TAEKVONDO Karateçilerin dünya çempionatı bu il olmayacaq -

TAEKVONDO Karateçilerin dünya çempionatı bu il olmayacaq

Dünya Karate Federasiyasının (WKF) İcraiyyə Komitəsi karateçilərin 17-22 noyabr günlərində BƏƏ-nin Dubay şəhərində keçirilməsi nəzərdə tutulan dünya çempionatı ilə bağlı qərar qəbul edib. Koronavirus pandemiyasına görə təxirə salınan bu mundial 2021-ci ilin yazında baş tuta bilər. Bu arada WKF-in prezidenti Antonio Espinos qərarla bağlı açıqlama verib: "Belə bir qərə vermək heç də asan deyildi. Amma nə etmək olar, Biz irimiqyaslı belə bir yarışı keçirməklə çox şeyi təlükə altına atmış olarıq. 50 il ərzində ilk dəfədir ki, belə bir yarışı keçirməmək məcburiyyətində qaldıq. Bununla belə ümid edirəm ki, biz gələn il karate tarixində yeni başlıq yazacağıq" - Espionos belə deyib.
Xatırladaq ki, son dəfə azərbaycanlı karateçilərdən yalnız İrina Zaretskaya (68 kq) dünya çempionu adını qazanıb (2018-ci il).
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !