Ağcabədidə pambıqçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. - -FOTO=14 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə pambıqçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. -FOTO=14 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Azpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Pərioğullular kəndində fermer Raquf Qasımovun pambıq sahəsində, həmçinin Təzəkənd kəndindəki pambıq sahəslərində olmuş, səyyari müşavirə keçirmişdir. Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Ağcabədidə fəaliyyət göstərən pambıq zavodları “MKT İK” MMC, “Azərpambıq” MMC və “P-Aqro MMC”-nin Ağcabədi rayon filiallarının direktorları və aqranomlarının iştirakı ilə pambıq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı təsərrüfatlarda pambığın becərilməsi, suvarılması və zərərvericilərə qarşı aparılmış mübarizə nəzərdən keçirilmişdir. Bu il rayon üzrə pambıq sahələrində becərmə işləri, suvarma eləcə də dərmanlama işləri vaxtında, səmərəli aparıldığından yaxşı pambıq məhsulu yetişdirilmişdir. Baxış zamanı qeyd edilib ki, bundan sonra da pambığın becərilməsi üçün bütün aqrotexniki tədbirlər vaxtında görülməlidir. Həmçinin, qoşa cərgə və tək cərgə ilə əkilən pambığın fərqli effektliyi, su qıtlığı çəkən sahələrdə lazımi becərmə işlərinin aparılmasının pambıqda suya təlabatın azalmasına təsiri nəzərə çatdırılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı görüş zamanı fermerlərə və pambıq zavodlarının nümayəndələrinə pambığın becərilməsi, rayonumuzda bu gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün zəruri tövsiyələrini vermişdir. Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub. Bu il isə rayon üzrə 10 min 689 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlanılmış və çiyid səpilmişdir. Hazırda pambıq sahələrində becərmə işlər davam etdirilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !