Onlayn imtahan sessiyasının ikinci həftəsinə yekun vurulub - - FOTO

Onlayn imtahan sessiyasının ikinci həftəsinə yekun vurulub - FOTO

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyasının ilk həftəsinə yekun vurulub.

İyunun 19-da bakalavriat pilləsində təhsil alan 214 qrup üzrə 4606 (268 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 70 ixtisaslaşmada 62 fənn üzrə 237 magistrant imtahan verib.

BDU-nun Qazax flialında isə 472 tələbə imtahanlarda iştirak edib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

BDU-da yay semestrinin imtahan sessiyası artıq ikinci həftədir ki davam edir, sessiya iyulun 10-da yekunlaşacaq.

Bu həftə ərzində BDU-da bakalavriat pilləsində təhsil alan 641 qrup üzrə 13745 tələbə, magistratura pilləsində 287 ixtisaslaşmada 230 fənn üzrə 976 magistrant, BDU-nun Qazax flialında isə 1571 tələbə imtahanlarda iştirak edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !