AzTU-da bakalavrların buraxılış işlərinin onlayn müdafiəsi başlayıb - - FOTO

AzTU-da bakalavrların buraxılış işlərinin onlayn müdafiəsi başlayıb - FOTO

İyunun 23-dən Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin onlayn müdafiəsi başlayıb. İlk iclasda universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin müdafiədə iştirak edən 5 tələbəsinin hər biri “əla” qiymət alıb. Dövlət Attestasiya Komissiyasının (DAK) sədri, Müdafiə Sənayesi Nazirliyi “Şərq” Elm-istehsalat birliyinin “İqlim Elm-istehsalat müəssisəsi” MMC-nin direktoru Sabir Abbasov və komissiyanın üzvləri müdafiə prosesinə qoşulub, tələbələrə buraxılış işi ilə bağlı suallar ünvanlayıb. Onlayn müdafiəni AzTU-nun rektoru Vilayət Vəliyev, dekanlığın və kafedranın əməkdaşları “ZOOM” platforması üzərindən canlı izləyib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !