ADAU və Türkiyənin Ərciyəz Universitetinin rektorlarının onlayn görüşü keçirilib - - FOTO

ADAU və Türkiyənin Ərciyəz Universitetinin rektorlarının onlayn görüşü keçirilib - FOTO

30 iyun 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Türkiyənin Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış arasında onlayn görüş keçirilib. Görüşün məqsədi təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi olub. Rektor, professor Mustafa Çalış çıxış edərək ADAU-da əldə olunan nailiyyətləri, onun potensial imkanlarını nəzərə alaraq əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib. ADAU-nun rektoru, professor İbrahim Cəfərov bütün sahələrdə, o cümlədən ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib, bütövlükdə əməkdaşlığın genişləndirilməsi üçün universitetdə mövcud olan imkanlarlar barədə təqdimat edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !