Çiyələk yığımı davam edir - ƏLİHÜSEYN ŞÜKÜROV (AZpress.AZ)

Çiyələk yığımı davam edir ƏLİHÜSEYN ŞÜKÜROV (AZpress.AZ)

Masallı rayonunda çiyələk yığımına may ayının əvvəllərində start verilsə də, rayonun Şərəfə kəndində açıq sahələrdə bir neçə gündür mövsümün ilk məhsul yığımına başlanılıb.

Fermerlər məhsul yığımını xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəlilik əsasında aparırlar.
Ötən illə müqayisədə çiyələk sahələrində məhsulun daha çox olduğunu söyləyən məhsul istehsalçıları, bunun səbəbini havaların daha isti keçməsi ilə əlaqələndirirlər.
Çiyələk sahələrində İsrail və Türkiyədən gətirilmiş məhsuldar “Albion” növü əkilib.
Fermerlər yığılan məhsulun satış qiymətindən də razıdırlar. Onlar sahələrdən yığılan çiyələyin bir kiloqramını 2 manat 50 qəpiyə satırlar.
Çiyələk məhsulu yerli bazarlarla yanaşı, Rusiyaya da ixrac edilir.

Cari ildə​ Masallı rayonu üzrə çiyələk əkinləri​ 217,0​ hektar təşkil edir.​ Artıq məhsul yığımına may ayının əvvəlindən​ başlanmışdır.​ Çiyələk sahələrində yüksək məhsuldarlıq və əmək coşğunluğu​ müşayət olunur.​ Bu dövrdə mövsümi işçilərə olan tələbat da​ xeyli​ artır.
Çiyələk əkinləri əsasən ayrı-ayrı fermerlərin icarəyə götürdükləri​ torpaq sahələrində və ailə təsərrüfatlarında, qismən də həyətyanı sahələrdə aparılmışdır. Çiyələk bitkisi əsasən çrayonun​ Təzə Alvadı, Təklə, Şərəfə, Çaxırlı,​ Köhnə Alvadı və başqa​ ərazilərdə əkilmişdir. Şərəfə kəndində olduğu kimi bütün kəndlərdə də çiyələk yığımının qızğın çağıdır.
ƏLİHÜSEYN ŞÜKÜROV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !