BMU-da kollektivin sağlamlıq və təhlükəsizliyinin qorunması məqsədilə tədbirlər davam etdirilir - +FOTO=5

BMU-da kollektivin sağlamlıq və təhlükəsizliyinin qorunması məqsədilə tədbirlər davam etdirilir +FOTO=5

Bakı Mühəndislik Universitetində (BMU) pandemiya dövründə kollektivin sağlamlıq və təhlükəsizliyinin qorunması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, bu istiqamətdə işlərin yüksək səviyyədə və davamlı olaraq həyata keçirilməsi üçün müxtəlif səth dezinfeksiyedici və təmizləyici vasitələr, qoruyucu geyimlər, həmçinin spirt əsaslı əl dezinfeskiyaedici məhsullar alınıb. Eyni zamanda, universitetin xüsusi qoruyucu geyimlərlə təmin olunan və bu sahə üzrə ixtisaslaşmış Təsərrüfat bölməsinin əməkdaşları tərəfindən növbəti əsaslı dezinfeksiya işləri aparılıb.
BMU-da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Universitetin rektoru, professor Havar Məmmədovun tapşırığına əsasən, karantin dövründə ali məktəbə məhdud sayda işçilər cəlb olunub. Əksər işlərin məsafədən həyata keçirilməsinə üstünlük verilməkdədir; birbaşa ünsiyyət tamamilə məhdudlaşdırılıb; onlayn proqramlar, elektron poçt və digər vasitələrlə qarşılıqlı əlaqə yaradılıb.
Bununla yanaşı, əməkdaşların tibbi maska olmadan universitetə daxil olması qadağan edilib. İşçilər hərarətləri elektron termometrlə ölçüldükdən sonra yalnız tibbi maska ilə universitetə buraxılır, fiziki məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.
Qeyd edək ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, həmçinin universitet işçilərinin sağlamlıqlarını qorumaq məqsədilə hər həftə BMU-da dezinfeksiya işlərinin həyata keçirilməsi qərara alınıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !