Müstəqilliyimiz xalqlarımızın naliyyətlərinin zirvəsidir adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcək. -

“Müstəqilliyimiz xalqlarımızın naliyyətlərinin zirvəsidir” adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcək.

Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın naliyyətlərinin zirvəsidir” adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcək.

Cari ilin 25 iyun tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın naliyyətlərinin zirvəsi” adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcəkdir.Forum 26 iyun Azərbaycan Silahlı qüvvələr gününə həsr olunacaq və Forumun əsas məqsədi – gələcəyimiz olan uşaqlarımıza milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri və onlara vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlərini təbliğ etməkdir.
Uşaq Forumunda hər iki ölkənin gələcəyi olan uşaqlar çoxsaylı məruzələri təqdim olunacaqdır. Belə ki, uşaqlar həm hər iki ölkənin tarixi, mədəniyyəti, dövlət rəmzləri, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri, müstəqilliyi, qazandığı nailiyyətlər, Azərbaycan-Özbəkistan arasında tarixi dostluq və əməkdaşlıq və s. mövzular üzrə məruzələr edəcəklər.
Uşaq Forumununu təblik çıxışı ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbbasov açacaq və tədbirin moderatorluğunu Azərbaycan Mədəniyyət Mərkəzinin mütəxəssisləri həyata keçirəcəklər.
Qeyd edək ki, Beynəlxalq Onlayn-Forumda fərqlənən və əhatəli məruzələr üçün Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi Fəxri diplomu və hədiyyələri təqdim olunacaqdır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mətbuata bildirilib ki, Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə ilk dəfə olaraq bu cür Beynəlxalq Onlayn-Forum keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzigələcəkdə iki ölkənin istedadlı uşaqlarının, gənclərinin birgə konsertinin, habelə müxtəlif mövzular üzrə birgə onlayn tədbirlərin tez-tez keçirilməsini planlaşdırır.
 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !