Gimnastların lisenziya turniri Kiyevdə keçiriləcək - İNTİQAM təqdim edir (Azpress.AZ)

Gimnastların lisenziya turniri Kiyevdə keçiriləcək İNTİQAM təqdim edir (Azpress.AZ)

 Bədii gimnastika üzrə keçiriləcək Olimpiya təsnifatlı Avropa çempionatının yeri və vaxtı bəlli olub. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata sinyorlar Tokio Olimpiadasına bilet almaq üçün 26-29 noyabr günlərində Ukraynanın paytaxtı Kiyevdə cəmləşəcəklər. Xatırladaq ki, sözügedən turnir bu ilin may ayında keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən turnirin vaxtı dəyişdirilib. Qeyd edək ki, çempionatın reqlamentinə uyğun olaraq, qalib adını qazanan idmançılar Gündoğar Ölkəyə birbaşa bilet almış olacaqlar. Yeri gəlmişkən, Azərbaycanın qrup hərəkətləri üzrə yığması və Zöhrə Ağamirova artıq lisenziyanı özlərinə təmin ediblər.​
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !