Günay Məmmədzadə həm finala çıxıb, həm də ... - İNTİQAM təqdim edir (Azpress.AZ)

Günay Məmmədzadə həm finala çıxıb, həm də ... İNTİQAM təqdim edir (Azpress.AZ)

Qadınların FİDE (Beynəlxalq Şahmat Federasiyası) bayrağı altında keçirilən birinci təsnifat turniri azərbaycanlı qrossmeyster Günay Məmmədzadə (2443) uğurlu olub. Belə ki, reytinq göstəricisinə görə bir nömrəli qadın şahmatçimiz sayılan Günay bəlli turnirin finalına çıxmaqla yanaşı, həm də, Women's Speed Chess Championship Гран-приdə iştirak etmək hüququ qazanıb. Maraqlıdır ki, təsnifat mərhələsində 14 xal toplamaqla ən güclü səkkizliyə düşən şahmatçımız 1\4 finalda ukraynalı Natalya Jukovanı (2:0), yarımfinalda isə gürcüstanlı Nona Dzaqnadzeni (2:1) üstələyərək finala çıöb və burada hindistanlı Xarika Droqnovalli ilə qarşılaşmaq imkanı əldə edib. Qeyd edək ki, hər iki finalşı WSCC Qran-prisində oynamaq hüququ qazanıb. Mükafat fondu 51200 dollar təşkil edən bu turnirdə adıçəkilən cütlüklə yanaşı, Xou İfan (Çin), Xampi Koner (Hindistan), Yekaterina Laqno (Rusiya) və ukraynalı Ana Muzıçuk da iştirak edəcək. 4 mərhələdən ibarət olan Qran-prinin ilk mərhələsinə iyunun 24-də start veriləcək.
İNTİQAM Məmmədov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !