lenanı dərsə aparıb, evə gətirirdim. Dayım da gəlmişdi. Yenə dərsə getmədiyimi görüb dayım Hafiz soruşdu:

- İnstitutdan qovulmusan? Düzünü de.

Mən dillənmədim. O, Bakıda yaşayan ortancıl dayım Samir Tağızadəyə zəng edib bu barədə dedi. O, Azərbaycan Elmlər Akademyasının professoru, SSRİ Yazıçılar İttifaqının üzvü, tanınmış yazıçı idi. İlin iki ayını Moskvada keçirirdi. Moskvada kitabları, məqalə-ləri çıxırdı. Qaldığımız evə də beşinci sinifdə oxuyanda yay tətilində dayımla gəlmişdim. Hafiz dayım məndən on il böyük olsa da, aramız açıq idi, amma Samir dayım çox ciddi adam idi. Atamdan sonra çəkindiyim və hörmət etdiyim Samir dayım idi. O, Moskvaya gəldi. Hafiz dayımı Bakıya yola salıb evə gəldikdə, Samir dayım məndən soruşdu:

- İnstitutdan qovublar səni?

Dayıma düzünü dedim:

- Mən birinci semestrdən institutdan qovulmuşam.

Dayım Samir:

- Necə? Sən qovulmusan deyirsən? – deyə, mənə əsəbiləşdi.

- Hə, qovulmuşam, - dedim.

- Bəs nə üçün qovulmusan? – dayım soruşdu.

- Rus dilində bilmədiyim üçün birinci semestrdən qovdular.

- Bəs mənə niyə demədin? Bilirsən ki, o institutda tanıdığım müəllimlər, dekanlar var. Niyə indi deyirsən?

- Gec idi artıq, - deyə bildim.

- Yalan deyirsən, bəs Hafiz niyə yalandan deyir ki, hər gün özüm dərsə aparıram deyə? – dayım həqiqəti öyrənmək istədi.

- Hafiz də bilmirdi. O, hər gün məni aparır dərsə. Mən də gedirdim. Bir də Hafizlə dərs bitəndən sonra görüşürdüm, - deyəndə, dayım çox əsəbiləşdi.

- İndi atana nə deyəcəyik? Bilirsən də, atan bilsə nə olacaq?

- Mən Tovuza gedə bilməyəcəm, bir daha onun üzünə baxa bilməyəcəm, - deyə, məni nələr gözlədiyini bildirdim.

- Axı mənə niyə deməmisən? Sənin işini düzəldə bilərdim. Əlaqələrim də var hər yerdə. Yaxşı, indi neyləyək? – deyib fikrimi öyrənmək istədi. Mən isə başımı aşağı salıb susmuşdum. Bir az sükutdan

sonra dayım çıxış yolu üçün soruşdu, - indi necə? Heç olmasa, rus dilini öyrənmisənmi?

- Hə, öyrənmişəm, - dedim.

Dayım:

- Bəs bu il yenidən sənədlərini verib qəbul olsan, oxuyacaqsanmı, yoxsa yenə də qovulacaqsan?

- Oxuyacam, - tez dilləndim.

-Yaxşı, yat. Sabah fikirləşək görüm, atana necə deyə biləcəm. Özün bilirsən də, atan bilsə, mənə nələr deyəcək?

Səhəri gün dayım məni də özü ilə SSRİ Elmlər Akademiyasına gətirdi. Mənimlə rus dilində danışırdı:

- Sən rus dilində danışa bilirsən. Səkkiz ayda çox öyrənmisən.

O, Elmlər Akademiyasında dostları ilə görüşdü. Orta məktəbdə oxuyanda onun dostlarını tanıyırdım. Elmlər Akademyasında, Yazıçılar İttifaqında məni “qardaşım” – deyə, dostlarına təqdim edirdi. Yusif Səmədoğlu da tez-tez Moskvaya gəlirdi. Bir gün Yusif Səmədoğlu dayımdan soruşdu:

- Sən Tağızadə, qardaşın Qasımovdu?

Dayım çıxılmaz halda:

- Bacım oğludur, - demişdi.

Biz günorta “Bakı” restoranına gəldik. Dayım mənim işim haqda çox fikirləşdi. Mənə dedi:

- Sən rus dilində yaxşı bilirsən, demək olar öyrənmisən, amma atan bilsə, səni qoymayacaq gələn ili Moskvada oxuyasan. Səni Bakıda oxutduracaq. Mən də istəyirəm sən Moskvada oxuyasan, amma atandan asılıdır.

Tez dayıma dedim:

- Atam bilməsin, artıq bir neçə ay qalıb növbəti qəbula. Elə bilərik ki, bir il də gec qəbul olmuşam.

Dayım:

- Deyirsən mən də atana yalan danışım?

- Yox, yalan niyə? Mən qəbul olub əsgər gedəcəm, sonra da bir şey fikirləşərik. Əsgərliyə aparanda da deyərik ki, imtahanlardan kəsiri olduğuna görə bir il kursda qalıb.

Dayım:

- Bəs sən hazırlaşmısan? Heç olmasa, imtahanlara hazırsanmı?

- Hə, hazıram, bir də ki, bir aya təkrarlayaram, - bir az ara verib əlavə etdim, - mənim əsas qorxduğum fənn rus dilindən imla yazmaqdır. O da özün görürsən ki, rus dilini bilirəm.

- Bu barədə fikirləşərəm. Səndən bir söz soruşacam, amma mənə düzünü de, bir ayda nə qədər pul xərcləyirsən?

- İki min rubl, - dedim.

- Sənə düzünü söylə dedim, bir ayda nə qədər xərcləyirsən? Səkkiz ayda evdən nə qədər pul göndəriblər? – dayım səsini qaldırdı.

- Düzünü desəm, bilmirəm, həftədə evdən beş yüz rubl göndərirlər, elə olur xalam da göndərir. Həftəyə min rubl olur.

- Necə? Bəs o pulları hara xərcləyirdin? Məni başa sal görüm.

- Restoranda olurdum. İkinci ayda on gün restorana getdim, sonra restorana getmədim, evdə yemək yeyirdim, - deyə, izah etdim.

Dayım təccüblənərək:

- Yenə başa düşmədim, mən sənin dekanınla danışmışam. O, mənə dedi ki, sən cəmi bir ay on gün dərsə getmisən, sonralar həftədə bir dəfə getmisən. Onda da bir dərsdə oturub, digər dərslərdən qaçmısan. Özün də deyirsən ki, bir ay on gün restoranda olmusan, onda sən nəsə başqa işlə məşğul olmusan. Nə dərsə getməyə vaxtın olub, nə də ki, restorana. Mənə düzünü danış, - deyə həqiqəti öyrənmək istədi.

Dedim:

- Rus dilini bilmirdim, müəllimim bir söz soruşanda cavabını verə bilmirdim, amma indi öyrənmişəm.

- Atana mən özüm deyəcəm ki, Moskva sənlik deyil, əgər düz de-yirsənsə, onda mən gərək atana yalan danışım. Deyim ki, sən Moskvada MİU-da oxuyursan, dərslərin də yaxşı gedir, - dayım dedi və sonra əlavə etdi, - biz “Bakı” restoranına gedəndə qulluqçular məni yadlarından çıxarıb hamısı səninlə görüşdü, buna nə deyə bilərsən? Səni hardan tanıyırlar? - sualları üstümə yağdırdı.

- Arada gəlirəm, - deyə bildim.

Dayım admnistratorla təklikdə söhbət etdi, sonra mənə yaxınlaşıb:

- Hə, xoşum gəldi, içki içmirsən, bura da bir qızla gəlirsən, - dedi.

O, qız deyəndə mənim rəngim qaçdı. Dayımın:

- Hə, o qız deməli, sənə rus dilində danışmağı öyrədib. Yaxşı eləmisən, - deyəndə özümə gəldim. Dayım başqa heç nə demədi.

Biz restorandan çıxdıq. Dayım V.İ.Lenin adına Mərkəzi Kitabxana-

ya gedirdi. Mənə dedi ki, axşam saat altıda səni orada gözləyəcə-yəm. Biz ayrılan kimi tez Lenagilə getdim. Sonra onunla şəhərə çıxdım. Lena da həyəcanla məndən xəbər gözləyirdi ki, dayım nə deyəcək? Ümumiyyətlə, institutdan qovulmağıma nə deyəcəkdir?

Olanları Lenaya danışdım:

- Dayım şərtlər qoydu mənə. Dedi ki, ayda beş yüz rubl xərcləyəcəm və məni instituta düzəldəcək.

Lena gülməyə başladı. Ona dedim:

- Niyə gülürsən? Axı məni cəzalandırırlar, sən isə sevinirsən.

Lena:

- Bilirsən niyə gülürəm? Biz hər dəfə Arbatda yerləşən restorana gedəndə, sən Azərbaycan mahnısı sifariş edirsən, mən də o mahnını əzbərləmişəm. Otuz beş manat restoranın hesabı edir, beş manat qulluqçuya verirsən, yüz manat da musiqiçilərə. Bir mahnını on dəfə sifariş edirsən.

Səhərisi gün dayımla görüşdüm. O, məni 201 nömrəli SQPTU-ya düzəltdi. İş düzələndən sonra mənə dedi:

- MAD İnstitutunun axşam söbəsinə qəbul başlayır. Moskva qeydiyyatı lazımdır. SQPTU səni Moskvaya qeydiyyata salacaq və işini MAD İnstitutuna qəbul edəcəklər. SQPTU-da bir il oxuyacaqsan, sonra dörd il inşaatda işləyəcəksən, Moskvada ev verəcəklər sənə. İnstitutu qurtaranda Moskvada evin olacaq.

Dayım dediyi kimi, sənədlərimi institutun axşam şöbəsinə verdim. Eyni vaxtda peşə məktəbində oxuyurdum. Ona görə də evdən çıxıb SQPTU-nun yataqxanasına yerləşdim. Dayım otaq yoldaşımı da rus qoydurdu ki, dili daha yaxşı öyrənim. Gündüz oxuyub, gecə də institutda oxuyub rus dilini də tez öyrənəcəkdim. Ona görə də vaxtım olmayacaqdı. Həm də dayım evimizə tapşırdı ki, mənə ayda beş yüz rubldan artıq pul göndərməsinlər. Mənə də xəbərdarlıq etdi ki, bu dəfə qaydaları pozsan, artıq Moskva ilə vidalaşmalı olacaqsan. Hafiz dayıma da tapşırıq verib onu da mənə nəzarət üçün yataxanada yerləşdirib özü Bakıya getdi.

Mən gündüz işləyib, gecə də dərsdə olurdum. Lena ilə həftədə iki-üç dəfə bir saatlıq görüşürdüm. Bazar günü vaxtımın çoxunu onunla keçirirdim. Həftədə iki dəfə də telefonla danışırdım. Gecə on ikidən sonra poçta gedirdim. Ora getmək üçün beş dayanacaq piyada getməli idim. Yolun iki kilometri də meşənin içindən keçirdi. Meşənin keçən yolun yaxınlığında hərbi hissə var idi. Əsgərlər axşam onlara rast gələn insanları soyurdular. Bir neçə dəfə qabağımı kəsmişdilər. Amma onları vurub yerə yıxaraq, keçib getmişdim. Bir gün də üç əsgər qarşımı kəsdi. Onlar içkili idi. Üçünü də yerə sərdim. Zərbəmdən birinin çənəsi qırıldı. Poçtdan qayıdanda da gördüm ki, biri oturacaqda

uzanıb, ikisi də parkın qaranlıq yerində çaxır içir. Məni görüb ikisi yaxınlaşdı. Mən də düz üstlərinə getdim. Yaxınlaşanda biri:

- Bu o dəli idmançıdır, - dedi və onlar öz yerlərinə əyləşdilər. On-lara yaxınlaşanda gördüm ki, əsgərlərdən biri yatır. Keçib getmək istəyəndə onlardan biri:

- Ey, idmançı, bu yoldaşımızın çənəsini qırmısan. Biz indi neynəyəcəyik? – deyə sual verdi. Mən isə heç nə olmamış kimi yanlarından keçib getdim.

Üç gün sonra yenə poçtdan gələndə həmin yerdə milislər məni bölməyə gətirdilər. Bölmə bizim yataqxananın yanında yerləşirdi. Orada mənim ayaqqabımın altına baxdılar. Mənə suallar verdilər:

- Kimsən? Gecənin bu vaxtı haradan gəlirsən?

- Poçtdan gəlirəm, yataqxanamız lap yaxınlıqda yerləşir, - dedim.

Onlar poçta zəng vurub dediklərimi dəqiqləşdirmək üçün yazdığım telefon nömrələrini yoxlatdılar, onlara olan sifarişi təsdiq edən sənəndi yoxladılar. Mən qorxmuşdum. Elə bildim ki, əsgərin çənəsini qırdığım üçün məni gətiriblər. Hadisəni danışmaq istəyirdim ki, milis işçisi məni danladı:

- Gecələr orada neçə hadisə olub. Bir də gecə oradan keçmə, - dedi və məni buraxdı. Gecə olduğu üçün ünvanıma aparmaq istədiklərini dedilər. Onlara təşəkkür edib yataqxananın yaxınlıqda olduğunu dedim.

Üç gün sonra yenə poçta getdim. Gecələr poçtda bir qadın olurdu. Artıq onunla dostlaşmışdıq. Onda qadın mənə danışdı ki, əsgərlər bir nəfəri ölümcül hala salıblar, pullarını da götürüblər. Adam da iki gündən sonra xəstəxanada ayılıb onu əsgələrin vurduğunu deyir. Onlardan biri ayaqqabısı ilə onun başına necə vurubsa, ayaqqabının dabanındakı nalın izi alnında qalıb. Həmin əsgəri tapıblar. Onda başa düşdüm ki, mənim ayaqqabımın altına niyə baxırdılar.

SQPT-da bir ay oxuduqdan sonra məni doqquz aylıq təcrübəyə göndərdilər. İnşaatda yüksək kran idarə etməyi öyrənməli idim. Bunu biləndə çox sevindim. Çünki Lenanı görməyə vaxtım çox olacaqdı. Hətta səhərlər onu dərsə aparmağa da vaxtım olacaqdı. Axşamlar isə instituta gedirdim. Şəhərin mərkəzində yerləşirdi.

Birinci semestr imtanlardan keçdim. Dayım Samir Tağızadə gəlmişdi. Bir neçə müəllimə də məni tapşırdı. Kəsirim olmadı. Axırıncı imtahanda atam gəldi. “Rusiya” otelində qalmalı oldu. Axşam mənə dedi:

- Sabah saat ikidə institutun qabğında səni gözləycəyəm.

Səhəri mən MAD İnstitutundan çıxıb MİU-a getdim. Atam elə bilirdi ki, mən orada oxuyuram. Amma onunla görüşəndə hiss etdim ki, nəsə duyub. Mənə dedi:

- Dayına dedim, axşam restoranda görüşüb nahar edək, dedi ki, ax-

şama işi var, gələ bilməyəcək. Hiss etdim ki, məndən qaçır. Bəlkə nə baş verdiyini deyəsən.

- İndi zəng vurub deyərəm, - söylədim.

Dayım yaşadığı evin telefonunu yığdım. Yenə səhv edib Lenagilin

ev nömrəsinə düşdüm. Lena ilə danışıb sonra dayıma zəng etdim. Ona dedim:

- Atam restoranda səni gözləyir, niyə gəlmirsən?

- Atanın gözünün içinə necə baxacam, ona yalan danışmışam. Məni məcbur etdin. Deyərsən, görüşü var, gələ bilməyəcək, - dayım dedi.

Onda atam dedi:

- Sabah neçə nəfər olsa, tələbə yoldaşlarını dəvət et, harada istəsəniniz sizə qonaqlıq verəcəm.

Yemək yeyib axşama qədər atamla birlikdə şəhərdə gəzdik. Sonra o, otelə getdi, mən də Samir dayım qaldığı evə gəldim. Dayım evdə idi. Mənə dedi:

- Sabah tezdən Bakıya gedirəm. Atanla üz-üzə gəlsəm o, başa düşə-

cək. Çünki onun gözlərinin içinə baxa bilmərəm.

Səhərisi dayım Bakıya getdi, mən də Lenagilin tələbə yoldaşları olan üç qıza və beş nəfər də öz dostlarıma, bir də Qazax rayonunun Daş Salahlı kəndindən Zakirə xəbərdarlıq etdim ki, mənimlə birlikdə MİU-da oxuduqlarını desinlər, yəni biz hamımız tələbə yolda-şıyıq. MADİ-dan isə heç kimlə yaxın əlaqə saxlamırdım. Tələbə yoldaşlarım hamısı yaşlı idi, əsgərlikdən gəlmişdilər.

Biz restorana gəldik. Şəhərin mərkəzində “Rusiya” otelinin yanın-da atam onlarla tanış oldu. Sonra restoranda əyləşdik. Məclisdə atam sağlıq dedi:

- Mehriban olun, həyatda ən yaxın dostlar bir uşaqlıq dostu olur, bir də tələbəlik dostu, - deyib, sözünə bir az ara verib əlavə etdi, - siz yeyin-için, istirahət edin.

Birinci sağlıqdan sonra atam:

- Hə, mən getdim otelə, - deyib süfrədən qalxdı. Onu yola salanda mənə dedi:

- Sabah tez gəl, gedib bilet alaq. Birlikdə Gəncəyə gedəcəyik.

Səhəri gün tezdən atamla görüşdüm və getməmək üçün ona yalan

dedim:

- Mənim təcrübəm var, on gün gedim təcrübə keçməyə, sonra icazə alıb gələcəm.

Atam isə təkid etdi:

- A bala, anan deyib ki, sənsiz gəlməyim. Bu Moskvada sən nə tap-mısan ki, ayrıla bilmirsən? Yaxşı, on gün gözləyərik, - deyib, özünə bilet aldı. Atamı yola saldım. Dərs də qurtarmışdı. Peşə məktəbində keçəcəyim təcrübəyə getmirdim. Lenadan da ayrıla bilmirdim. Hər gün Lena ilə görüşürdüm. On gün keçdi. Mən rayona gəldim. On gün də qalıb, sonra Moskvaya qayıtdım. Dərslərimiz başlamışdı. 18 yaşım tamam idi. Krasnı Qvardeyski rayonunda hərbi komissarlıq-da yoxlamadan keçmişdim. Birinci kursu bitirib əsgər gedəsi idim. Artıq imtahanların vaxtı çatmışdı, müvəffəqiyyətləri verib qurtar-dım, birinci imtahandan da keçdim.

Gecə saat dörd idi. Qapı döyüldü. Yuxudan oyanıb qapını açdım. Gələn dayım idi. Birbaşa hava limanından mən qaldığım yerə gəlmişdi. Onun sərt sifətinə baxan kimi bildim ki, nə isə baş verib. Dayım əsəbi mənə:

- Keç əl-üzünü yu, cəld ol, - dedi.

Keçib əl-üzümü yudum. Amma hiss etdim ki, dayım Lena ilə aramdakı münasibətdən xəbər tutub. Yoxsa, gecənin bu vaxtı belə əsəbi bura gəlməzdi. Dayım olan otağa keçdim. İstədim ki, Lena ilə münasibətimizdən danışım:

- Dayı.., - demişdim ki, məni görüb üstümə əsəbiləşdi:

- Ə, nə dayı? Hə, nə dayı? Sənə nə demişdim? Bu son şansındı, Moskva sənlik deyil, dedim? Niyə mənə qulaq asmadın?

- Nə olub axı? Bir de görüm, - deyə təəccübümü gizlətmədim.

- Sənin hələ xəbərin yoxdu? Mən Bakıdan eşidib gəlmişəm, sən isə heç nə olmayıb deyirsən. Səni ikinci institutun MADİ-dən də qovublar, - möhkəm səslə dedi.

- Necə qovublar? Mən dünən imtahan verdim. Biri gün də imtaha-nım var, - dedim.

- Sən peşə məktəbində təcrübəyə getmədiyinə görə.

- İnstitutun peşə məktəbinə nə aidiyyatı var axı? – sual verdim.

- Sən təcrübəyə getmədiyinə görə, 201 nömrəli SQPTU məktəbin-dən qovulmusan. Səni SQPTU-dan qovan kimi, Moskvada qeydiy-yatdan çıxarıblar, qeydiyyatdan çıxdığına görə də institutdan xaric olunursan. Sən MADİ-də axşam oxuyursan, ona görə də qeydiyyat-sız oxuya bilməzsən. Dünən MADİ-yə SQPTU-dan məktub yazıb-lar və dekan da axşam mənə zəng vurdu. Dur hazırlaş gedək, gö-rüm neyniyəcəyik?

Mən saata baxdım.

- Hələ saat beş yoxdu. Səhər açılmayıb. Bir çay içək, - dedim.

- Tez ol geyin, piyada gedəcəyik, biz çatana kimi səhər açılar, - dayım hazırlaşmağımı istədi.

Biz piyada gedə-gedə dayım məni danlayır, mən isə sakitcə başımı aşağı salıb hələ məni həyatın hansı surprizləri gözlədiyindən xəbər-siz gedirdim.

Biz SQPTU-ya çatdıq. Dayım müdirin otağına getdi. İki saat söhbət etdi. Müavin də, usta da gəldi. Sonra məni çağırıb danladılar və son xəbərdarlıq edib MADİ-na yeni məktub yazıb poçtla göndərdilər.

Biz MADİ-na getdik. Dayım dekanla görüşdü. Sonra direktorla uzun çəkən söhbət etdi. Artıq hava qaralmışdı. İnstitutdan çıxanda mənə dedi:

- Sabah saat onda MADİ-nin qarşısında olarsan.

Səhər tezdən gəlib gözləyirdim. Bir də baxıb dayımın SSRİ Elmlər

Akademiyasının yaşlı bir akademiki ilə gəldiyini gördüm. Onlar rektorun qəbuluna keçdilər. Yarım saatdan sonra çıxdılar. Akade-miki yola salan kimi, bir taksiyə minib aeroporta gəldik. Yol boyu mənə ciddi tapşırıqlarını verdi:

- Peşə məktəbində hər gün təcrübədə olacaqsan. İki, ya üç aydan sonra əsgərliyə gedəcəksən. Əsgərlikdən gələndə peşə məktəbi səni işlə təmin edəcək və Moskva qeydiyyatı veriləcəkdir, amma bir şərtlə ki, gərək SQPT-da imtahan verib diplom alasan. Sonra fərq imtahanlarını verib ikinci kursdan oxuyacaqsan. Əsgərlikdən sonra da rus dilini lap yaxşı öyrənəcəksən.

Biz aeroporta çatdıq. Dayımı Bakıya yola salıb Lena ilə şəhərdə görüşdüm. Lena fikirli olduğumu görüb soruşdu:

- Nə olub? İmtahandan kəsilmisən? Kefin niyə yoxdu?

- Yox, bu dəfə də institutdan qovuldum, - dedim və başıma gələnləri danışdım. Lena özünü günahlandıraraq dedi:

- Bütün günahlar məndədi. Sən gərək hər gün təcrübəyə gedəsən.

Səhəri gün təcrübəyə getdim. Orada 120 metr hündürlükdə krana qalxdım. Əlcək götürməmişdim, möhkəm də qar yağmışdı. Bir güclə yuxarı qalxa bildim. Əllərim donmuşdu. Kabinya daxil olduqda cavan bir qızın yay geyimində olduğunu gördüm. Pəncərə də açıq idi. Qız bizim məktəbi iki il öncə bitirib burada çalışırdı. Mənim təcrübəyə gəldiyimi bilib dedi:

- Usta hər gün səni soruşur. Bəs hardaydın?

- Sən burada necə oturmusan? Üşümürsənmi şaxtada? – deyə təəc-

cübümü gizlədə bilməyib soruşdum.

- İndi sən də soyunacaqsan, - qız gülərək dedi.

Bir az oturmuşdum ki, məndən bir tər axmağa başladı. Qızın dediyi kimi oldu. Soyunmağa məcbur oldum. Üst paltarımı asmağa yer axtarırdım ki, qız əlimdən alıb yerə atıb dedi:

- Hər yer gül kimidir, bir qram da toz ola bilməz. Ayaqqabının altı-

na bax, bu qarda toz da yoxdu.

Sonra o, kranın istifadə qaydalarını başa saldı. Dörd sürətötürücü olduğunu və hər birinin hərəkət qaydasını bildirdi və dedi:

- On səkkiz mərtəbəli hərbi akademiya tikmişik. Artıq bina hazırdır. Gündə bir-iki dəfə iş olur. Bütün gün yatıram burada. Yaxşı ki, gəldin. Dərdləşməyə adam axtarırdım, - deyib ah çəkdi. Sözünə az ara verib davam etdi, - burada qayda belədir ki, yeni gələn təcrübəçi qonaqlıq verir. İşdən sonra məni hara aparacaqsan? Hansı restorana gedəcəyik? – soruşdu.

Mənim isə Lena ilə görüşüm vardı. Dedim:

- Bu gün vaxtım yoxdu.

- Yaxşı, onda burada, kranın içində qeyd edərik, - deyib mənə göstəriş verdi, - get, bir şeylər al, burada oturarıq. Onsuz da saat altıya qədər buradasan.

- Bu şaxtada bir də düşmərəm aşağı. Əllərimə bax, çat-çat olub. İstəyirsən get özün al, - deyib ona iyirmi beş rubl uzadıb, - özün nə istəyirsən get al, - dedim.

- Hamısına? – təəccüblə soruşdu.

- Hə, - dedim. O, çıxıb getdi. Yarım saat keçmişdi ki, aşağıdan bir yük maşınının siqnalını eşitdim. Fəhlələr işarə edirdilər ki, kranın asılqanını yük olan tərəfə gətirim, onlar da yükü boşaltsınlar. Pəncərədən başımı çıxardıb:

- Mən təkəm burada, kranı idarə edə bilmirəm, - desəm də, onları başa sala bilmədim. Onlar əsəbiləşərək əlləri ilə işarə edirdilər ki, kranın asılqanını yük maşınının üzərinə gətirim, amma mənim nə demək istədiyimi eşitmirdilər. Elə bilirdilər ki, kranda olan krançı qızdır. Sonda bezib kranın asılqanını yük maşını tərəf gətirdim. Kanatı aşağı buraxdım. Fəhlələr isə qarmağın dördünü də yükə keçirib əlləri ilə işarə etdilər ki, yükü qaldırım. Mən də kanatı yığaraq asılqanı işarə etdikləri tərəfə çəkməyə başladım. Yükü tam qaldırmadığıma görə, sağa tərəf çəkəndə yük maşının bortuna dəydi və avtomobil iki təkər üzərinə qalxdı. Fəhlələr özlərini yük maşınından yerə atıb hərəsi bir tərəfə qaçdı. Təcrübəm olmadığına görə kranıın sürətötürücüsünü çaşıb birbaşa dördüncüyə qoymuşam. Ona görə də yük yellənməyə başladı. Dörd qarmağın üçü çıxdı. Bir qarmaq-dan asılı qalan yük isə daha bərk yelləndi. Nəticədə kabina da yerindən hərəkət etdi. Çox qorxdum. Kran sanki aşacaqdı. Mən özümü itirdiyimdən sürətötürücünü gah saga, gah sola tez-tez hərəkət etdirərək kranı saxlamaq istəyirdim. Bu vaxt fəhlələr aşağıdan elekt-riki söndürdülər. Bir də onda özümə gəldim ki, kran artıq nizamlanıb, asılqanda olan yük artıq hərəkət etmir və kabinada olan elektrik qızdırıcısı da sönüb. İçəri bir anda soyumağa başladı. Pəncərədən gördüm ki, işçilərin hamısı mənə baxır. Briqadir qışqıraraq:

- Axmaq qız, içki içmisən? – dedi. Onlar hələ də başa düşmürdülər ki, kranda qız yox, mənəm. Bu bu vaxt qız gəldi. Briqadir onu görüb əli ilə məni göstərərək qızdan:

- Sən haradan gəlirsən? Bəs krandakı kimdir? - soruşub onun əlində-

ki bağlamanı açdı. Orada pivə, çaxır, kolbasa, çörək olduğunu görüb, onu inşaatın vaqonuna apardı. Gördüm ki, vəziyyət pisdir, içəri isə buz kimi olub. Mən də düşüb vaqona gəldim. Onlar çaxırla pivələri stolun üstünə qoyub sənədləşdirirdilər. Baş idarədən də nümayəndə gəldi. Dəyən zərərin üç min rubla qədər olduğunu hesabladılar. Dedim ki, ziyanı ödəyəcəyəm. Onlar isə dedilər ki, sən get, bir də ayağın bura dəyməsin. SQPTU-ya gəlib direktorla ustaya hadisəni olduğu kimi danışdım və dedim:

- Bütün ziyanı ödəməyə hazıram.

Direktor mənə:

- Əgər dediyin kimi olubsa, sən heç bir məsuliyyət daşımırsan, bü-

tün ziyanı krançı qızla, briqadir ödəməlidir. Çünki onların səni krana tək buraxmaları qadağandır. Hələ səni məcbur ediblər ki, kranı idarə edəsən, - dedi və üzünü ustaya tutub tapşırdı, - sabah gedib hadisə yerini araşdır və hadisənin necə baş verdiyini dəqiqləşdir. Sonra bizim zaldakı kranda Qasımovu öyrət, imtahanlara az qalıb, mən qardaşına söz vermişəm.

Dayım Samir Tağızadə həmişə məni direktora qardaşı kimi təqdim etmişdi. Səhəri gün usta mənə dedi ki, orada baş vermiş hadisəyə görə sən heç bir məsuliyyət daşımırsan, günahkar onlardı. Sonra məni zala gətirdi. Orada olan balaca kranın içinə girdim. Güclə yerləşirdim. Hər gün saat altıya kimi məşq etdirirdi. Kranı idarə etmək çox asan idi. Bircə günə öyrəndim, amma usta hər gün saat altı tamam olmamış məni buraxmırdı. Üçüncü gün ona qiymətli konyak aldım ki, məni tez buraxsın. O, mənə dedi:

- Qardaşının bizə etdiyi hörmətin yanında bu konyak heç nədi. Nə qədər hədiyyə alsan da, onu bil ki, o qədər də səni çox öyrədəcəyəm.

Bir ay da keçdi. İmtahanı verib diplom aldım. Məni mühasibin yanına göndərdilər. O, mənə dedi:

- Sən burada necə oxuyursan ki, hər ay sənə çatacaq otuz iki rubl təqaüdünün cəmi bir ayını almısan, digər aylar yığılıb qalıb.

O, hesablayıb mənim pulumu da verdi. Diplomumu da yazdılar. Artıq azadlığa çıxmışdım. Lena ilə görüşməyə vaxtım olacaqdı. Lena da imtahanlarını verib ikinci kursu bitirmişdi.

Həftədə bir dəfə akademik Saxraddin Abasoviçgilə getməli idim. Onun da evi şəhərin mərkəzində yerləşirdi. Sonuncu dəfə gedəndə mənə dedi ki, dayın təcili ona zəng vurmağını istəyib. Mən də dayı-

ma zəng etdim. O, dedi:

- Təcili rayona get. Peşə məktəbin ilə danışdım. Təbrik edirəm, diplom almısan. Amma bir aydan sonra əsgər gedəcəksən. Ona görə də rayona getməlisən. Anan səni gözləyir. Bir aydan sonra qayıdarsan.

Dayımla danışdıqdan sonra Lena ilə görüşdüm. O, dedi:

- Mən də valideynlərimə sənin kimi yalan danışmağa məcbur ol-

dum. Onlar Leninqrada getdilər, mən də yalandan dedim ki, bir imtahanım qalıb, onu verib gələcəyəm. Səni gözləyirdim. Gedək Leninqrada.

Mən razılaşdım. Axşama dəmir yolu vağzalında görüş yerini təyin etdik. Evə gəlib paltarlarımı götürdüm. Fikirləşdim ki, Leninqraddan da Gəncəyə gedərəm. Axşam dəmir yoluna gəldim. Lena ilə görüşüb bilet almaq üçün kassaya yaxınlaşdıq. Kassir dedi:

- Bilet yoxdu, son bir həftəyə bütün biletlər satılıb. Xaricdən çoxlu turistlər gəlib, Leninqrada gedəcəklər.

Biz aeroporta getdik. Orada da bilet olmadı. Bu vaxt elan eşitdik ki, Tallinə gedən təyyarəyə qeydiyyat başlayır. İkimiz də bir-birimizin üzünə baxdıq. Tallində Tartuda gəzdiymiz yadımıza düşdü və ona başımla işarə etdim. O, gülümsədi. Baxışımızdan bir-birimizi başa düşdük deyə, kassaya yaxınlaşıb bilet soruşdum. Kassir biletin olduğunu dedi. İki bilet alıb Tallinə getdik. Oradan da Leninqrada biletin üç gündən sonraya olacağını dedilər. Bilet alıb Tartuya gəldik. Lena anası ilə danışdı. Biletin olmadığını və üç gündən sonra gələcəyini dedi. Sonra restorana getdik. Mən çox rahatlanmışdım. Çünki üç gün heç kim bizi axtarmayacaqdı. Üç gün Lena ilə bir yerdə olacaqdım. Lena dedi:

- Yadındadı, bura birinci dəfə gəldiyimiz? Tanrı bizi yenə bura gətirdi.

- Əlbəttə, birinci gəlişimizdə həyəcan, qorxu, fikir içində idim, amma indi üç gün səninlə birlikdə olacağam. İnanıram ki, biz üçüncü dəfə də gələcəyik bu şəhərə. Onda artıq mənim həyat yoldaşım olacaqsan, - dedim.

O günləri arzulayaraq bir şampan sifariş etdim. Yemək yedikdən sonra restorandan çıxıb otelə gəldik. Yolda bir maqazinə girdim. Lenaya dedim ki, bu gece sərxoş olmaq istəyirəm. O, etiraz etmədi. Bir şampan almaq istədim, amma yox idi. Azərbaycanın “Göy-göl” konyakını görüb onu aldım. Oteldə Lena konyakdan bircə badə iç-

di. Qalanını özüm içdim. Az keçməmiş sərxoş oldum.

Səhər açıldı. Yuxudan oyananda gördüm ki, Lena ilə bir yatmışam. Tez durub əynimi geyindim. Lena da oyandı. Axşamkı hadisəni xatırlayıb utandım. Dedim:

- Lena məni bağışla. Mən artıq özüm özümə güvənimi itirdim. Sözümdə durmadım.

Lena cavabında:

- Mən peşiman deyiləm. Sevdiyim oğlanla yatmışam. Öz istəyimlə olub hər şey - dedi.

Əl-üzümü yuyanda güzgüdə özümə baxdım. Niyə səhv etdiyimi düşündüm. On dəqiqə idi ki, hamamda idim. Qapı açıldı. Lena mənə dedi:

- Sən peşimansan? Məni sevmirsənmi? Biz evlənməyəcəyikmi?

- Mən səni sevirəm. Biz evlənəcəyik, amma sənin valideynlərinə söz vermişdim ki, səninlə aramızda toy gününə qədər heç nə olmayacaq. İndi onların üzünə necə baxacam?

- Elə bunun dərdini çəkirsən? Bizim ikimizin də on səkkiz yaşı tamamdır. Pasportumuz da üstümüzdədi. Gedək VVAQ şöbəsinə. Atamın da üzünə bax, əmimin də, - deyəndə güldüm. Onu qucaqlayıb:

- Düz deyirsən, elə indi gedərik, səhər yeməyini yemədən mən hazır, - dedim. Lena gülüb:

- Zarafat edirəm, sən əsgərlikdən gələndən sonra valideynlərimizin də xeyir-duasını alıb onların iştirakı ilə birlikdə evlənərik, - dedi.

Səhər yeməyindən sonra Tartuya gəlib tarixi yerlərə baxdıq. Şəhəri gəzməyə başladıq.

Vaxt çox tez gəlib keçdi. Biz Leninqrada gəldik. Mən Lenanın valideynlərindən qaçırdım. Üzbəüz gəlmək istəmirdim. Onların üzünə baxa bilməzdim. Lena da bunu başa düşürdü.

Beş gündən sonra Tovuza gəldim. On günə qayıtmaq istəyirdim.

Amma rayonda atam da, anam da məni danladılar. Atam dedi:

- Moskvada sən nə tapmısan ki, evini, obanı unutmusan? Sən gələn ayın beşində əsgər gedəcəksən. Ayın üçündə səni yola salacağam.

Sonra da dayım zəng vurdu ki, Moskvaya buraxmayın, iyirmibeş gündən sonra əsgərlik vaxtıdı, onda getsin.

Beləcə, iyirmi beş gün rayonda qaldım. Sonra Moskvaya getdim.

Atam məni yola salanda dedi:

- Moskvaya çatanda Saxrəddinə zəng vur, səni Bakıya saldıracaq.

Moskvaya düşəndə Saxrəddinə zəng etdim. O, axşamüstü saat yeddidə “Meçta” restoranında olmağımı tapşırdı. Vaxtdan bir az da tez gəldim. Bir azdan akademik Saxrəddin Abbasoviç mən qeydiyyatda olduğum rayonun hərbi komissaları ilə gəldilər. Oturub çörək yedik. Komissar dedi:

- İstəyirsən Azərbaycanda əsgər olasan? Moskva qeydiyyatıyla ora düşmək çox asandı. Onda sabah on tamamda yanımda olarsan.

Səhəri gün tezdən komissarın yanına gəldim. O, mənim şəxsi işimə baxıb dedi:

- Qrupun 20a-dır. Əla qrupdur. Sən yeddidə stadionda olarsan. Yeddi əsgər gedəcəksiniz.

Təəccüblə soruşdum:

- Bəs məni ayın beşinə çağırış ediblər axı?

Komissar dedi:

- Ayın on doqquzuna kimi çağırış vaxtıdır, hansına düşsən qəbul edəcəklər, amma ayın yeddisində sən Bakıya düşəcəksən.

Ayın dördü idi. Üç günüm var idi. Lena ilə vaxtımı keçirmək istədim. Onunla görüşdüm. Vəziyyəti dedim. Üç günümüzün qaldığını, amma heç ondan ayrılmaq istəmədiyimi söylədim.

Üç gün keçdi. Lakin mən getmədim. Fikirləşdim ki, on doqquzun-

da gedərəm. Lenadan ayrılmaq istəmirdim. Hara salsalar fərq et-

mirdi. Bircə Lenadan ayrılmaq istəmirdim. Dayım Moskvaya gəldi. Mənə dedi:

- Sən hələ əsgərliyə getməmisən?

- Ayın on doqquzunda son çağırışda gedəcəm, - dedim.

- Onda biz səni yola salacağıq, - dayım dedi.

Mən yenə də vaxtımın çoxunu Lena ilə keçirdim. Ayın on səkkizi gecə Lena ilə görüşdüm. O, sabah tezdən Kassirski şossedən stadion dayanacağına yaxın yerləşən stadionun içərisindən məni əsgərliyə yola salacaqdı.

Səhəri gün mən tezdən stadiona gəldim. Əsgərliyə gedəndə məni dayım, professor Samir Tağızadə, bir də dayımın yoldaşı professor Leyla Tağızadə yola saldı. Moskvada Domedovski şossedə yola yaxın stadion var idi. Çağırışçıları o stadionda yığıb, oradan hərbi hissəyə aparırdılar. Yola salmağa Lena da gəlmişdi. Dayımın yanında Lenayla görüşmədim. Dayımdan utandığıma görə, Lena da kənardan mənə baxırdı. Mən isə dayım ilə sağollaşaraq onu tez yola salmaq istəyirdim. Çünki Lena ilə görüşmək istəyirdim. Fikrimi dayım başa düşməmişdi. Çünki o, Lenanı tanımırdı. Ona görə də get-mirdi.

- İstəyirsiz gedin, əziyyət çəkməyin, - dedim.

- Səni maşına mindirməyənədək getməyəcəm, - dayım dedi.

Dayımla söhbət etsəm də, gözüm Lenada idi. Bir azdan bizi hərbi maşına mindirib əsgər apardılar. Lenanın üzünə baxa-baxa onunla görüşə bilmədim. Dayımdan utandığıma görə...

Lenanın ev ünvanını bilmirdim. Evlərini tanısam da, binanın nömrəsini, mənzili bilmirdim. Necə məktub yazacaqdım? Amma ev telefonunu əzbər bilirdim. Düşündüm ki, zəng vuraraq Lenanı başa salacam. Ona izah edəcəm ki, mən dayımın yanında sənə yaxınlaşa bilmədim. Dayımdan utandım. Mən səni çox istəyirəm. O, məni başa düşər. Axşam bir hərbi hissəyə gətirdilər. Səhəri günü dəmiryolu vağzalına apardılar. Qatara minərək Qorkiyə gəldik. Qorki şəhərində vağzaldan qaçaraq küçə telefonu ilə Lenaya zəng vurdum. Lenanın dərsdə olduğunu dedilər. Onda Moskvada dayımla danışdım. Sonra Bakıya da zəng etdim. Tovuzla da danışdım. Sonra Lenagilə bir də zəng vurub Lenanın anası Anastasiyaya dedim:

- Lenaya deyərsən ki, məni bağışlasın. Mən özüm ona hər şeyi başa salacam. Lena ilə dayımın yanında görüşmədiyim üçün məni bağışlasın.

Lena bu xəbəri eşidəndə elə başa düşür ki, ondan ayrılmaq üçün demişəm. Həm də görüşmədiyim üçün Lena ondan ayrıldığımı başa düşür.

Bizi Qorkidə bir gün qalandan sonra hərbi təyyarə limanına gətirdilər. Dedilər ki, siz Almaniyaya gedirsiz, hərbi qulluğu orada başa vuracaqsız. Mən həm əsəbiləşdim, həm də

kədərləndim ki, Lenaya zəng vurub görüşə bilməyəcəyəm. Təyyarəyə minərək Almaniya-ya gəldik.

Bizi sıraya düzdülər. Ali məktəb bitirənlərdən və institutda oxuyanlardan otuz nəfərini ayırdılar. Sonra onların içərisindən on beş nəfər seçdilər. Seçilənlərin içərisində mən də vardım. Generala məruzə etdilər. O, seçilənlərə bir-bir baxıb suallar ünvanlayırdı. Mənə çatanda soruşdu:

- Hansı institutda oxuyursan?

Mən də rusca dedim:

- Moskovskiy Avtodorojnıy İnstitut.

General: - Bir addım irəli!

Mən irəli çıxdım. Köməkçisi mənim ad-familyamı yazdı. Qəribə idi, o, mənim yanımdakılara bir neçə sual vermişdi, amma mənə bircə sual verdi. Adları yazılanları sıradan ayırdılar. Rabitə sahəsi ən məxfi hərbi sahə sayılırdı.

Beləcə, rabitəçi oldum. Amma əvvəlcə altı ay oxumalı idim. Dərsə başladığımız ilk gün çavuşdan soruşdum:

- Burada azərbaycanlı varmı?

Çavuş: - Neynirsən azərbaycanlıları?

- Yerlilərimi soruşuram, burda nə var ki?

Cavuş heyrətlə:

- Sən azərbaycanlısan? Bəs bura necə düşmüsən? - deyib məni rota komandirinin müavininin yanına gətirdi. O, da məni gətirdi rota komandirinin yanına ki, bu əsgər azərbaycanlıdır. Rota komandiri

tez mənim hərbi biletimə baxıb soruşdu:

- Qasımov, sən necə düşmüsən bura, səni kim yazıb?

- Bilmirəm, seçildik, məni də seçilən yoldaşlarımla bura gətirdilər.

Komandir gizirə tərəf dönüb dedi:

- Götür əsgəri də, çöldə gözləyin.

Komandirin qapısı açıq idi. O, deyəsən generalla danışırdı. Birdən komandir çıxdı, gizirə səsləndi:

- Bu əsgəri generalın qəbuluna apar, özü də qaça-qaça gedin.

Gizir üstümə çımxırdı:

- Tez ol, gəl!

Dayanıb əyin-başımı qaydaya salıb soruşdum:

- Nə olub axı?

Gizir:

- Gəl, danışma. Aləmi qatmısan bir-birinə. Neçə ildir burada işləyirəm, hələ generalın qəbulunda olmamışam. Sən gələn kimi çağırdı.

İndi səni yerlilərinin yanına, piyada hissəsinə göndərəcək.

Bu baş verənlərdən heç nə başa düşmürdüm. Amma bu qaçhaqaç məni bir balaca qorxuya salmışdı. Gözləmə otağında çox qalmadım. Çağırdılar kı, “əsgər Qasımov gəlsin”. Otağa girəndə zabitlərimizi ayaqüstə gördüm. Bizim komandir də daxil olmaqla bir neçəsini tanıyırdım. Girən kimi istədim məruzə edəm, general sözümü kəsərək:

- Axırıncı dəfə deyirəm, bu əsgəri kim yazıb bura? Kim satıb vətəni? Cavab verin!

Heç kimdən səs çıxmadı. General bu dəfə mənim üstümə səsini qaldırdı:

- Əsgər Qasımov, kim yazıb səni bu məxfi rotaya? Sən bura neçə düşmüsən?! Mən duruxa-duruxa səsləndim:

- Yoldaş general, siz.

General: - Başa düşmədim!

- Siz yazdınız, yoldaş general - deyə təkrar elədim.

O, köməkçisinə:

- Mən? Bəlkə sən?

Köməkçisi kəkələyə-kəkələyə:

- Sualınıza cavab verdi, siz də dediniz bir addım qabağa! Mən də bura götürdüm.

Köməkçinin qırmızı dəftəri vardı, mənim adımı da dəftərdə qeyd elədiyi yeri əlində hazır tutmuşdu.

General: - Hansı? O arxa sırada olan?

Köməkçi: - Bəli, yoldaş general.

General: - Demək mən yazmışam?! Olsun. Burada oxuyacaq. Əla rabitəçi olacaq. O, ilk qafqazlı olaraq bura düşə bilib, mən də onu buradan SSRİ-nin ən məxfi yerinə göndərəcəm.

O, ikinci rotanın komandirinə xüsusi tapşırıq verdi:

- Qasımov ən yaxşı radioteleqrafçı olacaq! Dağılışın!

Rota komandiri məni bir otağa gətirdi, orada yığılan çavuşlarla tanış eləyib lazımi tapşırıqlarını verdi. Onlara generalın əmrini çatdırdı. Sonra çavuşlar mənə dedilər ki, biz işlədiyimiz müddətdə bu məxfi rotada azərbaycanlı olmayıb. Bu əsgər əla rabitəçi olma-lıdır, “azbuka mozq” öyrədirdilər.

Bir ay keçmişdi. Yazıqlar məni öyrətmək üçün dəridən-qabıqdan çıxırdılar. Mənsə bir şey öyrənə bilmirdim. Hələ də ancaq “azbuka mozq” öyrədirdilər. Çavuşlar məni bütün növbədən azad eləmişdilər. Rota komandiri bir gün məni onlardan soruşdu:

- Qasımov necədir, öyrənə bilirmi?

Çavuşlar: - Biz ona hələ rus dilini öyrədirik - dedilər.

Hələ də düşündükcə öz-özümə məhəttəl qalıram. Mən o vaxt rus dilini elə öyrəndim ki, inanırsınız, indi də unutmamışam. Hələ indi də “azbuka mozq”dan radioqramma qəbul edib göndərə bilərəm. Xülasə, vaxt gəldi. İmtahan verib qazandım. General məni şəxsən qəbul edib dedi:

- Səni ən məxfi yerlərə göndərəcəyəm zabit ştatına. O hərbçidən biri sən olacaqsan. Çünki bura düşən ilk qafqazlı sən olmusan. Sənə güvənirəm! - sonra da əlini kürəyimə çəkdi.

Generalla ilk görüşüm yadıma düşdü. Ona qarşı olan nifrətim öz yerini hörmətə, sayğıya verdi.

Verderdə müdavim kimi tədris kursunu başa vurduqdan sonra Veymarın Nora qəsəbəsində səkkiz qərargahdan ibarət, sahə poçtası 61877 olan hərbi hissənin rabitə

batalyonuna gəldim. Məni məxfi sənədlərlə tanış etdikdən sonra radiostansiyanın rəisi vəzifəsinə təyin elədilər.

İşlədikcə anlayırdım ki, dünyanın ən böyük ölkəsi olan Sovet hökuməti mənə nə qədər vacib sahə etibar edib. İçimdə məsuliyyətlə bərabər qəribə bir qorxu da vardı. Kapitalist ölkələrindən radioqramlar gəlirdi, onlar çox məxfi idi. Onların qəbulu elə də asan iş de-yildi. Adam inanmırdı ki, belə bir işin öhdəsindən gələ bilər.

Ciddi bir rejimdə xidmət edirdim. Yazdığımız məktubları zərfə qoyub ağzı açıq verirdik. Bizə gələn məktublar da eyni şəkildə gəlirdi. O vaxtlar təzə çıxmış fotoaparatlar vardı - Kodak. Çəkən kimi özü də çıxarırdı. Mən o şəklimin birini cibimə qoymuşdum. Uzun müddət cibimdə qaldığından şəklin üz səthi ikiyə aralanmışdı. Ağlıma gəldi ki, bu “sloyların” arasına pul qoymaq olar. Düz deyirlər ki, bizim ağlımıza gələn heç almanların da ağlına gəlməz. O şəkli evə göndərdim və yazdım ki, bura şax pul qoyub göndərsinlər. Elə də oldu. Neçə dəfələrlə evdən bu qaydada pul gəldi. Mən də onu dəyişib xərcləməyə başladım.

Bir gün batalyonun qərargahına çağırdılar. Gəldim ki, bir mayor əyləşib. İçəri girən kimi yanında dayanmış rota komandirimiz dedi: - Budur Qasımov.

Mayor ağzında familiyamı təkrarladı:

- Qasımov, Qasımov… sonra, - mənim Qasımovla bir az söhbətim olacaq, - dedi. Rota komandirimiz çıxdı. Mayorun ilk sualı belə oldu: - Sən bura necə düşmüsən?

Bilmirdim söhbət nədən gedir. Bu söz məni cox əsəbiləşdirdi. Mən elə bildim yenə bu məsələylə bağlı sorğu-sual eləməyə gəliblər. Qaşlarımı çatıb:

- Bilmirəm, hamı necə, mən də elə, - dedim.

Mayor soruşdu:

- Yaxşı, mətləbə keçək. Sən neçə marka alırsan?

- 70 marka.

Mayor: - Hə, çünki sən zabit ştatında oturmusan. Bəs nə qədər xərcləyirsən ayda? - Elə 70 marka.

Mayor: - Yalan deyirsən.

Baxdım ki, mundirindəki prokuror gerbidi. Səhərəcən bir stəkan su da içmədi, mənimlə mübahisə etdi. Qarışıq suallar verdi. Hər dəfə də istəyinə nail olmayınca yeni bir siqar yandırırdı. Səhərə yaxın qovluğunu da götürüb çıxdı. Mənə isə bir stəkan kompot, bir dilim də ağ çörək gətirmişdilər. Qayıdıb mənə dedi ki, çörəyini ye, indi gələcəm başlayarıq. Mən də kompotu içdim, çörəyi yeyə bilmədim. Boğazımdan keçmədi. Cibimdə altmış rus rublu, yüz əlli alman markası vardı. Üstümə baxış keçirilsə, onu da tapacaqlarından qorxurdum. Bir az keçməmiş əlində nəsə kağız-kuğuz gəldi və əyləşmə-dən dedi:

- Hə, indi nə deyəcəksən? Bunlar da sənin dükandan aldıqlarının siyahısı. Sonuncu ay 320 marka, əvvəlki ay 270 marka. Sübut üçün bunlar kifayətdir.

Sözümün üstündə durmaqdan başqa çıxış yolum yox idi. Boynuma

almadım: - Siz nə danışırsınız? Məndə bu qədər pul nə gəzirdi?

Mayor sözümü kəsdi:

- Bax, partizan, elə mənə də o lazımdır ki, səndə bu qədər pul hardandır?! Buyur görək.

Yenə boynuma almadım. O, bir siyahı çıxarıb mənim mağazaya getdiyim günlərin tarixini, aldığım əşyaların adlarını, qiymətlərini ortaya qoydu:

- Bu da sübut! İndi istəyirsən satıcı üzünə dursun ki, sən ordan alver eləməmisən, hə?!

- Hə, eləmişəm, - deyib başımı aşağı saldım. Başqa yolum qalmamışdı, - bir ildən artıqdır pullarımı yığırdım ki, evə gedəndə hədiyyələr alım, amma dözə bilmədim, xərcləməyə başladım.

Partizan sözü xoşuma gəldi. O addan sonra onun gözünün içinə dik baxdım. Əlacsız qalıb əlini cibinə apardı. Partiya biletini çıxarıb stolun üstünə qoyub dedi:

- Sən qazandın! And olsun bu partbiletimə, əgər başqa bir cinayətin yoxdursa, (satqınlığı nəzərdə tuturdu) təkcə bu pul məsələsidirsə, səni bağışlayacam. Düzünü de görüm, bu pullar hardandır?

Ona inandığım üçün dedim:

- Bax and içdiniz. Hələ bir siqar verin.

Verdiyi siqarı yandırıb dərin qülab aldım. Başım fırlandı. Elə bil sərxoş oldum, danışma-ğa başladım:

- Pul mənə məktubda gəlir, şəklin arasında.

Mayor:

- Necə? Bəs rus pulunu necə markaya dəyişirdin?

- Əsgərlərə verirdim dəyişdirib gətirirdilər.

Mayor: - Əsgərlər bunu edə bilməzdilər, düzünü de.

- Partbiletinizə and için ki, heç kimi incitməyəcəksiniz.

Güldü, - sən bilirsən nəsən, - dedi və and içib dedi:

- Amma bu şərtlə, hərbi sirr, satqınlıq olmasın.

Dedim:

- Elə işimiz yoxdur. Mən səhərlər idman edəndə, yəni qaçan vaxt sürücünün yanına çatanda rus pulunu onun yanında tullayıb qaçışıma davam edirdim. O, da götürürdü. Sürücü zabitlərin uşaqlarını məktəbə aparırdı deyə, şəhərə sərbəst çıxa bilirdi. Ona pul dəyişdirmək çətin olmurdu.

O, sadəcə başını bulayıb:

- Bir şey də soruşacam, bu başqa məsələdir, mənimçün maraqlıdır, - bir qurtum su alıb sözünə davam etdi, - rusların özü yüz dəfə yoxlanandan sonra bura düşə bilir. Sən necə olub bura düşmüsən? Bilirsən ki, bura Veymarın Nora kəndindəki səkkiz ştabdan ibarət Sovet Ordusunun ən məxfi hərbi hissəsidir. Sən bura elə-belə təsadüfi düşə bilməzdin.

- Çavuşlardan tutmuş generala qədər bu sualı mənə çox veriblər. Hələ də anlamıram, burda nə var ki? Mən də Sovet vətəndaşıyam, Sovet Ordusunun əsgəriyəm. Niyə elə bilirsiniz ki, mən buraya hansısa yollarla düşmüşəm. Burada qulluq etmək mənə çox lazım idi? İstəyirsiniz bu saat məni başqa hərbi hissəyə göndərin, Sizə minnətdar olaram.

Mayor: - Mən göndərə bilmərəm. Bilirəm, xidmət etdiyin hissə cox məxfidir. Arxa qapıdan maşınla girəndə sürücü belə, səndən icazəsiz içəri daxil ola bilməz. Nə də komandirin iş sahəsinə kimsə girə bilər. Əgər sənin sürücün belə, icazəsiz bircə dəfə maşınıyla içəri daxil olarsa, onu üç illik həbs cəzası gözləyir. Çox məxfi, ciddi yer olsa da, şərəfli yerdir, hər adam burda xidmət edə bilmir. Sən niyə istəmirsən, bilmirəm.

Dedim ki:

- İnciməyin, “bura necə düşmüsən” sualından bezmişəm. Hər sual veriləndə özüm də şübhələnməyə başlayıram. Mən axı öz xahişimlə bura düşməmişəm ki.

Mayor sonda bildirdi:

- Səninlə söhbətimizin nəticələrindən çox şey asılı idi. Mənim raportumu gözləyirlər. Batalyon komandirinizə deyəcəyəm ki, Qasımov xidmətini davam etdirə bilər.

Sağollaşıb çıxdı. Bir neçə gündən sonra məni axtardığını eşitdim. Ürəyim qopdu ki, görəsən indi neyləmişəm. Görüşdük. Mənə bir məktub uzatdı. Açıb baxdım ki, mənə gəlib. İlk dəfə idi ki, məktubu özüm açırdım. İçində şəkil var idi. Şəklin bir küncünü ara-ladım, iki qatın arasında beş ədəd “onluq” vardı.

Yadınızdadı da, qırmızı onluq! Alman bankı 50 və 100 rubl əskinazlarını qəbul etmirdi, ancaq 5-lik, 10-luq dəyişirdi.

Mayor: - Bu sonuncu dəfə olsun, - deyib gülümsədi, ayağa durub dedi, - sən yaxşı əsgərsən, vətənə ləyaqətlə qulluq edirsən. Sənin SSRİ haqda bildiyin məxfi məlumatları heç mən bilmirəm.

O, mənim komandirimə dedi:

- Qasımov bizə bilmədiklərimizi də öyrətdi.

Komandirim: - Qasımov əla rabitəçidir. Məsuliyyətlə və şərəflə xidmət edir.

Cəmi bir neçə gün əvvəl nifrət elədiyim mayor sözünün üstündə durmuşdu. Bu da ona qarşı rəğbət oyatmışdı məndə. Bizi səkkizinci ordu qərargahının hərbi texnikası yerləşən qarajları mühafizə rotası qoruyurdu. O rotada dörd azərbaycanlı vardı. Mən özümün əsgərlik albomumda onların ünvanını göstərirəm:

1) Çavuş Həsənov Nizami (Xaçmaz şəhəri, ev 9, tel. 3-15-69),

2) Dadaşov Afşar, (Astara rayonu, Siyakeran kəndi, tel. 24-1-42),

3) Heydərov Seyfəddin (Masallı rayonu, Türkoba kəndi),

4) Əliyev İdris (Salyan rayonu, Stansiya qəsəbəsi, ev 83.)

Bu dörd həmyerlimlə həftədə bir dəfə görüşürdüm. Məxfi rabitəçi olduğumdan nəzarətdə idim. Odur ki, görüşümüz çox çəkmirdi, cəmi beş dəqiqə söhbət edə bilirdik. (34 il görmədiyim əsgər yoldaşlarımı yenidən görsəydim çox sevinərdim. Bəlkə də onlardan hansısa biri bu yazımı oxudu, ya da oxuyanlardan onları tanıyanlar olsa, əlim onlara çatar…)

On səkkiz yaşında iyirmi iki nəfərlik bir radiostansiyaya rəhbərlik edən, on səkkiz yaşında rəis olan qafqazlı balasının həyatı… Bəs əlli yaşında necə? Hardadır? Kimdir?

Əsgərliyə başlayır. Hərbi xidməti bitirəndə məni təyyarə Krosnoda-

ra gətirdi. Təyyarədən düşən kimi bilet aldım. Sonra Lenaya zəng vurdum. Onun səsini eşidərkən sevincimdən uçurdum. Onu çox sevdiyimi bildirib, indi Moskvaya gəldiyimi söylədim. Təyyarə bir saatdan sonra uçacaqdır.

Lena: - Bəs iki ildən sonra sənin yadına indimi düşmüşəm? Gəlsən də mən səninlə görüşməyəcəm, - deyərək telefonu yerinə qoydu.

Təkrar nə qədər yığsam da, Lena telefonu açmadı. Atası mənə dedi:

- Lena səninlə bir daha danışmaq istəmir.

Mən Bakıyla, dayımla danışdım. Moskva biletini qaytarararaq Bakıya qatarla gəldim. Bakıdan da Lenaya zəng vurdum. Lena yenə telefonu götürür və səsimi eşidəndə telefonu qapadır. Tovuzdan da Lenaya zəng vurdum. Lenanın qardaşı telefonu götürərək dedi:

- O, səninlə danışmaq istəmir. Bir də bizi narahat etmə.

Qohumlarımız gələrək hamı yeyib-içib şənlənirdi. Mən isə Lenanın qardaşının sözündən sonra çox kədərləndim. Bir şüşə arağı tək içdim. Dayım Samir Tağızadə zəng vurub hərbi xidməti başa vurduğuma görə təbrik etdi. Bildirdi ki, bir aydan sonra gələrsən Moskvaya, fərq imtanlarını verərsən. İkinci kursdan oxuyacaqsan. Atan bilməsin ha, institutdan qovulmağını demə!

Mən içkidən sərxoş olmuşdum. Atam soruşdu:

- Dayın nə yaxşı zəng vurmuşdu?

Dedim:

- Dayım mənim işimi danışıbdır. Fərq imtahanlarını verərək ikinci kursdan oxuyacam.

Atam:

- Səni kursda saxlamayıblar?

- Yox, məni institutdan qovmuşdular. İndi dayım işimi danışıbdı.

- Səni MİU-dan qovublar deyirsən?

Sərxoş olduğumdan danışığımı bilmirdim. Atama düzünü dedim:

- 1984-cü ildə MİU-dan qovublar. Mən 1985-ci ildə MADİ-ya qəbul olmuşam. Oradan da məni qovdular. İndi fərq imtahanları verib ikinci kursa qəbul olacağam.

Atam heç nə demədi. Sakitcə üzümə baxırdı. Amma onun gözlərini görəndə bir andaca ayıldım. O, sakitcə durub həyətə çıxdı.

Səhər açıldı. Mən də araq içməyi bacarmırdım. Bir də gördüm ki, anam məni oyadır ki, dur, atan səni çağırır. Həyətə düşəndə gördüm ki, Gəncə aeroportunun rəisi Ələddinin maşını həyətdədir.

Atam:

- Təcili əynini geyin, gəl.

Əynimi dəyişərək atama yaxınlaşdım. Mənə heç nə demədi. Aeroportun rəisinin sürücüsünə dedi ki, təyyarəyə mindirib Moskvaya yola salırsan, - üzünü mənə tutub, - sənədlərini institutdan alıb Bakıya gəlirsən. Çünki Bakıda oxuyacaqsan, - deyib getdi. Sevinərək tez maşına minib hava limanına getdim. Lenanı görməyə gedəcəkdim. Amma fikirləşmirdim ki, Moskvadan sənədlərimi alıb Bakıya gələcəm, Lenadan birdəfəlik uzaq-laşacağam.

Təyyarə ilə Gəncədən Moskvaya getdim. Birbaşa MQU-da Lenanın qrupuna getdim. O, sinifdə yox idi. Tələbə yoldaşları dedi ki, Lena bir il kursda qalıb. Həmin kursda onu ax-tardım. Nəhayət tənəffüsdə Lenanı tapdım. Ona yaxınlaşdım. Bir anlıq hər ikimiz yerimizdə donub qaldıq. Əllərim əsməyə başladı. Ürəyim elə döyünürdü ki, cəsarət edib, onu qucaqlaya bilmədim. Sual vermək istədim, dodaqlarım bir-birinə yapışdı. Lena da mənim kimi olmuşdu. Ürəyinin döyüntüsünü hiss edirdim. O, mənim salamımı almadı. Başını aşağı salaraq sinfə keçdi. Mən yerimdə donaraq qalmışdım. Dərs bitənə qədər Lenanı gözlədim. Lena dərsdən çıxdı. Yaxınlaşaraq onunla birlikdə addımlamağa başladım. Bir müddət ona heç nə demədim. Biz xeyli addımlayaraq piyada Arbad pros-pektinə gəldik. Ordan da Lenagilin evinə piyada da getmək olardı. Mən Lenanın könlünü almaq üçün bilmirdim nə deyim, hardan başlayım? Danışa bilmirdim, susurdum. Sözə Lena başladı:

- Eşidirəm, sən nə üçün gəlmis

- Lena, mən səni sevdiyim üçün gəlmişəm.

- Sən sevsəydin, keçən dəfə mənə yaxınlaşardın. Səni əsgər yola salmağa gələndə sən başını aşağı saldın. Heç elə bil məni tanımadın. Budurmu sənin sevgin?

- Dayımın yanında utandım. Bizim aramızda pərdə var. Böyük-kiçik münasibətləri. Ona görə sənə yaxınlaşa bilmədim.

Lena gülümsəyərək:

- Mən sənə inanım, deyirsən? Bəs onda sən mənim anama zəng vuraraq demisən ki, Lena məni bağışlasın. Anam səndən soruşanda demisən ki, özü başa düşəcək. Bəs buna sözün nədir? Sən mənim anama niyə elə demisən? Mənim özümə deyərdin. Məni bağışla! Biz ayrılırıq deyə bilməzdin? Bircə demə mənim anam yalan danışıb. O, mənə heç vaxt yalan danışmayıb. Bəs sən indi o sözdən sonra nə üçün gəlmisən?

- Mən sənə ona görə demişdim ki, məni bağışla, mən əsgər gedərkən səninlə görüşə bilməmişdim. Dayımın yanında dayımdan utandığım üçün demişdim. Səni sevdiyim üçün məni bağışla demişdim.

- Sən məni bir dəfə aldatmısan, ikinci dəfə aldatmağa çalışma! Məni inandırma! Bəs sən mənə iki ildə bir dəfə də zəng vurmadın.

Məni soruşmadın ki, sağammı, ölmüşəmmi?

- Mən əsgərliyi Almaniyada keçirdim. Almaniyadan zəng vurmaq olmurdu.

- Mənə bir dənə də olsun məktub yazmamısan? Bəlkə, yazı yaza bilmirsən? Yenə mənə yalan danışaraq inandırmağa çalışma!

- Mən evinizi tanıyıram. Amma ünvanını, poçt ünvanını bilmirdim. Mənzil neçədir, bina neçədir. Mən sənə heç vaxt yalan deməmişəm. Mən səni sevirəm.

- Sən on gün bundan qabaq mənə zəng vurmuşdun ki, Moskvaya gəlirəm. On gündü harda idin? Moskvada mənim kimi neçə qızı aldatmısan? On gün keçdikdən sonra məni görməyə gəlmisən. Məni sevsəydin, on gündən sonra yadına düşməzdim.

- Mən Almaniyada hərbi xidməti başa vurduqdan sonra təyyarəmiz Krosnodara endi. Mən təyyarədən düşən kimi birbaşa Moskvaya bilet aldım. Birinci sənə zəng vurdum. Sənsə mənimlə danışmadın. Mən heç valideynlərimə də zəng vurmamışdım. Amma birinci sənə zəng vurdum. Sənsə mənimlə danışmadın. Mən də Bakıya gedəsi oldum. Bax, bu gün səhər tezdən Moskvaya gəlmişəm. Bu da biletim. Bir bax! Birbaşa da sənin yanına gəlmişəm. Mənim səndən başqa sevdiyim, görüşdüyüm qız yoxdu. Mən səni sevirəm. Mən sənə yalan danışmamışam.

- Mən fikirləşməliyəm. Sənə inanmaq istəyirəm də, istəmirəm də. Mənə vaxt ver.

- Mən səni dördüncü kursda axtarırdım. Sən üçüncü kursda qalmısan. Nəsə problem olubmu?

Lena mənim yaxamdan tutaraq ağlaya-ağlaya dedi:

- Var. Problemin böyüyü sən olmusan. Mən bir ili şokda olmuşam.

Sənsiz yaşaya bilmirdim. Özümü öldürmək istəyirdim. Bir il mən dərsə də getmirdim. Kursda qaldım. Həyatda hər kəsdən, hamıdan küsmüşdüm. Mən həyata yeni qayıtdım. Səni yeni unutduğum bir vaxtda sən yenə ortaya çıxaraq mənə deyirsən ki, problemin varmı? Amma özün məni problemin içinə soxmusan, - deyərək o mənimlə sağollaşmadan evlərinə getdi. Artıq onların binasına yaxınlasmışdıq. Mən onların pəncərəsinin altında axşama qədər gözləməyə başladım. Lenanın başına gələnləri düşünürdüm. Məni çox istədiyini, bir-birimizi başa düşməməyimizi... Mən özümü günahlandırırdım. Axşam üstü Lena həyətə düşdü. Onların evlərinin qabağında TASS yaxınlığındakı parkda gəzişirdik. Mən ona heç nə deyə bilmirdim. Yenə dilim-ağzım elə qurumuşdu ki...

Lena mənə dedi:

- Bir ildi stresdəyəm. Yenicə stersdən çıxmışam. Mən psixoloqun müalicəsindən sonra səni unutmuşam. Unutmaq istəmişəm. Səni bir daha itirsəm yaşaya bilməyəcəm. Məni çox istəyirsənsə, həqiqətən də düz deyirsənsə, mənə bir cavab verərsən. Amma bu gün yox, sabah görüşəndə deyərsən.

- Sabaha qədər gözləyə bilmərəm. Səni sevirəm. Sevdiyim qıza görə iki dəfə institutdan qovuldum. Onun yolunda hər şeyə hazıram.

O, mənimlə bir saata yaxın parkda gəzdi. Sonra getdi evlərinə.

Mən Lenadan ayrılandan sonra dayımgilə getdim. Dayıma dedim:

- Atam mənim institutdan qovulduğumu bilib.

Dayım əsəbiləşərək mənə:

- Niyə demisən? Nə üçün? Mən sənə demişdim, amma sən eşitmədin. Məsələni də danışıb həll etmişdim. Fərq imtahanlarını verib, sən ikinci kursdan oxuyacaqdın.

- Sərxoş idim, bilmirəm, necə olub ki, danışmışam.

- Bəs indi niyə gəlmisən? Hələ bir aydan sonra fərq imtahanların başlayacaqdır.

- Atam göndəribdir ki, get sənədlərini geri al! Sən Bakıda oxuyacaqsan! Mən isə Moskvada oxumaq istəyirəm.

Dayım atama zəng vurdu. O vaxt Bakı ilə danışmaq asan idi. Bir saata evlə danışmaq olurdu. Amma Azərbaycanın rayonlarına, Tovuza gecə saat on ikidən sonra danışmaq olurdu. Gecə saat biri keçmişdi ki, bizim sifariş qəbul olundu. Tovuza zəng getdi. Dayım atamla danışmağa başladı:

- O, institutda oxuyur, sadəcə kəsiri olduğu üçün kursda qalıb. Cəlil qovulmayıb. Bir aydan sonra imtahanları verərək ikinci kursda oxuyacaq.

Atam:

- Mənim oğlum MİU-ya qəbul olmuşdur, MAD İnstitutuna deyil.

Dayım:

- Bəs oğlunu MİU-dan MADİ-yə köçürüblər. Hər ikisi eyni institutdu, eyni fakültələrdi, - dedi.

Dayım nə qədər elədisə də, atam razılaşmadı. Bir saat telefonla danışdılar. Dayım atama nə dedisə, atam razılaşmadı. Bir saatdan artıq telefonla danışdılar. Atam razılıq vermədi. Dedi:

- İnstitutdan qovulub. Bu orda nə işlə məşğul olur? Mənim niyə xəbərim yoxdu?

Dayım:

- Rus dilını bilmirdi, əsgərlikdə öyrənibdir. İndi rus dilini bilir.

Atam:

- Yox, olmaz! Bakıda oxuyacaq. Sənədlərini al ver, Bakıya yola sal. Səninlə Bakıda söhbət edəcəm, - deyib telefonu söndürdü.

Səhəri günü yenə dayım atamla bir saatdan çox danışdılar. Xeyri olmadı. Atamı yola gətirə bilmədi. Sonda razılaşıb:

- Yaxşı, yaxşı, yola salaram - dediyini eşitdim. Sonra zəng vurdu, nəsə danışdılar. Sonradan bildim ki, dayım Moskvada hörmət-izzət sahibi olan, həm də qohumumuz akademik Saxrəddin Abbasoviçlə məsələni danışıb. O, da atama zəng edib ki, o yaxşı, nüfuzlu institutdur, qoy oxusun. Atam ona da razılıq verməyib. Moskva kitabım da belə bağlandı.

 

Mən səhəri günü Lenayla görüşdüm. Lena mənə qarşı bir az dəyişmişdi. Biz onunla Tverskoy küçəsindən Krasnı Ploşad tərəfə gedir-

dik. Lena mənə:

- Sənə verdiyim sualın cavabını verməyə hələ tələsmə, fikirləş. Mən bir gün yox, bir ay da gözləyərəm, bir il də gözləyərəm, amma tələsmə, - dedi.

- Yox, mən səni bir dəqiqə də gözlətməyərək deyirəm ki, həyatımda səndən başqa sevdiyim qadın olmayıb. Bir tək səni sevmişəm,

səni də həmişə sevəcəyəm, - həyəcanla söylədim.

- Mənim də həyatda ilk görüşdüyüm, sevdiyim sən olmusan! Səndən başqası olmayıbdır. Mən hələ bu barədə fikirləşməliyəm. Mənim üçün çətindir, çox çətindir. Səni ikinci dəfə itirsəm, mənim sonum deməkdir. Amma sənin? Bu gün kefin yoxdu, mənim bilmədiyim nəsə varmı?

Rayonda olanları, atamın məni necə Moskvaya yola saldığını deyəndə Lena:

- Sən də atanın sözüylə Moskvaya gəldin. Bəs dedinmi ki, mən Moskvada oxumaq istəyirəm, yoxsa tez gəldin işlərini almağa?

Mən deyə bilmədim ki, bizdə atamın sözü qanundur. Onun sözünə qarşı çıxa bilmərəm. Bircə onu deyə bildim:

- Moskva adını eşidəndə səni görəcəyim üçün sevinərək gəldim. Dayım burda oxumağımı dedi. Mən də burda oxuyacam. Amma Bakıda belə oxusam, sənsiz yaşaya bilmərəm. Səni də aparacam. Səninlə evlənəcəm, səndən ayrılmayacam.

Lena:

- Sən dayının yanında mənə yaxınlaşmadın. Mənə “sağ ol” da demədən əsgərə getdiyin halda, sən Bakıya məni necə aparacaqsan? Orada dayıların, qohumların lap çoxdur. Sən orda da mənə yaxın gəlməyəcəksən? Məndən utanacaqsan?

- Mən səndən utanmıram. Mən dayımdan utanıram. O, özü mənə deyirdi ki, bir qızla tanış olub, dost olsan, sən rus dilini tez və yaxşı öyrənəcəksən. Amma mən heç özüm bilmirəm necə oldu?

Lena:

- Mən sənə deyim, necə oldu? Bizi tanrımız özü ayırır. Görmürsən, bu qədər də təsadüfmü olar? Bizi bir-birimizdən ayırmaq üçün hər ikimizə əzab çəkdirir ki, siz indidən ayrılmalısız. Mən sənə inanıram. Mən ikinci ayrılıqdan qorxuram ki, sən məni sevsən də həyat özü bizi yenə ayıracaqdır. Biz birlikdə xoşbəxt olmayacağıq. Tanrımız belə məsləhət görur. Bunu mənə psixoloq deyir. Məni müalicə edən həkim deyir. Mən hələ də müalicədəyəm və səninlə aramızda olan söhbəti də ona deyirəm. O, mənə qulaq asdı. O, da sənin məni aldatmadığını bildirdi. Sənin sevdiyini bildirdi, amma dedi ki, hər ikiniz səbrli olun. Sizi həyat yenə də ayıra bilər və o, dedikləri düz çıxır. Bax, sən Bakıya gedəsi oldun.

- Sən mənim sevdiyimsən. Mən mübarizə aparacam, mən səndən ayrılmayacam.

- Birdən atan məni məsləhət görmədi. Dedi ki, razı deyiləm Lenayla evlənməyinə. Bəs atan mənimlə evlənməyinə razı olmasa, necə? Onda necə olacaq? Atanın sözünün də qanun olduğunu deyirsən.

- Atam məni hamıdan çox istəyir. O, razı olacaq mən sevdiyim, istədiyim qadınla xoşbəxt olum. O qadın da sənsən. Atam nəyə qarışsa da, mənim sevdiyimə qarışmaz.

Gəzə-gəzə Qızıl Meydana gəldik. Bir az dolanıb oradan da Lenagilin evləri tərəfə yollandıq. Evlərinə çatanda Lena dedi:

- Biz hər ikimiz özümüzü gözləməliyik. Tanrımız bizi ayıra bilər. Gərək öz taleyimizlə razılaşaq. Səninlə görüşəcəm, söhbət edəcəm. Artıq sənsizliyə öyrəşmişəm. Hazırda psixoloqda müalicədəyəm. O, məni elə müalicə edir ki, sənin həmişə mənim yanımda olmağını hiss edirəm. Hər gün dərsim bitəndə evə qaçıram. Elə bilirəm ki, evdə məni gözləyirsən. Hətta sən indi mənim yanımda olsan belə, mən yenə də evə tələsirəm. Elə bilirəm ki, sən evdəsən, məni evdə gözləyirsən.

Söhbət edə-edə evlərinə yaxınlaşdıq. O, evlərinə getdi. Onun sözləri mənə çox pis təsir etdi. Lenanı pis vəziyyətə saldığıma görə özümü günahlandırırdım. Mən dayımgilə gəldim. Dayım makinada kitab yazırdı. Onun yazdığı kitabı oxudum. Kitabın adı “Dözüm” idi. Əsgərlikdə olanda dayım daha üç kitab yazmışdı: “Əsirlik”, “Vəfa günü”, “Ağrı”. Mən kitablara baxaraq, onun yeni yazdığı kitabını oxumağa başladım. Gecə saat on ikini keçmişdi ki, zəng gəldi. Tovuzdan atam zəng vurmuşdu. Mənə dedi ki, sən işlərini geri aldınmı?

Mən:

- Yox, - dedim.

Atam ciddi tapşırdı:

- Sən sabah geri qayıdacaqsan Bakıya. Oradan da Tovuza gəlməlisən. Oldumu?

Mən isə, - oldu, - deyib, başqa bir otağa keçdim. Lenaya zəng vurub dedim ki, mən sabah Bakıya getməliyəm, atam zəng vurub.

Lena bir az susdu və dedi:

- Sən atanı günahlandırma. Sənə demişdim ki, bu bizim taleyimizdir. Sabah mən dərsə getməyəcəm. Qardaşımgil xaricə gedibdir. Oğlu evdə mənim yanımdadır. Birlikdə görüşərik. Sənə bilet alarıq. Şəkil çəkdirərik, səni biz yola salarıq. Razısanmı?

Mən isə bir müddət susdum. Sonra dedim:

- Necə razı olmaya bilərəm ki, mən elə indi gecə ilə gələrəm. Səhə-

rə qədər səndən ayrılanadək bir yerdə olmaq üçün.

Lena:

- Bəs uşağı gətirsəm, uşaqla gəlsəm, narazı olmazsan ki?

- Təki sən gəl. Məni yola salarsan. Uşaqla da gələ bilərsən.

Bu vaxt Lenanın telefonundan səs gəldi:

- Lena, kimdi? Gecə kimdi zəng vuran?

Bu səs qardaşının səsiydi. Lena isə dedi ki, kimsə səhv salıbdır.

Sabahı gün tezdən biz görüşdük. Həyatımın ən xoşbəxt günlərindən biri idi. Həmin gün Lena qardaşı oğluyla gəlmişdi. Uşağın bir yaşı var idi. Əslində uşaq mənim uşağım imiş. Amma mən uşaq barədə heç nə bilmirdim. Biz bilet almağa getdik. Axşam 8-də Gəncə reysi var idi. Təyyarə limanında bilet alandan sonra çoxlu şəkil çəkdirdik. Lena uşağı mənim qucağıma verərək, çoxlu şəkil çəkdirdi.

Sonra uşaq mənim qucağımdan düşmürdü.

Lena:

- Gör, sənin qucağında səni necə qucaqlayır? Elə bil səni də tanıyır. Uşaq səsini belə çıxartmırdı.

Axşama kimi əyləndik və hava limanına gəldik. Onlardan ayrılanda uşaq mənim qucağımdan düşmək istəmirdi.

Lena:

- Sən bir buna bax! Səninlə getmək istəyir Bakıya.

Lena uşağı məndən alanda uşaq ağlamağa başladı. Mən Lenayla görüşdüm. Sonra uşağın üzündən öpəndə onun göz yaşları mənim dodağıma dəydi. Lenaya dedim:

- Bu uşaqdakı iy mənə elə doğma gəlir ki.. Nə səndən, nə də ki, uşaqdan ayrılmaq istəyirəm. Amma gələcəm. Bakıda instituta qəbul olsam da, sənin yanında olacam. Mənə inan. Biz ayrılmayacağıq, -

deyərək sağollaşdım.

Təyyarəyə minib Bakıya gəldim, oradan da Tovuza. Gördüm ki, atam mənə təzə attestat almaq üçün məktəbin direktorunu yanına çağırtdırıb. Qəzetdə elan verərək, təzə attestat verdilər. Mən Bakıya gəldim. Sənədlərimi Bakı Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Sənədlərimi götürmədilər. Çünki atası vəzifədə olanların uşaqları hüquqa sənəd verə bilməzdi. Dayım Moskvadan Bakıya gəldi. Müəllimlər onu tanıyırdı. Dedilər ki, hüquqa mümkün deyil. Dayım dedi ki, bəs onda Moskvaya aparsın. Atam yenə razılıq vermədi. Mən sənədlərimi Bakı Dövlət Universitetinin tarix fakültəsinə verdim. 1987-ci ildə tarix fakültəsinə qəbul oldum. Yay tətili bitdikdən sonra rayondan Bakıya gəldim. Dərsdən üç gün tez gəlib Moskvaya getdim. Lenayla görüşdüm. Lenaya dedim ki, qarda-şının həmin oğlunu da gətir. Biz görüşdük.

Lena zarafatla:

- Sən mənim üçün yox, uşaq üçün darıxmısan, - deyib, bizim şəkli-

mizi çəkdi.

İki gündən sonra Bakıya gəldim. Sentyabrın birində bizim dərsimiz

başladı. Mən ikinci kursu bitirdikdən sonra qiyabi şöbəyə keçdim. Telefonla danışanda Lenaya bildirdim:

- Üçüncü kursdan qiyabi şöbəyə keçib Moskvaya gələcəm. Səni Bakıya gətirəcəm.

İki ildə iki dəfə Moskvaya getmişdim. Təyyarənin bileti qırx iki manat olsa da, tələbə bileti ilə iyirmi yeddi manata ala bilirdim.

Mən qiyabi şöbəyə keçdim. Moskvaya gedirdim ki, Qarabağ müharibəsi başladı. 90-cı il müharibənin ağır vaxtlari idi. Mən hava limanına gəldim. Moskvaya bilet aldım. Təyyarəyə minib Moskvaya gedirdim. Dedilər ki, cavanlar vətənin dar günündə xaricə qaçırlar. Ermənilər Qazağa, Tovuza hücum ediblər, yüzdən çox qrad atıblar, çoxlu insanlar ölüb, yaralılar var, - deyəndə mənə pis təsir elədi. Həmin təyyarədən endim. Hava limanından poçta gəldim. Moskvaya, Lenagilə zəng vurdum. Lenanın anası mənə dedi:

- Lena uşağı da götürüb səni qarşılamağa Domodedovo limanına getdi. Bəs sən gəlmirsən? Təyyarə üç saatdan sonra enməlidir. Lena dedi ki, üç saat tez gedəcəm.

Mənə pis təsir etdi ki, yenə də Lenanı pis vəziyyətdə qoydum. Onunla sağollaşaraq məlumat bürosundan soruşdum ki, Moskva reysi bugün varmı? Dedilər ki, ikinci reys axşam saat 20:00-da uçacaqdır. Mən limandakı poçtdan Tovuza zəng vurdum ki, öyrənim ermənilər Tovuza hücum ediblərmi? Anam dedi ki, qardaşın könüllü dəstəyə yazılıb. Çənlibeldə döyüşür. Ermənilər indinin özündə də Tovuza qrad, alazan raketləri atırlar. Eşidirsənmi, səsini? Düz bizim evimizin yaxınlığına düşür.

Qrad, alazan raketlərinin partlayışının səsini öz qulağımla eşidirdim. Anamdan soruşdum:

- Bəs siz nə üçün evdəsiniz?

Telefonu atam götürüb dedi:

- Biz harda olmalıyıq? Sənin kimi Bakıya, Moskvaya qaçaraq torpağımızı ermənilərə verək? Biz padvaldayıq. Qonşular da bura yığılıbdır, bura təhlükəsizdir.

Çıxılmaz vəziyyətdə idim. Bilmirdim Moskvaya gedim, ya Tovuza? Bir elan eşitdim ki, Bakıdan Gəncəyə (Kirovabad) gedən təyyarə yola düşür. Tez Gəncəyə bilet aldım. Təyyarənin getməyinə 30 dəqiqə qalmışdı. Poçtdan Moskvaya, Lenagilə zəng vurdum. Lenanın anasına dedim:

- Lenaya deyərsən məni bağışlasın. Tovuzda müharibə gedir, mən müharibəyə gedirəm, müharibədən sağ qayıtsam, biz görüşüb evlənəcəyik. Mən taleyimizlə bağlı Lenanın dediyi kimi düşünürəm. Tanrımız istəsə, biz bir yerdə olacağıq. Lenanın mənə dediyi sözlə razılaşıram. Ona deyərsən ki, mən onu çox istəyirəm. Mən onu sevirəm.

Lenanın anası:

- Onsuz da mən səninlə təklikdə söhbət edəcəkdim. Sənə bu dediklərimi Lena bilməməlidir. Sən Moskvaya gəlsən də, Lenanı Azərbaycana aparmağa qoymayacağıq. Lena xəstədir. Uşaqlıqdan xəstəliyi var. Həkimlər bir neçə il ömrü olduğunu bildirir. Sən toyun vaxtını uzat. Onun ömrünün son günlərini bizdən ayırma. Lenanın xəstəliyindən özünün xəbəri yoxdu. Səndən xahiş edirəm.

- Lena xəstədir? Nə xəstəliyidir? Nəyi var? Həkimlər nə deyir?

- Bilmirəm, bir il də yaşaya bilər. Müalicəsi olmayan xəstəlikdir.

Mən telefonda donaraq qaldım. Gözlərim yaşardı. Lenanın mənə dediyi sözlər yadıma düşdü ki, tanrı taleyimizi istəsəydi, bizi birləşdirərdi. Amma o, bizi ayırdı ki, səninlə xoşbəxt olmayacağıq. Bəlkə də, tanrımız bizi yenə də birləşdirəcəkdir. Təyyarə limanında mənim adımı çəkirdilər ki, təyyarəyə minim. Kirovabad təyyarəsi uçmaq üzrədir. Ayaqlarım elə bil tutulmuşdu. Mən təyyarəyə tərəf

getdim.

Təyyarə ilə Gəncəyə, oradan da avtobusla rayona gəldim. Təkcə bizim küçəyə bir gündə on bir qrad atmışdılar. Bir neçə qonşumuzun evi dağılmışdı. Bizim qonşumuz Nəsimi vardı, on yeddi yaşında. AzNK İnstitutuna yeni qəbul olmuşdu. Dərsi hələ başlamamışdı. Qrad düz yanına düşüb, o, da rəhmətə getmişdi. Tovuzda yerləşən N saylı hərbi hissədə vətəni qorumaq üçün müharibənin ən ağrı-acılı günlərini gördüm. Qubadlıda, Ağdamda ağır döyüşlərdə oldum. Düz on bir ay hərbi biletimə N saylı hərbi hissənin möhürünü vurdular ki, mən döyüşlərdə olmuşam. Xocalı soyqırımını gözlərimlə gördüm. İnsanlığa sığmayan qəddarlığın, işgəncələrin şahidi oldum. Bədnam qonşularımız Azərbaycanda hakimiyyətsizliyin, özbaşınalığın baş verdiyi bir vaxtda bundan istifadə edib Azərbaycan ərazilərinə basqın etdilər. Mülki camaata divan tutdular. O dövrdə mənim əsəblərim korlanmışdı. Ağdamda bizim müdafiəçilərimizdən biri mənim yaxınlığımda gözümün qabağında ermənilərə atəş açırdı. Ermənilərin atdığı “Alazanı” göydə vurmağa çalışırdı. Alazanın biri onun yaxınlığında partladı. Qəlpələrdən bir yekəsi bizim əsgərin başını deşdi. Bir anda bir saniyədə insanın başı yox oldu, amma o, ayaq üstə durub əlindəki avtomatla Ermənistan tərəfə atəş açırdı. Boğazından isə qan fontan vururdu. Qəlpələrdən biri də mənim ayağıma girdi. Qəlpə yarası aldım. O ağrını, acını da hiss etmirdim. Əsirlərimizə verilən işgəncələrdən danışanda ürəyim ağrıyır. Təsvir edə bilmirəm ki, necə vəhşiliklərin şahidi olmuşam. Lena da yadımdan çıxmışdı. Bütün keçmişimi unut-muşdum.

Məni Bakıya gətirdilər. Xəstəxanada müalicə olundum. Tələbə yoldaşlarım yanıma gəlib dedilər ki, diplomum hazırdı. Universitetə gedib almağım qalıb. Dekanımız Səməd müəllim də xəstəxanaya yanıma gəlmişdi. Mən ondan soruşdum:

- Mən Universiteti bitirmişəm ki? İndi neçənci ildir?

Səməd müəllim:

- 1993-cü ildir, - deyəndə mən ayağa qalxdım. Hava limanina getdim. Ordan da Moskvaya Lenagilin evlərinə getdim. TASS-nın yanında köhnə qədimi beş mərtəbəli taxtadan pilləkanları olan bina yox idi. Onun yerində 22 mərtəbəli bina tikilib içində insanlar yaşayırdı. Mən bir aya yaxın Moskvada qaldım. Lenadan heç bir xəbər ala bilmədim. Hər yerdə onu axtardım. Tapa bilmədim. Yenidən mən Qarabağa müharibəyə getdim. Artıq bir çox torpaqlarımız isğal olunmuşdur. 1994-cü ildə atəşkəs elan ediləndən sonra mən yenə Moskvaya getdim. Bir uşaqlıq dostum, həm də qohumum var idi. Bir il Moskvada işlədim, amma daim Lenanı axtarsam da onu tapa bilmədim. Axtarmadığım yer qalmadı.

Otuz ildən sonra Moskvadan bir zəng gəldi:

- Adım Denisdi. Sabah on ikidə Bakıya gələcəm. Səninlə işim var.

Səhəri gün mən onunla görüşdüm. O, mənə bir şəkil göstərib dedi:

- Tanıdın?

Mən şəklə baxdım. Təəccüb məni götürdü. Lena ilə mənim şəklim idi. Qucağımda bir uşaq da vardı. Mən çox həyəcanlandım. Şəkil əlimdə qaldı, əllərim əsməyə başladı:

- Lena hardadır? Necədir? – soruşa bildim.

- Lena bu dünayda deyil, - deyəndə mən ondan on addım ayrıldım.

Gözlərimdən yaş axırdı, Lenanı xatırlayırdım. On dəqiqə yerimdən tərpənmədim. Denis mənə yaxınlaşdı. Gözlərimin içinə baxıb bir dəsmal verdi ki, göz yaşlarımı silim. Titrək səslə:

- Denis, Moskvadan Bakıya bu xəbəri demək üçünmü gəlmisən? – deyə soruşdum.

- Dedim, görüm Lenanı həqiqətənmi sevmisən? Onun ölüm xəbərini eşidəndə sənə necə təsir edəcək? – deyə, Denis məqsədini açıqladı. Mən də göz yaşlarımı silib ona dedim:

- Bu şəkildəki uşaq sənsən, Lenanın qardaşı oğlusan.

Denis:

- Hə, mənəm, Lena mənə vəsiyyət eləmişdi ki, onu ikinci dəfə nə üçün aldatmağının səbəbini soruşum.

- Lena rəhmətə gedəndə sənin iki-üç yaşın olardı. Sənə necə vəsiyyət edə bilərdi? – deyə, təəccüblə soruşdum.

Denis:

- Hə, deməli, sən Lenanın ölməyini bilirdin?

- Sonuncu dəfə zəng vuranda nənən dedi ki, Lenanın ömrünə az qalıb, onu Azərbaycana aparmağa qoymayacağam. Çox xahiş etdim ki, bizi ayırmasın, - ara verib Lena ilə olan xatirələrimi danışmağa başladım. Denis də maraqla qulaq asdı. Söhbətimizdən altı saat keçmişdi. Birdən Denis dedi:

- Bu gün Moskvaya qayıdacam. Təyyarənin yola düşməsinə iki saat qalıb.

Mən onunla hava limanina gəldim ki, onu yola salım. Yol boyu başıma gələnləri, müha-ribə vaxtı olduğunu danışdım. Sonda ondan soruşdum:

- Bəs məni necə tapdın? Mənsə sizi düz 30 ildir ki, gecə-gündüz axtarıram. Sizin evinizə də getdim. 93-cü ildə Lenagilin evlərinə gedəndə evlərinin söküldüyünü gördüm. Yerində 22 mərtəbəli başqa bir binanın olduğunu gördüm. Sən necə tapdın?

Denis:

- Mən nənəmdən öyrəndim. Sən axırıncı dəfə nənəmlə danışanda demisən ki, Azərbaycanda sizin rayonda, Tovuzda müharibə gedir. Nənəmin yadında qalmışdı. O, mənə demişdi ki, Özbəkistanda bir şəhər var - adı TAŞAUZ. Buna oxşar bir adı var.

Onların rayonu ermənilərlə müharibə gedən bölgədədir. Mən də azərbaycanlılarla gö-rüşürdüm. Onlardan soruşdum ki, Azərbaycanın müharibə gedən Tovuz adlı sərhəd rayon var, adı Taşauza oxşayır? Onlar isə mənə dedilər ki, hə, var belə rayon, amma adı Tovuzdur. Mən bir neçə nəfər tovuzluyla görüşdüm. Heç biri səni tanımadı. Sonra da mənə dedilər ki, Moskvada Krasnoqvardeyski rayonda Spilovski 52-də Musa Cəlil küçəsnin yanında “Antares” restoranı var. Tovuzlu uşaqlarındır. Mən də restorana gəldim. Müdiri tapdım. Adı Xaliq idi. O, səni tanıdı, ünvanını verdi.

Mən Bakıya hava limanında Denislə vidalaşanda onun göz yaşlarının axdığını gördüm. Lenanın iyini ondan alırdım deyə, ayrılmaq istəmirdim. O, təyyarəyə getdi. Mən Lena ilə son göruşumuzu xatırladım.

Lenayla son görüşəndə də uşaq mənim qucağımdan enmirdi. Lena mənə dedi ki, uşağı gördün, məni yaddan çıxartdın. Uşaq şalvarını isladanda Lena mənə dedi:

- Sən dəyiş, mən bacarmıram.

Biz ikimiz də onun şalvarını dəyişəndə mən uşağın bədənindəki xalı gördüm. Eyni mənim bədənimdə olduğu yerdə o uşaqda gördüm. Bu qədər təsadüf ola bilməzdi. Lena mənə özu o xalı göstərmək istəyibmiş. Denis mənə deyirdi ki, onu uşaq vaxtı bir mən gəzdirmişəm, bir də babası gəzdirib. Denisin mənimlə belə maraqlanmağı, mənə verdiyi suallardan aydın olurdu ki, deməli, o, hər şeyi bilir. Deməli, nənəsi ona hər şeyi deyib.

Lenayla tanış olduğum günləri yadıma saldım. Tanrı bizi necə tez-tez təsadüflərlə Lena ilə görüşdürürdüsə, elə də təsadüflərlə ayırırdı. Səbəb nəydi bizi ayırmaqda? Öz-özümə sual verirdim. Səbəb Lenanın xəstə olmasında idi. Bəs bizi təsadüflər nəticəsində tez-tez görüşdürməyinə səbəb nə ola bilərdi? Səbəbi var. Var səbəbi. Bizim oğlumuz oldu. Amma mən indi bildim. Bildim ki, Denis mənim oğlumdu. Denis bir anda təəccübləndi. Mən təyyarəyə tərəf qaçaraq gömrük sərhəddindən keçib özumü təyyarəyə çatdırdım...

 

 

Rəhmətlik dayım adlı-sanlı professor, alim, yazıçı idi. İyirmidən çox kitab müəllifi idi. 1999-cu ildə Türkiyədə yol-nəqliyyat qəzası zamanı həlak oldu.

DAVAMI DAHA ƏTRAFLI

CƏLALƏDDİN QASIMOVUN

“RƏİSİN GÜNDƏLİYİ” KİTABINDA

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !