Triatletlərimizin Olimpiya şansı - İNTİQAM təqdim edir (Azpress.AZ)

Triatletlərimizin Olimpiya şansı İNTİQAM təqdim edir (Azpress.AZ)

Beynəxalq Triatlet​ İttifaqı atletlərin yeni Olimpiya reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığmasının lideri olan Rostislav Pevtsov yeni cədvəldə 47-ci pillədə yer alıb. Bu isə o anlama gəlir ki, yığmamızın liderinin Tokio Olimpiadasında iştirak etmək şansı var. Çünki, reqlamentə uyğun olaraqƏ cədvəldə ilk 55 yeri tutan atylet ələn il Yaponiyanın paytaxtında keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanmış olacaqlar. Qadınlara gəlincə isə, məsələ bir qədər ürəkaçan deyil. Belə ki, qadın yığmamızın üzvü Kseniya Levkovskaya hələlik 106-cı pillədədir. Xatırladaq ki, kişilərin reytinq cədvəlinə ispaniyalı Mario Mola liderlik edir. Fransalı Vinsent Lyuis ikinci, avstraliyalı Ceykob Bertuistelsə üçüncüdür. Amerikalı qadın atlet Keti Zaferesin başçılq etdiyi cədvəldə ikinci və üçüncü yerləri isə müvafiq olaraq, Zaferesin həmyerliləri Corciya Teylor-Braunla Teylor Spivey tutur.​
İNTİQAM Məmmədov​ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !