BOKS Gənc boksçuların dünya çempionatının vaxtı dəyişdirilib - İntiqam Məmmədov (AZpressAZ)

BOKS Gənc boksçuların dünya çempionatının vaxtı dəyişdirilib İntiqam Məmmədov (AZpressAZ)

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2020-ci ildə Polşanın Keltse şəhərində gənc oğlan və qızlar arasında keçirilməli olan dünya çempionatının vaxtını dəyişib.
Buna səbəb isə dünyanı ağuşuna alan koronavirus pandemiyasıdır. Sözügedən mundial 2021-ci ilin 10-24 aprel günlərində baş tutacaq. Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-2003-cü il təvəllüdlü boksçular qüvvəsini sınayacaq.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !