Nuridə İsmayılzadə "Sabahın xeyir Azərbaycan" verilişinin onlayn qonağı olub -

Nuridə İsmayılzadə "Sabahın xeyir Azərbaycan" verilişinin onlayn qonağı olub

 
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Azərbaycan Dövlət Ictimai Televiziyasında yayımlanan “Sabahın xeyir Azərbaycan” verilişinin onlayn qonağı olmuşdur.
Qədim musiqi ələtlərimizin təkmilləşməsi, dünəni bu günü” mövzusu ilə televiziya verilişinə dəvət olunan Nuridə İsmayılzadə qədim musiqi ələtlərimizin xalqımızın tarixi, mədəni və mənəviyyət abidəsi olmasını qeyd etmişdir. Tarix boyu bədnam düşmənlərimizin təcavüzünə məruz qalan milli alətlərimiz, əsrlərin sınağından keçərək Azərbaycan xalq yaradıcılığının ayrılmaz hissəsi kimi milli-mənəvi irsimizə həkk olunmuşlar. Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlərlərimiz - tar, kamança, tütək, saz, balaban, zurna, nağara, dəf və s. ilə yanaşı, unudulmuş alətlərimiz də vardır. Məhz bu alətlərin bərpası və müxtəlif elmi araşdırmaların aparılması üçün 1992-ci ildə Ü.Hacıbəyli adna Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin xalq artisti, professor Fərhad Bədəlbəyli, elm və yaradıcılıq işləri üzrə prorektor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə zamanında BMA-da tədris prosesi ilə yanaşı tədqiqat laboratoriyalarının açılmasını təmin etmişlər. Laboratoriyalardan biri şifahi ənənəli professional Azərbaycan musiqisi zəminində elmi tədqiqatlar aparırdısa, digər laboratoriya məhz qədim milli alətlərin bərpası ilə elmi axtarışlar aparırdı.
“Qədim milli alətlərin bərpası “ laboratoriyasında çalışan mərhum tanınmış musiqişünas- alimlər, etnoorqanoloq, sənətşünaslıq doktoru, professor Səadət Abdullayeva, sənətşünaslıq doktoru, professor Məcnun Kərimov vaxtı ilə Azərbaycanda geniş istifadə edilmiş, sonralar müəyyən səbəblərdən unudulmuş : çəng, barbət, çəqanə, çoğur,tənbur, səntur, rübab, rud, qopuz, ney, nüshə və s. kimi alətləri bərpa edib, elmi araşdırmalar apararaq müxtəlif monoqrafiyalar dərc etdirmiş və alətlərin surətləri hazırlamışlar.
Bundan əlavə Nuridə İsmayılzadə onu da qeyd etmişdir ki, hal-hazırda rəhbərliyi altında fəaliyyət göstərən elmi tədqiqat laboratoriyasında bir sıra önəmli elmi araşdırmalar aparılmışdır: unudulmuş Azərbaycan mahnı və rəqslərinin ( yallılar, qaytağılar, cəngilər) ilk dəfə araşdırılıb tapilması və nəşr edilməsi, Şuşanın, Şamaxınınn, Bakının ilk musiqi məktəbləri və orda keçirilən “ Şərq konsertləri “ haqqında məlumatların arxiv sənədləri əsasında ilk dəfə kitab şəklində nəşr olunması, erməni plaqiatına qarşı mütamadi olaraq elmi araşdırmaların dərc olunmuş toplularda yer alması, T.Quliyevin bu günə kimi səsləndirilməmiş və araşdırılmamış simfonik əsərlərinin ilk dəfə əlyazmalarının əldə olunması və dərs vəsaitində dərc olunması, Z.Hacıbəyovun bu günə qədər səsləndirilməyən üç operasının Əlyazmalar İnstitutunda tapılıb ictimaiyyətə təqdim edilməsi, Azərbaycan bəstəkarlarının yaradıcılığında nəzəri problemlərin araşdırılması ( faktura, quruluş, musiqi dili), görkəmli Azərbaycan bəstəkarlarının teatr tamaşalarına yazdıqları musiqi nümunələrinin ilk dəfə araşdırılması və monoqrafiyada dərc olunması, vətənimizin bir çox şəhərlərində ( Xırdalan, Xaçmaz, Şabran, Qəbələ) maarifçilik funksiyasının yerinə yetirilməsi, elmi işçilərin beynəlxalq simpozium və konfranslarda mütamadi olaraq çıxışlar etməsi və s. Daha sonra aparıcıların suallarını cavablandıran N.İsmayılzadə mövzunun geniş olduğunu bildirdi. “Sabahın xeyir Azərbaycan” verilişinin aparıcıları bu tipli mövzuların aktuallığını qeyd edərək, gələcəkdə də N.İsmayılzadə ilə görüşmək arzularını bildirərək sağollaşdılar.

 Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
böyük elmi işçi M.Rzayeva

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !