Onlayn imtahan sessiyasının üçüncü həftəsi başa çatıb - - FOTO

Onlayn imtahan sessiyasının üçüncü həftəsi başa çatıb - FOTO

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi başa çatıb.

İyunun 25-də bakalavriat pilləsində təhsil alan 214 qrup üzrə 4598 (263 nəfəri SABAH qrupları olmaqla),  qiyabi şöbədə 23 qrup üzrə 278 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 50 ixtisaslaşmada 18 fənn üzrə 153 magistrant imtahan verib.

BDU-nun Qazax flialında isə 366 tələbə imtahanlarda iştirak edib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

BDU-da yay semestrinin imtahan sessiyası artıq üçüncü həftədir ki davam edir, sessiya iyulun 10-da yekunlaşacaq.

Bu həftə ərzində BDU-da bakalavriat pilləsində təhsil alan 638 qrup üzrə 14008 tələbə, magistratura pilləsində 247 ixtisaslaşmada 126 fənn üzrə 831 magistrant, BDU-nun Qazax flialında isə 1389 tələbə imtahanlarda iştirak edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !