Azərbaycanda ilk dəfə AzTU-nun müəllimi maşın mühəndisliyi ixtisası üzrə Almaniyanın nüfuzlu doktorantura təqaüdünü qazanıb -

Azərbaycanda ilk dəfə AzTU-nun müəllimi maşın mühəndisliyi ixtisası üzrə Almaniyanın nüfuzlu doktorantura təqaüdünü qazanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) gənc müəllimi İlqar Abbasov Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) ”3+1 illik“ (3 maksimum 4 illik) təqaüdünü qazanıb.
O təqaüd proqramı çərçivəsində Almaniyanın Brandenburq Texniki Universitetinin İnformatika və Mühəndislik İnstitutunda “Rəqəmli proqramla idarə olunan torna dəzgahlarında elektrik enerjisi istehlakının azaldılması” mövzusu üzrə doktorantura təhsili alacaq.

İlqar Abbasov maşın mühəndisliyi ixtisası üzrə bu təqaüdü qazanan ilk və yeganə azərbaycanlıdır. Təqaüd proqramı çərçivəsində onun yaşayış və təhsil xərcləri Alman Akademik Mübadilə Xidmətinin maliyyəsi hesabına ödəniləcək.

Qeyd edək ki, İlqar Abbasov AzTU-nu 2011 ci illərdə bakalavriat, 2014 cü ildə isə magistratura səviyyəsində fərqlənmə ilə bitirib. 2014 cü ildə Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidmətinin) “Gənc tədqiqatçılar” təqaüdünü qazanan 4 azərbaycanlıdan biri olub. İki il müddətində Almaniyanın Frayberq Dağ-Mədən Akademiyasının “Maşınqayırma, konstruksiya və istehsal sahələri” fakultəsində tədqiqatçı kimi çalışıb. 2016-ci ildən AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının müəllimidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !