Mağara məbəd kompleksi, Ağdam. - -FOTO=9

Mağara məbəd kompleksi, Ağdam. -FOTO=9

Mağara məbəd kompleksi, Ağdam rayonunun Şahbulaq yaylağı ərazisində, Qarabağ xanı Pənahəli xanının tikdirdiyi qaladan 3 kilometr məsafədə uca dağ zirvəsində qayadan oyulmuşdur. Hələ tədqiq edilməsədə abidənin quruluşu onun qədim dövrlərdə inşa edildiyindən xəbər verir. Abidədən aşağıda axan kiçik çayın sahilindən mağaraya ensiz daş cığırla qalxmaq olur. Mağara kompleksinin divar rəsmlərinin ümumi kompozisiyaları erkən xristian mədəniyyətinin özünəməxsus gözəlliyini özündə əks etrdirir.
Mağaranın divarlarında həndəsi fiqurlar, quş heyvan rəsmləri ilə bərabər, sonradan qədim Albaniyanın Dövlət rəmzləri də həkk olunub. Abidə 23 iyul 1993-cü il tarixdən Ermənistan Respublikasının işğalı altındadır. 2006-cı ildə kompleksin ərazisində Ermənistan vətəndaşları Hamlet Petrosyan və Lyuba Kirakosyan tərəfindən qeyri - qanuni qazıntı işləri aparılmış, divarlara xaç şəkilləri əlavə edilmişdir.
Faiq İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !