Beynəlxalq Muğam Mərkəzi unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatının daha bir parlaq nəticəsini əldə edib -

Beynəlxalq Muğam Mərkəzi unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatının daha bir parlaq nəticəsini əldə edib

 Bu barədə BMM –dən həftəiçi canlı yayımlanan “Bizi birləşdirən mədəniyyət” verilişində ictimaiyyətə məlumat verilib. Verilişdə qonaq olan BMM-nin “Unudulmayanlar” layihəsinin koordinatoru Gülhüseyn Kazımlı və Əməkdar müəllim Qəzənfər Abbasov xanəndənin irsi və yaradıcılığı haqqında geniş məlumatı təqdim ediblər. Vurğulanıb ki, layihənin ideyası BMM-nin direktoru, Xalq artisti Murad Hüseynova məxsusdur. O zamanların ən məşhur xanəndələrindən Hacı Hüsü, milyonçu olandan sonra oxumağı tərgidən bir başqa xanəndə Seyid Mirbabayev də vaxtilə ölkəni tərk ediblər və hazırda məzarları başqa ölkələrdədir. Biz onların da məzarlarını axtarırıq. Məsləhətləşdik və qərara aldıq ki, ustad xanəndələrimizin son mənzilinin tapılması çox vacib işdir.M.M.Fərzəliyevin 1962-ci ildə Türkiyənin İstanbul şəhərində vəfatından sonra bu günə qədər onun məzarının məlum olmaması səbəbindən xanəndənin məzarının və arxivinin axtarışını zəruri hesab etdik. Verilişdə əvvəl əldə olunan 3 lent yazısından əlavə daha bir ifanın da M.M. Fərzəliyevə məxsus olduğunun aşkar edildiyi bildirilib. Bu ifa, musiqisi dahi Üzeyir Hacıbəyli sözləri Əhməd Cavada məxsus olan və bu gün dinləyicilər tərəfindən “Çırğınırdı Qara dəniz” mahnısı kimi daha çox tanınan “Türkün bayrağı” əsəridir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, bu məşhur mahnının bəlkə də ilk ifaçısı elə Məşədi Məmməd Fərzəliyev olmuşdur .

Tədqiqatla bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq .

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !