BDU-da onlayn imtahan sessiyasının üçüncü həftəsi başlayıb - - FOTO

BDU-da onlayn imtahan sessiyasının üçüncü həftəsi başlayıb - FOTO

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi başlayıb.

İyunun 22-də bakalavriat pilləsində təhsil alan 209 qrup üzrə 4540 (130 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 70 ixtisaslaşmada 56 fənn üzrə 234 magistrant imtahan verib. BDU-nun Qazax flialında isə 445 tələbə imtahanlarda iştirak edib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

BDU-da yay semestrinin imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !