Gimnastlarımız klass gösterirlər - İNTİQAM təqdim edir (Azpress.AZ)

Gimnastlarımız klass gösterirlər İNTİQAM təqdim edir (Azpress.AZ)

Dünyanı ağuşuna alan koronavirus pandemiyası üzündən bütün büenəlxalq turnirlərin dayandırıldığı və vaxtlarının dəyişdirildiyi bir zamanda Azərbaycanın bədii gimnastika üzrə yığması məqlərini davam etdirməklə yanaşı, həm də bəzi ölkələrə onlayn master-klass nümayiş etdiri. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, gimnastlarımız öz məşqçiləri ilə birlikdə braziliyalı kolleqaları üçün master-klass nümayiş etdiriblər. Sinyoralarımızın çıxışını böyük auditoriyada 1700 nəfər izləyib. Yığmamızın üzvləri növbəti belə seminarı iyulun 3-də nisirlilər, daha sonra isə indistanlılar üçün keçəcəklər.
Yeri gəlmişkən, bu arada Avropa Gimnasika Federasiyası qarşıdakı Avropa çempionatının vaxtını və məkanını elan edib. Bəlli olub ki, gimnastların qitə çempionatı 26-29 noyabr aralığında Ukraynanın paytaxtı Kiyevdə olacaq. Olimpiya təsnifatlı bu çempionatın qalibləri Tokio Olimpiadasına lisenziya qazanmış olacaqlar.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !